Hər birimizin gizli silahı

2011-ci il noyabr. Anamı 5 ay əvvəl itirmişdim. Bütün günü yataqda uzanıb ağlamamaqdan məni xilas edən yeganə şey işim idi. İclasda qapını çırpıb işdən çıxan rəfiqəmə ‘dəstək’ olmaq üçün ərizəmi yazıb mən də çıxdım. Çətin vaxtlarda boş qalmaq pis şeydir. Daha sonra ondan daha cəsarətli olduğumu başa düşən kimi boyfriendimdən də ayrıldım.

Asan deyildi.

Növbəti gün bulvara getdim. Boz, soyuq bulvar, sürüşkən mərmərlər, rəngi qaçmış heykəllər, paltarsız ağaclar və mən. Bütün dünya boş idi, hər şey mənasız gəlirdi, ilk dəfə idi ki, diqqətimi çəkmək üçün min oyundan çıxan qara geyimlilərə reaksiya vermirdim, bu o demək idi ki, təslim olmuşdum.

Düşündüm ki, kimsə avtomatla mənim üstümə gəlsə heç qaçmaram, qışqırmaram da, yaşamaq istəmirdim.

Evə qayıtdım. Evdə mama olmayanda qəribə səssizlik çökür divarlara, rəngli şeylər də ağ-qara görünür. Kimisə lap ürəkdən qucaqlamaq, öpmək istəyəndə və bunun daha heç vaxt mümkün olmadığını biləndə qəribə hisslər yaranır – ağrı, suallar, təəssüf, üsyan – hamısı bir-birinə qarışır.

Düşüncələrimi dəyişməli olduğumu bilirdim. Özümü məcbur etməli idim. Bir kağıza yaşamaq istədiyim həyatı, gəzmək istədiyim ölkələri, tapmaq istədiyim insanı yazdım. Yazdıqca həvəsləndim, düşündükcə sevindim, arzuladıqca inandım. Qərara gəldim ki, hər gün yazdığımı oxuyacam, detallar əlavə edəcəm və gözlərimi yumub təsəvvür edəcəm.

O vaxta qədər artıq bilirdim ki, insanın ən güclü orqanı onun beynidir.

Həyat həminki kimi boz idi, bulvar həminki qara paltarlılarla dolu idi, mən işsiz idim, amma gülürdüm, çünki arzularım var idi və arzularıma inanırdım. Gözlərimi yumub özümü sevdiyim işdə, yaşamaq istədiyim ölkədə, arzuladığım insanla təsəvvür edirdim. Beynimdə xoşbəxt idim.

Imageİki gün sonra Eurovision layihəsində PR işi üçün müsahibəyə dəvət aldım. Azərbaycanda baş tutacaq ən böyük tədbir və orada PR mütəxəssisi kimi işləmək! Əla səslənirdi. Səhərisi gün Eurovision-dan zəng gəldi, ən tez vaxtda işə başlamağımı istəyirdilər. Sevincimdən küçədə hoppanıb qışdırırdım, ‘xanım, tsox hopbanmayın’ deyən o qara paltarlının qızıl dişləri belə mənə gözəl görünürdü.

Eurovision-da işə başladım. Etdiyim işi çox sevirdim, ideyalarım aşıb-daşırdı, bunları reallaşdırmaq üçün şərait də var idi. İki gün sonra Facebook-da mənə mesaj gəldi. Ted videoma baxıb bəyənmişdi, mənə kvant fizikası haqda yazmışdı. Çaşdım – elə bilirdim kvant fizikası haqda bir Maks Plank bilirdi, bir mən. Əvvəl elə bildim zarafatdır, Kainat istədiyin şeylərin hamısını birdən-birə *tarapbatarap* başından tökə bilməz axı. Sevdiyim işə dünən başladım və bu gün Cənab Düzgün (aka Mr Right və ya Evin Kişisi) mənə yazdı? Danışdıq, 2 ay ərzində 4 dəfə Bakıya gəldi. Dörd ay sonra nişanlandıq. 8 ay sonra evləndik. İndi Nyu Yorkda yaşayırıq.

2 il əvvəli düşünəndə nə boyda yol qət etdiyimi görürəm.

Asan olmayıb, amma həyat asan deyil.

İndi başa düşürəm ki, uğurlu insanla uğursuzun arasındakı yeganə fərq onların düşüncələridir.

Hər birimizin ən böyük silahı enerjidir – düşüncə enerjisi – onun axarını dəyişmək kifayətdir ki, hər şey dəyişsin.

Həyat çox ədalətlidir – hamının xəyal gücü var, arzulamaq imkanı var və həyatı dəyişmək üçün düçüncədən başlamaq lazımdır.

Bəxtli insan yoxdur, özünü uğurlara hazırlayan insan var, arzularına inanan insan var.

Bəs sənin düşüncələrin nə vaxtsa həyatını dəyişibmi?

76 thoughts on “Hər birimizin gizli silahı

  1. Eurovision ərəfəsində Shabnami az da olsa tanımaq şansım olub. O, tanıdığım ən pozitiv insanlardan biridi. Yetişdiyi cəmiyyətin Azərbaycan olduğunu nəzərə alsaq pozitiv olmaq mümkünsüz səslənir. 🙂 İndi belə bir insanın yazılarını oxumaq çox maraqlıdı. Ardını gözləyəcəm.

  2. Chox xosh,musbet auraniz var. heyfslenirem ki,Asaifde qarshilashanda sizle yaxindan tanish olmadim, chekingen insan oldughum uchun bu mende boyuk problemdi,amma uzerimde ishleyirem.
    Zehmet olmasa oxudughunuz kitablari da paylashardiz.
    Indiden teshekkurler!

  3. basin sagolsun… it’s really tough to lose a mother – i’ve gone through the same thing. i’m happy Eurovision and your dreams helped you get through. we all find ways to get back up on our feet. like you said, our brain is our strongest organ.

  4. bnəm, sizin ted dəki çıxışınıza dəfələrlə baxmışdım. sizə, üzünüzdəki gülüşə və yaşamaq üçün mübarizənizə elə o zamandan heyran idim. 2o12-ci il… sizinlə eyni itkini yaşayıram. yaşıd olmağımıza baxmayaraq əslində həqiqətən də beynimizdəki o gücə bu yazını oxuduqdan sonra bir daha əmin oldum. itkimdən sonda yenə də dəfələrlə sizin çıxışınıza baxdım. çıxışınızda adını çəkdiyiniz ye dua et sev – əsərini tapıb oxudum, kinosuna baxdım. instaqramda facebookda sizi axtardım. qəribədi ki indi bu yazınızı oxuduqca əslində tamamilə eyni həyatı yaşadığımızı gördüm. ağlamaq, ayrılma qərarı və s. və i. insana elə gəlir ki yaşadıqlarını onnan başqa heç kəs yaşamır amma baxırsan ki yox, bu dünya da heç də sən tək deyilsən… aramızdakı tək fərq sizdə bol-bol inamın olmasıdır. inanmaq nə gözəl hissdi.. bol olan inamınızdan mənə də bir iki damla göndərin, sizə minnətdar olaram.
    sizi tanımasam da çox sevirəm 🙂

    • Kuchede gede-gede yazdiqlarinizi oxudum ve agladim. Zeif olmaqla guclu olmaq eyni qeder enerji gedir. Gucumuz bizim beynimizdedir. Haminin zeif vaxtlari olur, esas odur ki, ayaga duraq ve davam edek. Menim Instagram ve Twitter – @peaceweet sizinki nedir?

      • ureyim getdi , bu yazilari ne vaxtsa men de yazmisham. nece eynilik. sadece men arzularimin dalinca gede bilmedim , getmeye qoymadilar. haalal olsun sene ugurlu insansan!! pozitiv bir enerji aldim yazdigindan !!✊

  5. Shebii her zamanki kimi supersen… Super bir yazi ve tamamile her cumlesine qatiliram, vermek istediyin mesaja. Tsoc hoppamma ))) Eminem ki, bir gun ortaq dusuncelerimiz hardasa bizi qarsilasdiracaq. Bir de senin meni Xeyyammla birlikde tekleyib, haqqimda isletdiyin soz de yadimdadir… ))))))) Her halda coxlari ucun ornek olmusan ele de davam edeceksen…

  6. …demeli playlistimde Rihannanin – Rehab – mahnisi geldiyi anda, men de sizin bu Inspirational yazinizi tamamile tesedufen oxumaga basladim. Yaziniz cox axici ve her kesin heyatinda yasayacagi bir ssenaridir, sadece siz cox gozel catdirmisiz.
    Sizin yazinizi oxuyarken arxa fondaki Rehab mahnisi vehdet teskil edir Shab xanim….
    i really appreciate what you did…bundan sonra yazilarinizi heyacanla gozleyib, seve seve oxumaq arzusuyla 🙂

  7. Gözel yazidir Shebnem! Tebrik edirem. Birazdan 12 saatlig uchushum bashliyir, oturub dediyin kimi arzulanan heyatin chertojunu chekecem 🙂 happy holidays!

  8. Tamamile razıyam sağlam ve hedfe ünvanlanmış arzular, düşünceler bizim heyat meşelimizdi. İnsan beyni komputer kimi nece proqramlaşdırılırsa elece de işleyir.

  9. Shabnam, sizi shexsen tanımasam da, demek olar ki sizin heyranınızam ! Ilk defe sizi Tedx-da gördüm. O gündern bugüne, facebook, twitter, instagramda izleyirem. Menim computer ve telefonumda sizin, hetta sizin ailenizin shekilleri var. Men size baxmagdan heqiqeten zövg alıram. Kash menim sizin kimi bacım refigem olardı Çetin günlerde veziyyetden çıxmağıma sizin Tedx-daki çıxışınız çox böyük kömek oldu. Allah sizi qorusun, uğurlariniz bol olsun. Men de izleyim, sevinim

  10. Yeni iliniz mubarek.2013 cu il menim ucun bir qeder ugurlu olmadi,bunun ucun de 2014 den bir cox weyler gozleyirem.daha dogrusu ozumun bir cox weyler ede bileceyimi arzulayiram.umumiyyetle gelecekde arzularim coxdur.listimin bawinda xaricde tehsil dayanir…bunun ucun muveffeqiyyetli insan olmaq lazimdir, halbuki men ise menfi duwuncelerim o qederdir ki, bu hisslerden qurtulmasam butun arzularimin yox olacagini gorurem.amma Sizin yazdiginiz meqaleleri oxumaqa davam edirem ve daha da heveslenirem . Artiq inaniram 🙂

  11. Tesevvur eliye bilmezsiz ki her post nece motivasiya oldu menimcun. Amma 1 saat kecir unuduram bu postlari oxuyanda kecirdiyim hissleri verdiyim qerarlari yene pessimistliyime qapaniram. Ted.deki cixishiniza belke 20 defe baxmisham. Mohtesem idi. Her cumleniz cox deyerlidi,coxsagolun!

  12. Salam Shabnam. Mende senin “evinin kishisi” kimi seni internetden tanimisam, sozun esl menasinda cox istemisem. bir denesen. dusunmediyim ve ya dusunmeye qorxdugum seyleri sende (yazilarinda 🙂 gordum. ufuqlerdeki yanbayan darvazalari qaldirmagi bacaran insanlardan olmaq cetindir.ama umid edirem mende bacaracam. senin kimi, coxlari kimi..

      • Cox vacib bir sual verim. Bes her hansisa bir hadise barede hetta 2-3il muddetinde negative dushunmushemse, “insanin geleceyi beyninde qurulur” cumlenizden sonra 2-3il negative dushunmushem deye,gelecekden,negativ fikirlerime gore herseyin negative olacaginnan qorxuramsa,bunnan sora yaxshi dushunerek geleceyimi ishigli eliye bilerem? 🙂

  13. Çox sağol Shabnam)Həqiqeten en esas inamdı.Məndə “Sirr” kitabını oxuduqdan sonra qarşıma meqsedler qoydum,hər bir arzumu duşündum.Və o xeyallara inanmağa,onları öz düşüncelerimde canlandırmağa başladım:)Hər şey inamdan başlayır…)

  14. men şokdayam. siz de 21 gün nəzəriyyəsinə inanırsız? özümü xoşbəxt hiss edirəm!!!! çünki 21 günə inanmaq istəyirəm…. kaş ki doğru olaydı!

  15. Şəbnəm, sizi gündən-günə sevirəm 🙂 Bütün şərhləri oxudum hamıya 1-1 cavab yazırsınız. Çox səmimi olduğunuzu bir də anladım. Sizi facebookda izləyirdim, mesaj da yazmışam orda Aynur A.Allahverdiyeva. Hətta bugündən instagramda da izləyəcəm. Əslində mənə həmişə pozitiv biri olduğumu deyirlər. Amma sizin yazıları oxuduqca daha da pozitivlik artır 🙂 Hər zaman ünsiyyət saxlamaq istəyirəm sizinlə. Arzular reallaşır və bunu çox insana inandıra bilmirəm. Çünki uşaqlıqdan arzuladiqlarimi əldə etmişəm və bilirəm indi də arzuladıqlarım realaşacaq. Uğurlar sizə. Öpürəm sizi

  16. Ted-deki cixisiniza men de baxmisdim, axtarisda idiniz, xosbextlik axtarisinda. Cox maraqli cixis idi, amma size orda baxdiqda derhal anladim ki, xosbextlik lap yaninizda idi, ANA-niz! Biz hemise bele oluruq, yanimizdakilari sevsek de, esl deyerlerini sonra bilirik 😦

    Amma size ehsen, bloqu indi tapdim, xosuma geldi cox 😉

  17. Men oxudum ve çox müsbet bir enerji aldım. Qeribe olan burasıdır ki, her pozitiv bir fikrinizi ve cümlenizi oxuduqca, hem içimde özümü daha da güclü hiss etmeye, inanmaya, arzulamağa başlayıram , ama bununla vehdetde gözlerim de dolmur desem, yalan demiş olaram. Sizden balacayam, Bakıdan kenardayam, uzaq olmasam da, Azerbayacana yaxın bir yerde tehsil alıram, özümü keşf etmek isteyirem, çünki içimde hele keşf edilmemiş yanımın olduğunu bilirem, mene melum olan özüm haqda yalnız budur. ” I have not discovered myself yet 😦 ” Ve bu keşfe doğru çıxmaq isteyirem, haradan ve nece başlayacağımı bilmirem.
    Senin yazıların ise, insanı daha çox özüne dönmeye vadar edir. Sizinle elaqe saxlamaq isteyirem, özü de çox

  18. Men oxudum ve çox müsbet bir enerji aldım. Qeribe olan burasıdır ki, her pozitiv bir fikrinizi ve cümlenizi oxuduqca, hem içimde özümü daha da güclü hiss etmeye, inanmaya, arzulamağa başlayıram , ama bununla vehdetde gözlerim de dolmur desem, yalan demiş olaram. Sizden balacayam, Bakıdan kenardayam, uzaq olmasam da, Azerbayacana yaxın bir yerde tehsil alıram, özümü keşf etmek isteyirem, çünki içimde hele keşf edilmemiş yanımın olduğunu bilirem, mene melum olan özüm haqda yalnız budur. ” I have not discovered myself yet 😦 ” Ve bu keşfe doğru çıxmaq isteyirem, haradan ve nece başlayacağımı bilmirem.
    Senin yazıların ise, insanı daha çox özüne dönmeye vadar edir. Sizinle elaqe saxlamaq isteyirem, özü de çox

  19. Dostlarimin fb, instagram sekillerinden basqa hec neye rey yazmayan men) sebebsiz belke de menasiz sekilde indi fikrimi bura yazmaq istedim.. Coxlari kimi men de ilk defe ted.deki cixisinizda gordum sizi,bir nece il qabaq sehv elemiremse. her defe ona baxanda sonunu bile bile son deq.lere catanda goz yaslarimi tuta bilmirem. Arada bir heyatdan umidi itirende tekrar izleyirdim onu, ama adiniz ve ted sozu yadimnan cixirdi deye cetinlikle tapa bilirdim)) bu gun isde pozitivliyi muzakire edirdik) sizin cixisinizi misal cekdim, is yoldasim blogunuz oldugunuzu soyledi ve indi burdayam)) etrafimdaki insanlar normal olmadigimi dusunur) gah utancaq, gah serbest, gah deli, gah pessimist…. Oluram) bele olmaq ozumu yaxsi, daha cox ferqli hiss eletdirir:) ve etrafimda da ferqli insanlari, xususile de ferqli mesaj yazan insanlari sevirem) dostlarimdan raziyam, ama qeyd edim ki sizin xarakterde bir dostum olmagini da cox isterdim, etrafinizdaki insanlarin heyatina reng qatdiginizi dusunurem, hemise bele qalin.. Ozunuzu ve insanlari sevin)

    • Ayshan, hech kime yazmadiginiz sherhi menim yazima yazdiginiz uchun shansliyam! Duz deyirsiniz ki, adam ozunu qutulara qoyanda ozluyunu itirir. Chilgin oxucularimi lap chox sevirem! Oxumaga ve sherhler yazmaga davam edin! ❤

  20. salam necesiz cox gozel vurgulamisiz .İnsanin meqsedi olmasa yasamaq cetin olur adeten insan nese itirende hardansa enerji alirsan insan ozu oz ayaqi uzerinde durmagi bacarmalidir .Meqaleleinizi oxuyuram biyaqdan cox gozel vurgulamisiz .İnsan cetinliyi gormese xos gunun qedrini bilmez .Hami isdediyi kimi yasamasada isdediyi ise sahib olmasada isdemediyi isde ugur qazanirsa mence ugurun arxasinca qacmaq yaxsidir .Heyatda size ugurlar hemise bele pozitiv qalin inanin 2gunun icinde hansi deyisiklik yarandisa mende bir bilsez .Bundan evvel heyat menim ucun menasiz idi .Men fexr ediremki sizin kimi bele bir xanim hardasa hec olmasa 20faiz insanlarda dusunce terzini deyise bilen meqaleler yazir ve size ugurlar arzulayiram ve yenede can sagligi

    • Teshekkur edirem, Anar! 20% olmaz, yeqin bir 0.0002% insanlar yeqin bloqumu oxuyur, amma buna da chox sevinirem. Inaniram ki, onlarin arasindan geleceyin boyuk liderleri chixacaq!

  21. Asan olmayib.Ama heyat asan deil yazmisiniz.Ozumuzu bu fikre koklemek ne qeder duzgundur?biz heyatin asan olduguna,her problemi asanliqla hell ede bileceyimize inandigmiz teqdirde niyede olmasin?

    • Heyatdaki chetinliklerin hamisini ‘problem’ adi altinda cemlemek duzgun deyil. Bezi agrilar bash verir ki, bunlari problem kimi hell eleyib asanliqla ohdesinden gelmek olmur. Ve bu agri insani omru boyu izleyir..

  22. həyatı dəyişmək üçün düçüncədən başlamaq lazımdır.-məncədə 🙂 bəli düşüncəm həyatımı dəyişib. hətta bütün həyatımı düşüncələrimiz yönləndirir deyə düşünürəm. özümüz öz həyatımızı qatırıq bir bir birinə sonrada deyirik qismət. sən aləmi qat sonra at qismətin boynuna. hətta 1 dəfə qələt eliyib birini qınamışam(neçə belə davrana bilirsən demişəm) və nəticə … (sən anla:)) oda mənə dərs olub 🙂

  23. yazdiqlarinizdan 10 il otur mense bugun bu blogu kesf ede bilmisem tesadufi halda bacinizin profiline daxil olanda… insana yaxsi stimul vere bilirsiz davam edin ehtiyaci olan insanlar var

Leave a reply to HelloKishi Cancel reply