Biri var idi, biri yox idi, bir Viktor var idi.
Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji travma alırdılar.
Viktor da çox əziyyət çəkirdi, gözünün qarşısında ailəsini qul kimi işlədir, işgəncə verirdilər. Hər gün psixoloji vəziyyəti daha da pisləşirdi. Viktor başa düşürdü ki, ətrafdakı hadisələr onu dəlilik həddinə çatdırmağa doğru gedir. Vəziyyətdən çıxış yolunu düşüncələrini dəyişməkdə tapdı. O fikirləşdi ki, əgər baş verən hadisələrə başqasının gözü ilə baxsa və bu hadisələrə sonradan tələbələrinə danışacağı, yaxud kitabda yazacağı əhvalat kimi təsəvvür etsə indiki kimi əziyyətli, qorxulu olmaz. Beləliklə, ona işgəncə veriləndə Viktor bunun nə qədər ağrılı olması əvəzində tələbələrinə nə danışacağı haqda ssenarilər qurur, kitabında bu olanları necə yazacağı haqda düşünürdü.
Artıq baş verənlər onu əvvəlki qədər incitmirdi, əksinə, həvəsləndirirdi. Hər yeni əziyyətə maraqlı bir hekayə kimi baxırdı. Viktorun bütün bu dəhşətlərin içində həyata optimist baxışı başqalarına da təsir etməyə başlamışdı. Düşərgədəki hamı daha pozitiv, daha inamlı olmuşdu. Bir neçə ay sonra Almaniya müharibədə məğlub oldu, Nazi Almaniyası dağıldı və ölüm düşərgələrindəki insanlar xilas edildilər. Viktor düşərgədə keçirdiyi il ərzində nəinki dəli olmadı, hətta universitetdəki işinə qayıdıb ölüm düşərgələri və çətin vəziyyətdə insanın öz düşüncələrini idarə etməsi haqda müzahirələr deməyə başladı və düşərgədəki günləri haqda kitab yazdı.
Söhbət psixologiyada böyük iz qoymuş və yeni nəzəriyyələr yaratmış məşhur alim Viktor Frankldan gedir.
Hər gün biz müxtəlif hadisələr yaşayırıq. Üzündən yağan zəhrimarın az qala kofemizə töküldüyü ofisiant oğlan, küçədə çantasını sənə vurub üzr istəməyi bir qırağa, ‘aaa yoluva bax daaa aaa!!‘ deyib keçən Aaaaa adında qız, ‘Maşın boşdu?‘ sualını ‘Başın boşdu?‘ kimi başa düşüb ‘razborka’ eləməyə başlayan taksi sürücüsü AyBrat dayı və hər birimizin dünyadakı ən sevimli insanı müdirimizin gülər üzlə dediyi, adamın başından qaynar su yox, şəlalə tökən sözləri ilə hamı rastlaşıb. Bu cür mənfi hadisələri və mızmız insanları özümüzə yaxın buraxanda stressli oluruq, əhvalımız korlanır, bəzən günlərlə eyni hadisənin və ya insanın mənfi təsiri altında yaşayırıq.
Gələn dəfə əhvalının korlanmasına görə AyBrat dayını günahlandıranda Viktor Franklı yadına sal. Sənin başına nə gəlməsini idarə edə bilməzsən, amma buna necə reaksiya verməyin sənin iradən altındadır. Enerjini və cavabını diqqətlə seç. Yadda saxla:
1. İstənilən hadisəyə sənin ilk reaksiyan önəmlidir. Kimsə sənə kobudluq etdi? Sən ona çox mehriban davran. Ya da hadisədə hansısa gülməli bir şey tap, gülməli bir şey yoxdursa fantaziyanı işlət (həmin adamı alt paltarında təsəvvür elə, ya düşüncəndə onun üzünə tort çırp). Sənin ilk reaksiyan müsbət və ya neytraldırsa, o hadisə sənə güclü təsir etməyəcək.
2. Kobudluq zəif insanların özünü güclü göstərmək metodudur. Kobud insanlara yazığın gəlsin. Adətən həyatda xoşbəxt olmayan insanlar kobud olurlar. Eyni zamanda da kobud insanlar xoşbəxt olmurlar. Bumeranq kimi. Boş ver və keç. Daha da irəliyə getmək istəyirsənsə o adama nə cür kömək edə biləcəyini soruş. ‘Çox gərgin görünürsünüz, nəsə olubmu, hər şey yaxşıdırmı?’ Bunu tam səmimiyyətlə və ürəkdən et (Həvəsin və səbrin varsa).
3. Müsbət düşün. Hər səhər oyananda 10 dəqiqə ərzində ürəkdən minnətdarlıq et – sevdiyin insanlar üçün, əşyaların üçün, sağlamlığın üçün, bədənin üçün. Daha sonra gün ərzində yalnız müsbət şeyləri görəcəyinə və bu ruh halının gün boyu stabil qalacağına söz ver. Bu sözünə əməl et. Heç kimin və heç nəyin onu pozmasına imkan vermə.
Həyatında baş verən hadisələrin sənə təsir edib-etməməsini sən özün seçirsən. Diqqətli ol.
Əgər Viktor Frankl ölüm düşərgəsində öz müsbət ruhunu saxlaya bilibsə sən nədən şikayət edirsən?
Böyük insan ol. Xırda insanların və xırda hadisələrin səni əzməsinə imkan vermə.
Gülümsə. Hamını xoşbəxtliyinin səbəbi maraqlandıracaq.
Seher-seher pozitiv enerji ucun teshekkurler!!ne yaxshi ki, varsan.
Super )))
Təşəkkür edirəm, Şəbnəm….
Shab, fantastic
Əla Şəbnəm…..Çox maraqlı fikirlərdi…. Stressdən əla çıxış yoludu.. Doğurdan həyata baxış yönünü və fikirləri dəyişməklə bəzən şişirdib böyütdüyümüz şeylər gülməli və adi gəlir…..Təşəkkürlər…
P.S Sizdən çooox müsbət enerjilər alıram…. 🙂 🙂
Mən çox sade və ürəyi təmizəm. (yaxınlarim deyir)Və insanların bəzi kobudluqları,yüksək ahənglərlə danışıq tərzləri məni çoox qıcıqlandırır.Amma sənin fikirlərini oxuduqdan sonra Doğurdan da özümdə müsbət dəyişiklikliyi hiss edirəm və hər gün təkrar oxuyuram ki “Həyatında baş verən hadisələrin sənə təsir edib-etməməsini sən özün seçirsən. Diqqətli ol.”əməl edim.Minnetdaram sizi çooooox isteyirem.
Bu yazdiqlarnizi oxuduqca yadima Heyat gozeldir filmi dushdu. Seni depresiyaya salacaq veziyyetden pozitiv bir sey tapmaq cox maraqli vasitedir, amma ishe yarayir dogrudanda. Ugurlar
http://www.imdb.com/title/tt0118799/
ela idi tesekkurler 🙂
Shebi, super! Esl vaxtinda oxudugum, yerine dushen meqale. Ele esebiydim ki, oxumamishdan qabaq, indi sakitleshmisem! Ellerive sagliq!
Esebleshende HelloKishi ol. 🙂
Reblogged this on Günel Fərhadqızı Emin (Antimental).