- Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
- Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
- Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
- Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
- Hirslənəndə kimisə dişlə
- Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
- Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
- Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
- Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
- Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol
- Kədərli olanda özünün video klipini çək – sevdiyin mahnını yüksək səslə oxuyaraq
- Utancaqlıq sənin uğurlarının qarşısını kəsir, tulla getsin
- Hər gün işə gedəndə həsrətlə baxdığın o vitrindəki paltarı al, həyat qısadır
- Diş sapından istifadə et – gözəl gülüş üçün sağlam diş lazımdır
- Səmimi ol – istənilən insanın ürəyinə ən qısa yol səmimiyyətdir
- Həyatda doğmalar və yadlar var. Yadlarla danışdığın xoşluğun 10 dəfə çoxunu doğmalara göstər. Xəstələnəndə yanında kimin olacağını bilirsən
- İnan – özünə, dostlarına, sevgiyə, karmaya, ədalətə
- Balaca uşaqlarla dostluq elə – onlar sənə həyatı öyrədəcəklər
- Heç kim ideal deyil, hamı səhv edir, özünü ciddiyə alma, əylən
- Sağlam qidalanmaq çox vacibdir – yağlı, şəkərli, kalorili yeməkləri minimuma endir
- Əsl sevgiyə inan – 135 keçmiş sevgililərin sənin ürəyini qırmış olsa belə
- Ətrafındakılara onların nə qədər dəyərli olduğunu tez-tez de, elə bilmə ki, onlar bunu artıq bilirlər
- Başqalarının uğurlarına sevin, onda bu uğurlar sənə də qismət olacaq
- Cizgi filmlərinə bax – içindəki uşağı oyaq saxla
- Ürəyinin arxasınca qaç, yalnız onda uçmağı öyrənəcəksən
Her biri deyerli bir meslehet! Baxmayaraq 40 yashim var ve indiyedek bu deyilenmleri oz heyatimda sinaqdan kecirmihsem, hec vatx oturub bu dersler barede dushunmemish, onlari bir sapa yigmamishdim. sag ol ki bunu etdin 🙂
Xosh sozler uchun ve bloquma ilk sherhi yazdiginiz uchun teshekkurler, Seadet xanim. 🙂
Sizin yazilarinizi ne vaxt oxusam uzumde boyuk bir tebessum yaranir ve ozume inamim artir 🙂 Tesekkurler! 🙂
Lea, çox təşəkkürlər. Bu cür şərhlər məni daha çox yazmağa həvəsləndirir. Çox sağ olun.
Demek en boyuk sehvim 2cidi))))
Bakı saatı ilə sübh 04:45də qızdırmalı və yuxumun hara qaçdığını bilmədiyim bir məqamda bu yazdıqlarınızı tapıb oxumağın necə xoş bir şey olduğunu özünüz belə təsəvvür eliyə bilməzsiz ))
özümü çox pis hiss etdim… özüm olmaq isteyirəm!!!
En depressiv vaxti seni oxuyuram Shebnem 🙂 Thanks!
Reblogged this on Sözde Özgür Dünya, Sözde Özgür Düşünce.
cox xowbextem Sayende :))) Inamla bagli problrmlerim olsa bele :))
cox maraglidi ozume inam yaranib butun demiyim yari yazilarivizi oxudum sen deme butun insanlar eyniymis 🙂 cox tesekkurler
Her seher yazdiqlarini oxuyuram Shabnam ve her seher de senin yazilarinla gunumu pozitive kokleyirem 🙂 Bunun uchun choooox sagol ! 🙂
Chox teshekkurler! Men de sizin sherhlerinizi oxuyub gunumu pozitive kokleyirem. 🙂
Sevgi ve enerji paylaşdıqca çoxalarır, bu səbəbdəndir..
Salam.Çox sağ ol, yazilarına görə minnetdaram.
Oxudugunuza gore minnetdaram!
Shabiiiiiii, sen de bize deyerlisen, ona gore bunu deyirem ki bilesen 🙂 opuremmmm :**
awwww ❤
5ci punktu heç fikirleşmemişdim, bundan sonra test edecem 🙂 Var ol Shab! ❤
Gözəl universitet dostum! Sağ ol belə yazılara görə. Bu yazıları hamı oxusaydı intiharların sayı xeyli azalardı.)))
chox chox chox deyerli meslehetlerdi
Salam. Maraqlı yazıdır. Çox zaman düz olan şeylərdir.
super:)
Özgüven ve pozitiv olma hissimi artırdı bu yazılar.. təşəkkür edirəm gənc və hərtərəfli gözəl xanım 🙂
21 -cini həmişə demişəm. Və başqa birindən də eşitmək xoş idi. 🙂
Pingback: 1 il | Hello Kishi
Salam. Indi qoshuldum siza. Cox sevindirici haldir ki bizim qiz Amerikada ugurlu karyera qurub. Ugurlar sene, Shabnam. Tanimiram seni))) amma cox pozitivsen. Tak derjat )). Menim de 25 yashim var. Meslahatlar heqiqatan deyerlidir. Merci. ) bir necesina emel etmirdim. Chalisacam edim.)))
Çox sevdim men seni.☺️
heyat dersi tesekkurler..
Reblogged this on Günel Fərhadqızı Emin (Antimental).