25 ildə öyrəndiyim 25 həyat dərsi

shanb

  1. Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir
  2. Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et
  3. Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün
  4. Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və özün ol
  5. Hirslənəndə kimisə dişlə
  6. Gülümsə – qarşındakının üzündən zəhrimar yağsa belə
  7. Xeyr, filmə baxmaqla kitab oxumaq eyni şey deyil. İkincini seç
  8. Haqsızlıq görəndə səsini çıxart – bu sənin xarakterini formalaşdıracaq
  9. Ağlamaq istəyəndə tualetə get – sonrada peşman olmayasan deyə
  10. Həyatda pis insanlar var, onlarla qarşılaşanda şoka düşmə, özünə inamlı ol
  11. Kədərli olanda özünün video klipini çək – sevdiyin mahnını yüksək səslə oxuyaraq
  12. Utancaqlıq sənin uğurlarının qarşısını kəsir, tulla getsin
  13. Hər gün işə gedəndə həsrətlə baxdığın o vitrindəki paltarı al, həyat qısadır
  14. Diş sapından istifadə et – gözəl gülüş üçün sağlam diş lazımdır
  15. Səmimi ol – istənilən insanın ürəyinə ən qısa yol səmimiyyətdir
  16. Həyatda doğmalar və yadlar var. Yadlarla danışdığın xoşluğun 10 dəfə çoxunu doğmalara göstər. Xəstələnəndə yanında kimin olacağını bilirsən
  17. İnan – özünə, dostlarına, sevgiyə, karmaya, ədalətə
  18. Balaca uşaqlarla dostluq elə – onlar sənə həyatı öyrədəcəklər
  19. Heç kim ideal deyil, hamı səhv edir, özünü ciddiyə alma, əylən
  20. Sağlam qidalanmaq çox vacibdir – yağlı, şəkərli, kalorili yeməkləri minimuma endir
  21. Əsl sevgiyə inan – 135 keçmiş sevgililərin sənin ürəyini qırmış olsa belə
  22. Ətrafındakılara onların nə qədər dəyərli olduğunu tez-tez de, elə bilmə ki, onlar bunu artıq bilirlər
  23. Başqalarının uğurlarına sevin, onda bu uğurlar sənə də qismət olacaq
  24. Cizgi filmlərinə bax – içindəki uşağı oyaq saxla
  25. Ürəyinin arxasınca qaç, yalnız onda uçmağı öyrənəcəksən

30 thoughts on “25 ildə öyrəndiyim 25 həyat dərsi

  1. Her biri deyerli bir meslehet! Baxmayaraq 40 yashim var ve indiyedek bu deyilenmleri oz heyatimda sinaqdan kecirmihsem, hec vatx oturub bu dersler barede dushunmemish, onlari bir sapa yigmamishdim. sag ol ki bunu etdin 🙂

  2. Bakı saatı ilə sübh 04:45də qızdırmalı və yuxumun hara qaçdığını bilmədiyim bir məqamda bu yazdıqlarınızı tapıb oxumağın necə xoş bir şey olduğunu özünüz belə təsəvvür eliyə bilməzsiz ))

  3. Her seher yazdiqlarini oxuyuram Shabnam ve her seher de senin yazilarinla gunumu pozitive kokleyirem 🙂 Bunun uchun choooox sagol ! 🙂

  4. Gözəl universitet dostum! Sağ ol belə yazılara görə. Bu yazıları hamı oxusaydı intiharların sayı xeyli azalardı.)))

  5. Özgüven ve pozitiv olma hissimi artırdı bu yazılar.. təşəkkür edirəm gənc və hərtərəfli gözəl xanım 🙂

  6. Pingback: 1 il | Hello Kishi

  7. Salam. Indi qoshuldum siza. Cox sevindirici haldir ki bizim qiz Amerikada ugurlu karyera qurub. Ugurlar sene, Shabnam. Tanimiram seni))) amma cox pozitivsen. Tak derjat )). Menim de 25 yashim var. Meslahatlar heqiqatan deyerlidir. Merci. ) bir necesina emel etmirdim. Chalisacam edim.)))

Leave a Reply to Lea Cancel reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s