Şəbnəm Alməmmədova Nəcəfov
‘Yaşamağın iki yolu var: ya elə yaşaya bilərsən ki, sanki heç bir şey möcüzə deyil, ya da elə yaşaya bilərsən ki, sanki hər şey möcüzədir.’ Albert Eynşteyn
Hər birimizin hekayəsi var. Hər bir hekayə öz-özlüyündə gözəldir, maraqlıdır, möcüzəvidir. Mən insanların hekayələrini dinləməyi sevirəm. Hər bir hekayədə mütləq heyrətləndirici bir şey var. Hətta yeni tanış olduğum adamların uğurları belə məni sevindirir, həvəsləndirir… Yaponiyada çox şey öyrəndim, beş nəfər isə məni öyrətdi.
Tokyoda sumo döyüş klublarının (yaponlar buna ‘tövlə’ deyirlər) birinə getdik. Döyüş artıq qurtarmışdı, sumoçular tövləni təmizləyirdilər. İngilis dilində danışmadıqlarından anlaşa bilmədik. Hamısı bir ağızla Osunaraşı adlı döyüşçünü çağırdılar. Osunaraşi gəldi – qəhvəyi dərili, ərəb sumo döyüşçü. Sumo yaddan çıxdı, biz çaşqınlıq içində onu sual yağışına tutduq.
Adı Abdulrahman, özü Misirdən idi. 15 yaşından Yaponiyada sumo döyüşçüsü olmağı arzulayırmış. Misirdə professional sumo məşqlərinə gedir, milli yığma komandanın üzvü olur. Yaponiyadakı bir neçə sumo klubuna müraciət edərək onlara üzv olmaq istədiyini deyir. Lakin ərəb, ümumiyyətlə başqa millətin nümayəndəsi olduğu üçün rədd cavabı alır. Abdulrahman bu klublarla 4 il elektron yazışmalar aparır, onları inandırmağa çalışır, amma bu mümkün olmur.
Beynəlxalq turnirlərin birində Abdulrahmanın sumoya həvəsini görən Hollandiya sumo klubunun rəhbəri onun yol xərclərini ödəməyə söz verir. Beləliklə Abdulrahman Tokyoya yola düşür, sumo klubu ilə görüşür, rəhbərliyin rəddlərinə baxmayaraq onları inandırmağa çalışır və nəhayət sumo klubu onu üzvlüyünə götürür. O, artıq 2 ildir ki, Tokyoda professional sumo ilə məşğuldur, Yaponiyada Afrika və Orta Şərqdən olan ilk və yeganə sumo döyüşçüdür və artıq bir neçə böyük mükafatlar və kubokların sahibidir. Abdulrahman çox xoşbəxt idi, çünki sevdiyi idman növü ilə məşğuldur və bunun üçün illərlə mübarizə aparıb.
Ondan öyrəndim ki: səbr, əzm və çalışmaqla hər şeyə nail olmaq olar – hətta qədim sumo döyüşünün qanunlarını qırmağa belə.
Yeni il gecəsini Tokyonun ən hündür klubu – 52-ci mərtəbədəki Mado Lounge-da keçirmək üçün bilet növbəsində dayanmışdıq. Kassir ingiliscə danışmırdı, suallarımızı başa düşmürdü. Bir qız bizə yaxınlaşdı, gülər üzlə bütün suallarımızı kassirə və onun cavablarını bizə tərcümə etdi. Sonra dostlarını və özünü bizə təqdim etdi, adı Akiko idi. Gülümsəyərək bizə axşamkı şouya endirim biletləri verdi və uzaqlaşdı.
Biletə baxdım, üstündə Akikonun şəkli var idi, sən demə şounun əsas ifaçısı və Yaponiyanın tanınmış cazz müğənnisi idi. Axşam şouda çoxsaylı fanatın onunla şəkil çəkdirmək üçün növbəyə dayanmasına baxmayaraq gəlib bizi tapdı, söhbət etdik, şəkil çəkdirdik. Akikonun və ümumiyyətlə yaponların sadəliyi mənə ləzzət etdi.
Ağlımda Koko Şanelin bir cümləsi dolaşırdı ‘Bər-bəzək, necə bir elm! Gözəllik, necə bir silah! Sadəlik, necə bir zəriflik!’
3. Taksi sürücüsü
Dekabrın 31-dən 1-nə keçən gecə hotelə qayıtmaq üçün taksiyə mindik. Yol boyu gülüb danışdıq, yeni il əhval-ruhiyyəsi gözümüzdən tökülən yuxuya qarışmışdı.
Hotelə çatdıq, taksometr 1400 yen (14$) yazmışdı, ödəyib düşmək istəyəndə sürücü bizə 200 yen (2$) qaytardı və dedi ki, yolda çaşıb bir küçədə səhv döngə edib, buna görə 200 yen əlavə yazılıb. Məni heyranlıq dolu təəccüb bürüdü! Yeni il gecəsi, hamı bayram edir, belə vaxtlarda müştərilər pulun miqdarı və ya səhv döngələrə fikir də vermirlər, özü də biz turist, heç nədən başımız çıxmır. Amma bu sürücünün vicdanı bütün bunlardan yuxarıda imiş. Üzümdə heyranlıq dolu gülüş var idi – 2014 əla başlamışdı.
Həyatda elə vaxtlar olacaq ki, heç kim bizi görmədiyi vaxtda vicdanımızla təkbətək pul və ya ruh rahatlığı, var-dövlət və ya həyat prinsipləri seçimləri qarşısında qalacağıq. Həmişə ikincini seç. Pul müvəqqəti xoşbəxtlik gətirir, təmiz vicdan isə əbədi.
Yaponiyada başqa ölkələrə nisbətən xaricilər çox azdır. Tokyoda ninca restoranına gedəsən və oradakı ninca Ulyana adlı qız rus çıxsın! Uşaqlıqdan anime filmlərini sevirmiş, o qədər sevirmiş ki, yapon dilini öyrənməyə başlayıb. Müəllimsiz. Valideynləri onun bu `hobbisini` atıb daha real işlə məşğul olmağa dilə tutsalar da, alınmır. Bir neçə il içində yapon dilini mükəmməl öyrənən Ulyana yapon şirkətlərində rus-yapon dili tərcüməçiliyi etməyə başlayır. Nəhayət Tokyoda universitetə qəbul olur. Hal-hazırda Tokyoda yapon dilində təhsil alır, axşamlar isə `nincalıqla` məşğuldur.
Onun gözündən xoşbəxtlik yağırdı – əzm və inamla arzusunun arxasınca getmişdi, indi isə arzusunu yaşayırdı və bunu haqq edirdi.
5. Yapon aşpaz
Tokyonun dar küçələrinin birində 6 stul oturma yeri olan balaca bir restorana girdim. Yemək çox ləzzətli idi, yanımdakı alman qız mənə qarşımızda yemək bişirən ortayaşlı, gülərüz aşpazın tarixçəsini danışdı.
Sən demə bu aşpazın peşəsi arxitekt idi. Yemək bişirməyə həvəsi olduğundan işdən çıxıb küçədə yemək bişirib satırmış. Yeməkləri o qədər dadlı olub ki, bir nəfər ona pulsuz restoran yeri verib. Bu yer tezliklə Tokyonun ən sevilən restoranlarından olub. Aşpaza Michelin ulduzu vermək istəyirlər, o qəbul etmir. Ulduzluq xəstəliyinə tutulmaq istəmir.
Daha sonra bir biznesmen bu aşpaza 60-70 nəfərlik restoran açmaq üçün sponsorluq etmək təklifi verir, o isə qəbul etmir. Deyir ki, restoran böyük olduqda yeməklərin hər birini özü bişirə bilməyəcək və keyfiyyətə nəzarət etmək çətin olacaq. Onun üçün keyfiyyətli iş görüb müştəriləri razı salmaq puldan daha vacibdir. Yaponların çoxu belədir – idealist, sevdiyi işlə məşğul, xoşbəxt…
Aqressiv, tələskən Nyu Yorka yeni öyrəşdiyim üçün yaponların bu cür idealistliyini başa düşmürdüm, o aşpazın üzündəki xoşbəxtliyi görənə qədər.
Bu insanlar adi insanlardır – qeyri-adi hekayələri var. Hər birimiz kimi. Hər birimizin ruhlandırıcı hekayələri var, başqasının ürəyini isitməyə qadir olan yaxşılıq gücümüz var.
Qayğıkeş ol. Heç kim görməyəndə belə yaxşı insan ol.
Ətrafdakı insanların qeyri-adiliklərini kəşf etməyə çalış.
Suallar ver. Maraqlan. Heyran ol. Həyatdakı kiçik şeyləri dəyənləndir.
Və elə yaşa ki, sanki hər şey möcüzədir…
Ozunuz kimi maragli,mehriban ve ruhlandirici yazidi.hevesle oxudum.
Chox sag olun! 🙂
Bu gorduyun chox yaxshi ishdir, Shebnem. Nece deyerler, keep it up!
Bash uste Govie! Thanks for reading!
qewwwengggg $ebi 😉
Opurem aybrat
Coxxx maraqli idi,sona qeder boyuk hevesle oxudum 🙂 Novbeti meqalenizi sebrsizlikle gozduyurem!!))
Subscribe etdiyiniz uchun chox sag olun!! Xoxoxo
HelloShab! : )
Eleykume HelloTural 🙂
Shabnam sizi ‘kesf etdiyim’ ucun cox xosbextem , her zaman bele qalin .
Möhtəşəm məqalə!Çox sağol Shabnam:)Axıra qədər oxudum və böyük zövq aldım)Bir çox cümlələri özüm üçün misal götürdüm:)
Chox maraqli yazidir,her defe musbet enerji aliram.
Yaponyada olmusam cox maragli seherdir. Bizden ferqli olaraq her maqazine girdiyimizde 100 defe soz desen 100 defede oz dillerinde nese deyib bas eyirdiler. Bir tem yemeklerine alisammadim o sushiden sora balig gorende ureyim bulanir . Halbuki baligi cox sevirdim
Shabi seni cox istiyirem,pozirivliyini hamiya catdirirsan.Allah qorusun seni.
sizce qarsiniza bu tip insanlarin cixmasi tesadufdu?ya onlarin size demek istediyi bir seyler va?!
‘Axtaran tapar’ – men maraqli insanlar axtariram, onlari da tapiram. 🙂
Davamlı olsun. Uğurlar
Salam Şəbnəm xanım.Bu siteye ilk dəfə daxil oluram və oxuduqlarım məni heyran etdi.Çox maraqlı,səmimi olduğunuz yazılarınızda öz əksini tapır.Sizə Uğurlar arzulayır və nə vaxtsa Yaponiyada görüşmək ümidiylə.JAA MATA ^_^
Teshekkurler, Ramin. Bir de chetin ki, 16 saatliq uchub Yaponiyaya gedim. Amma siz mutleq gedin. Chox qeyri-adi olkedir.
Great post, Shab! Abdulrahman’s story is so impressive!
Power of the will.
cox maraqli oldu heqiqetende
Məncə xatırlamırsınız amma sizinlə Eurovision-da işləmişəm 🙂 (Press Centre) Londondan olan fiziki qüsurlu Nikkini Crystal Hall-da fiziki qüsurlular üçün olan bathroom-a aparmaq üçün məni içəri keçirdirdiniz, əgər xatırlayırsınızsa 🙂 Məndə çoxlu təəssüratlarla yadda qalmışdınız. Bloqunuzu hər dəfə oxuyuram və o qədər inspiration yığıram ki ! Whole Bunch of Motivation, Spirit and, most importantly, a DOGMA!
Necə şadam ki, sizin yazılarınızı oxuyram hal-hazırda. Sanki sizin yazılarınız Məni həyatda gələcək arzularımın arxasınca qaçırtmaq üçün qamçılayır !
God bless you and your family !
Sadəcə çox sağ olun ! Çoxlu çox sağ olun!
🙂
Salam Rashad. Elbette yadimdadi, her defe Nikkiye komek eleyirdin sebrle ve hevesle. Xosh sozler uchun teshekkurler, necesen?
Sumo doyush uzvlerinin coxu bashga milletlerdendir. Cempionlarin ozleri Hakuho ve Harumafuji Mongol milliyetidirler. Hemcinin Bolgaristan, Gurcustan ve s. milletlerden doyushculer var. Basga milliyetden oldugu ucun redd cavabi almagi dogru deyil zennimce.
Oxudugum 2ci meqalenizdi, ellerinize sagliq 🙂 Musbet, heyat eshqi ile dolu birine benzeyirsiniz. Hemishe bele qalin ve bunu insanlarla paylashin 🙂 Coxlu musbet enerji aldim. Teshekkurler ! ^^