Göyün 7-ci qatında 7 düşüncə

Sən bu yazını oxuyanda mən çox-çox uzaqlarda olacağam. Məni axtarma. Arxamca baxma. Zarafat eləyirəm, Marsa filan getmirəm, yolum Tokyoyadır. Yaponiya macəralarım haqda yazacağam, hələlik isə 13 saatlıq uçuşun 6 saatı qalıb. Mən də qaşlarımı tərsinə V hərfi kimi qaldırıb `pleeeease` deyəndən sonra (hər dəfə işləyir!) stüardessadan aldığım 2 brauni və bir qab dondurmanı yeyə-yeyə səninlə ciddi söhbət eləmək istəyirəm. Keçək tinə. window

  1. Sənin içində bütün dünyanı dəyişəcək qədər güc var (Bəli, bütün oxucularım SuperFatmanisə və SuperAftandil olana qədər bu cümləni yazacam). Sən unikalsan. Sənin kimi bir insan mövcud olmayıb və olmayacaq. Sənin təcrübən, dünyaya baxışın, xarakterin, potensialın əvəzolunmazdır. Sən başqalarına oxşamağa çalışdıqca özünün ən böyük gücünü – fərqliliyini itirirsən.
    Özün ol!
  2. Kin saxlamaq, paxıllıq etmək cılız adamların işidir. Bu hisslərdən yuxarıda ol. Böyük ürəkli insanlar sevgi və mərhəmətlə dolu olurlar.
    Böyük ol!
  3. Sənin həyatından yüzlərlə insan gəlib keçəcək. Onların hər biri sənə ya nəyisə öyrətmək, ya da kömək etmək üçün ordadırlar (bəli, borc alıb aradan çıxanlar da). Hər bir insandan öyrənməli şeylər var.
    Öyrənməyə açıq ol!
  4. Qorxu səni görünməz həbsxanaya kilidləyir. Ürəyinin səsini dinləyə bilmirsən, enerjin zəifləyir və özünə hörmətini itirirsən. Nə qədər az qorxaq olsan o qədər çox güclü olacaqsan və o qədər də gözəl yaşayacaqsan.
    Cəsur ol!
  5. Əgər böyük işlər görmək, dəyişikliklər etmək istəyirsənsə tənqidlərə, kobud münasibətə hazır ol. Bil ki, xoşbəxt insanlar heç kimə palçıq atmırlar.Bunların səni qırmasına imkan vermə.
    Güclü ol!
  6. Mənfi emosiyalara qapılmaq asandır – şişirdilmiş yazıqlıq həmişə kədərli olur (inanmırsan Xalid Huseyninin son 2 kitabını oxu). Özünü müsbət ruha kökləmək isə əlavə enerji tələb edir. İnsanların çoxu tənbəldir, özünə yazığı gəlməyi, pessimist olmağı seçirlər. Sən öz üzərində işlə. Pozitiv olmaq üçün davamlı beynini müsbət düşüncələrə köklə. Bu, səbr tələb edir.
    Səbrli ol! Pozitiv ol!
  7. Sənin ən böyük tənqidçin özünsən. Hər addımını tənqid edən başındakı o səsi susdur. İnan ki, hamının başı özünə qarışıqdı, heç kim sənin həyəcanını, utancaqlığını hiss eləmir. Sən özünü necə aparsansa insanlar səninlə o cür davranacaqlar.
    Özünə inamlı ol!

Dünya azərbaycanlılarının Heydər Əliyev sarayındakı 2010-cu il konqresində onlarla jurnalist, qalstuklu daydaylar və eynəkli xalaların qabağında pilləkənin yuxarısında ayağı büdrəyib 15-20 pilləkən aşağıya yuvarlanan, sonra gülməkdən ayağa dura bilməyən mən idim. Həyəcanlanmaq üçün ciddi səbəblərim var idi – aşağıda dondurma görmüşdüm. Nə isə. Dediyim odur ki, həyatı, ətrafdakı insanları bir az boş ver. Azərbaycan dilində `pofigist`, `easygoing` sözü mövcud olmadığına görə bu sözü kəşf etməyə məcburam  – RAHATBALA OL! 

Bəs sənin üçün ən vacib keyfiyyətlər hansılardır?

Advertisements

36 thoughts on “Göyün 7-ci qatında 7 düşüncə

  1. Yaxşı yol. Özür diliyorum Türkçe kendimi daha iyi ifade edebileceğimi düşündüğüm için öyle yazacağım. Ben de bu konularla çok ilgilendim. Kuantum fiziği ile çok fazla ilgilendim. Çok kitap okudum. Ben çok değiştim artık ve neden oluyordu bilmiyorum ama şunu anladım ki içimde bir şeyler beni sanki dinden Allah’dan uzaklaştırmaya çalışıyordu düşündüm düşündüm ve anladım ki maddi cehetden mutlu olmak için dine ihtiyaç yok belki de ama manevi cehetden mutlu olmak için ihtiyaç var sanki. Ve manevi cehetten mutlu olunca insan maddi cehet de arkasından geliyor sanki. Düşününce maddi cehetten mutluluk bir şey elde edilinceye kadar sürüyor. Fakat elde edilmek istenen şeyler her zaman artıyor, insan hep daha fazlasını istiyor. Acaba önemli olan hep istediklerimizi elde etmeye çalışıp mutlu olmak peşinde koşacağımıza. Bu isteklerimizi azaltıcı ruhsal çalışmalar yapmak daha doğru olmaz mı? (Şahsi fikrim: İnsan hayatta mutlu olmak için yaşar. Mutlu olmak da hedefe giden bir yoldur. Peki o zaman asıl mutluluk hedefe ulaşmamak fakat o yolda ki çaba değil midir? Gerek burada gerek diğer yazdıklarındaki düşüncelerine katılıyorum, doğru konuşuyorsun da fikirlerini merak ediyorum sence din, disiplin, program lazım mı hayatta yoksa klasik söylenegelen Anı Yaşa (Carpe Diem) tarzı mı yaşamak lazım?

    • Salam Bayram. Bloqumu bele hevesle izlediyiniz ucun cox sag olun. Tvitterde yazinizdan gordum ki, menim Ted cixisima baxmisiniz. Orda Allah ve inanc haqda danishmishdim. Ali quvveye inanmaq cox vacibdir – insani guclu saxlayir. Bir daha teshekkurler.

      • Rica ederim. Evet izledim çok güzel anlatmışsınız. Burada sormamın sebebi oradaki konuşmanızın hazırlanılmış bir konuşma olması fakat burada ise daha doğal cevap verebildiğiniz için. Yanlış anlamayın ben genelde izlediklerimden çok okuduklarıma önem veririm, bunun bir çok sebebi var, bir tanesi: Okuduğum şeyleri düşünerek araştırarak üzerinde kendi fikirlerimle uyum sağlayıp sağlamadığına bakarak kabul etme imkanımın olması fakat izlediğim şeylere ise doğru da olsa yanlış da olsa ister istemez direk olarak bilinçaltıma(şuuraltı) etki etmesinden dolayı aşırı eleştirel yaklaşmam. Teşekkür ederim cevabınız için.

  2. Blogunuzu çox bəyənirəm, yazılarınızdan ilham alıram. Xoş səyahətlər 🙂 Yaponiyaya getmək xəyalımdı, inanıram ki, bir gün mən də gedəcəm)

  3. Men sizin yazilarinizi cox boyuk hevesle oxuyuram. Heqiqi menada insanin ehval ruhiyyesini qaldirir. Siz yazmaga davam edin biz de oxumaga . Tesekkurler 🙂

  4. Musbet terefe chox deyishmisen Shabnam. Bu bloqunu tesadufi olaraq gordum. Oxudum ve chox beyendim. Yazilarinin uzunlugunu da chox yaxshi sechmisen. Bir az da uzun olsa oxumayacaqdim 🙂
    Meqaledeki butun bu keyfiyyetleri beyan edecek qeder cesur ve semimi xarakter formalashdirdigin uchun seni tebrik edirem. Sevinirem ki xoshbaxtsan ve insanlara da xoshbaxt olmagin yollarini gosterirsen. Mence bu alinir sende.
    Umid edirem Strazburqdaki kobud zarafatlarimdan berk inciyib bunlari oxuyanda meni soymursen 🙂 I was just kidding, you are a nice person 🙂

    Menden sene meslehet 1-2 ile kitab yazmaq haqqinda dushun. Ozunun yazdigin kimi Cesur Ol ve bunu et 🙂 Terzin oxudugum bir chox inspirational yazi muelliflerinin terzinden hech de geri qalmir.

    Sene choxlu ugurlar,

    Ayxan

    • Teshekkurler. 🙂 Kitab yazmaq meselesine hemishe bashga terefden baxmisham, hech cesurluq kimi dushunmemishem, but this is a great point. I will definitely work on a book. New York Times Bestseller olsa bil ki, senin bu cesurluq meselenin tesiri boyuk club. 🙂 Umid edirem sense her shey yaxshidi. Ugurlar!

  5. Nese yazacagdim yadimnan cixdi :)) super dusuncelerdi .))) Ama pillekandan yixilannan sora gulmekden dura bilmemek ..)) en xosuma gelen o oldu ama yeqinki bir basqasi olsaydi tam ferqli hereket ederdi o qeder insanin qarshisinda. Sabah imtahanim var ve men burda sizin yazilari oxuyuram )))))))

  6. Salam Şəbnəm sizi Tedx Bakıdan tanıyıram…. Bu yaxınlardada bu bloqu kəşf etdim 🙂 Bu yazı çox stimul verici oldu… Xusisən də yıxılmağınız və aşağıda dondurma var idi üzümdə gülüşə səbəb oldu…. Yazılarınız çox səmimidi və onu deyim ki özünüzə məxsus zarafatlarınız ayrı ləzzət qatır…. Təşəkkürlər

  7. Salamlar Shebnem xanim . Sizin Ted’deki cixisinizdan size heyran olmusdum Ele tezelikce o cixisinizi yeniden paylasmisdim ki bu blogu tapdim :)) Imtahana hazirlasdigim sirada aglima gelmeyiniz de bosuna deyilmish. Ilk once size demek isteyirem ki cox sanslisiniz size destek olacag , arzularinizi heyata kecirmeyinize komek eden bir ananiz olub . Heyatimi sizin muveffeq oldugunuz sekilde cox kecirmek isterdim .Heyatin menasini tapmaq “Xosbextlik nedir ? ” sualina cavab tapmaq. O potensiali da ozumde gorurem :)) Ama cox teessuf ki cox darfikirli ailem var. Heyf! Ama Insallah bir gun xeyallarima geden yola cixacam .
    With love ❤

    • Salam Gunay (duz tapdim? 🙂 ), sherhiniz uchun chox teshekkurler. Bizim kim oldugumuzu ve hara getdiyimizi yalniz ozumuz mueyyen edirik. Ozunu gozel kitablarla ve gozel dostlarla ehatelendir. Istediyin yere gedeceksen! With looooads of ❤ back!!!

  8. eslinde susqunlugumun icinde firtinalar var deye bilerem.. beynim daim iwleyir, fikirlewir, goturqoy edir, ama dilim daniwmir. metroda, marwurutda oz icimde ozumle daniwiram,planlar qururam mahni bele oxuyuram..ozumden yola cixaraq deye bilerem ki sebirli,dinamiqk, sosial,daim axtariwda olmaq, her weyle maraqlanmaq,tenbellikden uzaq durmaq .. bu arada 21 gun meslehetinize gore tewekkurler.:)) tam mene lazim olan

  9. Bes tənbəl, özüne yazigi gelmeyi, pessimist olmagi sechen zeif xarakterli insanlarla unsiyyet insanin enerjisini tukede biler sizce? Onlardan uzaq durmaq lazimdir ya nece?

  10. Bugun tanidim sizi..ve durmadan meqalelerinizi oxuyuram…ve heyatimda meni bu qeder motive eden yazilar oxumamiwdim..cox sagolun bir daha😊😊😊❤

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s