Həyatımın 43 emosiyası

hellokGörünməz – Məktəbdə ən pis oxuyan şagirdlərdən olanda və həyatda heç nəyə nail ola bilməyəcəyimi düşünəndə

Uğursuz – Yuxarı sinif şagirdləri üçün keçirilən və 1 il Amerikada oxumaq şansı verən FLEX imtahanından 2 il dalbadal kəsiləndə

Qürurlu – UGRAD proqramında 600 nəfər arasından seçilən 16 finalçı arasında olub Amerika universitetində bir il oxumaq şansı qazananda

İtkin – Amerikadan Azərbaycana qayıdıb iki ölkə mədəniyyətindəki dilemmalar və seçimlər qarşısında qalanda

Sevincli – Magistr təhsili almaq üçün İsveçin Uppsala Universitetinə qəbul olanda

Depressiv – İsveçə gedib bu qərarın pis fikir olduğunu başa düşəndə

İsti – Depressiyadan çıxa bilməyib səhərisi günə biletimi alıb Bakıya qayıdaraq anamı qucaqlayıb yatanda

Pozitiv – Həyatımın sevgisini tapdığımı düşünəndə

Həyəcanlı – Onun da məni sevdiyini eşidəndə

Sarsılmış – Bir ay sonra tanımadığım bir nəfərdən mənə gələn mesajda onun başqa sevgilisi olduğunu biləndə və hər şeyi bitirəndə

Məğrur – Sevmədiyim ölkədə 2 il yaşayaraq magistr təhsilimi bitirmək ərəfəsində olanda

Şok içində – Adi ürək ağrısı zənn etdiyimiz şeyin ciddi ürək problemi olduğunu eşidəndə

Çaşqın – Mən məzuniyyət günümdən geri qalmayım deyə əməliyyat olunacağı günü mənə səhv dediyini biləndə və özümü ona çatdırmaq üçün qaça-qaça aeroporta gedəndə

Nikbin – Təyyarədən düşüb bacıma zəng edəndə, arxa fonda anamın səsini eşidəndə və o əməliyyatdan çıxanda ona sürpriz etmək üçün mənim orada olduğumu ona deməmək qərarına gələndə

Şübhəli – Əməliyyat gözləniləndən qat-qat uzun çəkəndə və həkimlərdən heç bir məlumat ala bilməyəndə

Gücsüz – Onun komada olduğu üçün heç bir şeyə reaksiya vermədiyini öyrənəndə

Ümidli – Biz yanına gedib göz yaşları içində onunla danışıb öpəndə onun da gözündən yaş gəldiyini görəndə

Çarəsiz – 18 saat ərzində dayanmadan dua edib, nəzir paylayıb həyatımızın ən uzun və dəhşətli gününü yaşayanda

Donuq – Gecə saat 3-də gələn zənglə həkim otağına qaçanda və “Maləsəf xəstəni kaybettik” cümləsini eşidəndə

Boş – Gecəni xəstəxanada bacımla qucaqlaşaraq mamanın paltarını iyləyib yatanda və səhər oyanmamağım üçün dua edəndə

Peşman – Bəlkə mənim ora gəldiyimi desəydik əməliyyat zamanı daha güclü olacağını və yaşayacağını düşünəndə və onunla son dəfə danışa bilmədiyim üçün özümü bağışlaya bilməyəndə

Ağrılı – Ona hədiyyə gətirdiyim sevdiyi quru mərcanıları tullayanda və onun çemodanını götürüb Bakıya onsuz qayıdanda

Yanğılı – Evə girib 12 yaşlı qardaşımın mamanın niyə qayıtmaması sualına cavab verəndə və yandırıcı göz yaşları içində üçümüz qucaqlaşıb yatanda

Solğun – Başımı qatmaq üçün dayanmadan iş axtaranda və bir həftə sonra çarəsizlikdən təhsil aldığım sahədən tam başqa sahə – PR üzrə işə başlayanda

Təsəlli – Onlarla insanın qarşısında onun haqda çıxış edəndə və yüzlərlə insandan dəstək mesajları alanda

Təəccüblənmiş – Eurovision-dan iş təklifi alanda və layihədə işləyəcək 3 PR işçisindən biri olacağımı biləndə

Heyran – Onu ilk dəfə yuxumda görəndə və mənə yeni tanış olduğum oğlanla danışmağımı istədiyini deyəndə

İnamsız – Xoşum gəlmədiyini düşündüyüm oğlanla məhz anam yuxuda demişdi deyə danışmağa davam edəndə

Heyrətlənmiş – Həmin oğlan 3 ay sonra mənə 40 nəfərin fləşmob rəqsi ilə qarşımda diz çöküb evlilik təklifi edəndə

Dəli – Mən ona “hə” cavabı verəndə

Facepalm – Atama zəng edib nişanlandığımı deyəndə və ondan “Kimlə?” sualını eşidəndə

Kədərli – Onu aparıb soyuq daşdan baxan anamla tanış edəndə və həyatımdakı ən doğma iki insanın heç vaxt bir-birini tanımayacağını başa düşəndə

Qarışıq – Bütün yaxınlarımın orada olmasına baxmayaraq ürəyimdən daş sallandığını hiss eləyəndə və toyun tez bitməsini arzulayanda

Susqun – 8 ay əvvəl mənə yad olan insanla dünyanın o biri tərəfinə – Nyu Yorka yola düşəndə

Şirin – O insanın dünyadakı ən qayğıkeş, ən isti, ən güclü olduğunu dərk edəndə və onunla sadəcə xoşbəxt olanda

Yorğun – Dünyanın ən rəqabətli şəhərində 6 ay ərzində iş tapa bilməyəndə və divarlar üstümə gəlməyə başlayanda

Bəxtəvər – Böyük şirkətdən inanılmaz iş təklifi alanda və onlar üçün qlobal PR edəcəyimi biləndə

Məəttəl – Müdirim olan 35 yaşlı qızın bipolar olduğunu biləndə və hər saat dəyişən əhvalına dözmək məcburiyyətinə qalanda

İftixarlı – 8 ay sonra dünyanın ən böyük 2-ci PR şirkətindən əvvəlkindən 2 vəzifə yuxarı iş təklifi alanda

Azad – Əla komanda ilə əla işdə işləməyə başlayanda

Yumşaq – Yuxumda anamla danışa biləndə

Xoşbəxt – Hər səhər oyananda

Minnətdar – Hər dəfə göylərə baxanda…

 

 

57 thoughts on “Həyatımın 43 emosiyası

  1. Şəbnəm, xoşbəxt ol həmişə!!!! səninlə şəxsi tanışlığım yoxdur, amma bir gün səni möhkəm qucaqlayacağıma əminəm!

    • Men sizi bele shexsi tanimiram, harasa comment yazmaglada aram yoxdur belke de bu menim nadir hallardan birdir, sadece gordum sizin yuxaridaki yazdigini yazilari hem sevindim hem kederlendim, Allah insandan bir sheyi alarsa bir sheyide verer, ve gorduyum kimi siz cox guclu xanumsuz, isterdim sizin kimi cox pozitiv ve guclu olun neceki varsiz! Ugurlar size heyatda ve mende sabahdan seherimi ari kimi acaciyam! Xoshbext olun siz buna laigsiz!

  2. Super!
    Sizin bu hisslərinizi oxuyanda mən Sizinlə sevindim, Sizinlə üzüldüm desəm düz olar. ALLAH ananıza rəhmət eləsin, Sevdiyiniz oğlanla da sevginiz daim olsun.
    Əla alınıb. Təbriklər!

  3. İnsanın baçına ağır itki gələndə gözünü ətraf aləmə, bütün insanlara, səslərə, deyilən sözlərə, ağıllı-ağılsız bütün məsləhətlərə yumur, qulaqlarını da əlləri olə bağlayır ki heç nə eşitməsin. Girir öz qınına hamını da qovur ətrafından. Elə bilir ki tək dərd onun dərdi, tək problem, ağır itki onun başına gəlib, elə fikirləşirki onun itkisi hamıdan fərqlidi daha dərindi. Heç kəs onu başa düşmür və s. və s… özdə bilir ki, kipriklərini bir balaca aralasa, həyata baxsa əslində başa düşəcək, hər şeyi həm də.. amma problem də ondadır ki başa düşmək isdəmir. Məhs isdəmir.. ta ki bir gün hər hansı bir söz, fikir onu ayıltmıyana qədər. Məni ayıldan fikir də Şəbnəmin yazdığım e-mailə cavabı oldu…
    Bu yazıda nələr hiss etdiyin mənə qətiyyən yad deyil. Təkcə yazıya sözlərə yox, hisslərə, hisslərimizə görə idi səhər gözümü açan kimi oxuyub saxlaya bilmədim göz yaşları.
    Luv u! :*

  4. emosiyalarinizin cox hissesi ananizla baglidir, Allah rehmet elesin,ananiz sizinle fexr edir,gozel yaziya gore tewekkurler 🙂

  5. sanki men oz emosiyalarimi yazmiwk kimi hiss etdim. Allah ananiza ve menim de yeni itirdiyim, heyatda yegane dayagim ( indi o dayagin yoldawim oldugunu gorurem), dostum,hemdemim, canimin 1 parcasi olan anama rehmet elesin!

  6. heyat dediyimiz bu olsa gerek sevinc,keder butun hisslerin qarmaqarisiq oldugu bir heyat.valideyini itirmek acisi qeder insani inciden bawqa bir aci yox bu heyatda sizi daha yaxwi bawa dusurem.

  7. Shabnam, cox gozel siyahidir. Mence bu cur siyahi heyatin nece gozel oldugunu anladir. Heyatinda ishlerin yaxshiya dogru getdiyini eshitmek xoshdur. Sen meni yeqin ki xatirlamazsan. Ilk defe seninle GlOW dushergesinde tanish olmushdum. Sen guest speaker kimi gozel prezentasiya etdin. Sizlerin xaricdeki tehsilinizden ruhlanib mende Muskie programina muraciet etdim. Artiq sonuncu semestrimi tamamlayiram. Heyatimda mene musbet tesir eden ( ani bir tesir olsa da) butun insanlara teshekkur edirem.

  8. Bu defe meni aghlatdin.bu meqaleni yazanda yashadighin hissleri tesevvur etmek chetin deyil. Ancag ezmin ve ughurlarin sevindirir,ruhlandirir!

  9. shebnem Allah anana rehmet elesin o cox gozel insan idi.heyif cox heyif.valideyin itgisinin ne olduqunu men cox yaxshi bilirem.alah seni de Mehini de xoshbext elesin ananin da ruhu shad olsun.meni aqlatdin.KONUL

  10. Shab sizi tanımıram amma bilirem bir gün tapacam.. Çox tesirlendim geyatınızdakı o keçmekeçleri ifade elemisiz..amma en maraqlısı ve ümidvericisi odur ki güc tapıb bu çetinliklerdeb çıxa bilmisiz. . 🙂 🙂 ..Tanımıram amma sizi çox isteyirem… 🙂 ❤ Uğurlar Shab 🙂

  11. Deyisilmis – ilk defe Shabnam Almammedovanin cixisini izleyib ve o gunden sonra heyatima tam ferqli acidan baxmaga bawlayanda, 🙂

  12. seninle birlikde bu hissleri men de kecirtdim qadanalim. bir bir. ozum yashiyirmish kimi. fikirleshiremki valideyn itkisi qeder insani hecne yixmaz. ve gorende ki sen ananla birlikde yashiyirsan heryerde bunun sene nece guc verdiyini hiss eliyirem. Ananin yuxuna girmesi ise mocuze idi. Allah anana rehmet elesin,sene ve ailene ise hemise guc quvvet xoshbextlik versin! Amin!

  13. Emosiyalarınız çox təsirli idi, hətta bir anlıq özümü sizə aşiq hesab etdim, emosiyalarım coşdu, dünən bakıdan bir rayona çıxmışdım, bu gündə hələ burdayam, dostum sizin bloqu oxumağı məsləhət gördü və oxudum, bakıya qayıdan kimi ilk işim bığlı qızı axtarmaq oalcaq. Belə baxanda özümdə biğlı olmasamda biğlı qızlara bığdan çox aşiqəm, ne lazımdlrki başqa, oxuyuram vd emosiyalatəm senin bloqunu oxuyanda həqiqətən təsirlənddiyimi hiss etdoror mənə tak şto bloqununz çox xoşuma gəldi

  14. Yazini oxuduqca, kecirdiyin butun hissleri yashadim, efsuslar olsunki genc yashimda valideyn itkisini yashanlardan biri de menem, odurki, cox gozel anlayiram hisslerini. Tam nagillardaki kimi (davamliligin) sonu xoshbext bitir ve bu meni cox sevindirir. Insallah, yaxin muddetde daha bir hiss elave etmeyini arzu edirem: Ana olmaq hissi. Bu hamidan ve her sheyden ferqli, en gozel hissdir 🙂
    xxx

  15. Duz 10 bundan qabaq tam bahsqa idi her shey,…gorneler deyishdi Mehinle senin heyatinda.Allah ananiza rehmet elesin,chox pis oldum baci.

  16. Artiq necenci defedir ki gorurem ki ananin rehmete getmesinden istifade edib, ozunu romantik-qaygikes,duygusal-tipik Emrah pozasina girirsen, belelikle de kutle halinda olan qizcigazlarin da ureyine girir, dertli qemli bir aura yaradirsiniz. fikir verdim, men bele anladim ki, senin o kutleden bir ferqin var , o da ingilis dilli olmagindir, nece deyerler ingilis-dilli tukezbanik 🙂

    • Hər yazıçının bir stimulu var, hər yazıçı hansısa yükdən azad olmaq üçün yazır. Mənim yazmaqdan həmişə zəhləm gedib. Amma həyatındakı ən dəyərli insanı bir gün içində gözlənilmədən itirəndə onun yerində böyük boşluq qalır. Adama çox ağır gəlir ki, necə ola bilər ki, bu insan dünyadan yox oldu və görəsən onunla bağlı xatirələr də bu cür yox olacaqmı? Ona görə yazıram. Onun yerini doldura bilməsə də yazılarımda təsəlli tapıram. Ananı itirmək ağrısı o qədər böyükdür ki, heç bir siz dediyiniz “romantik Emrah pozası”na bənzəməz. Arzu edirəm ki, bu ağrını heç vaxt yaşamayasınız, Allah ananıza uzun ömür versin.

  17. ALLAH RƏHMƏT ELƏSİN ANANIZA.
    Çox maraqlı yazı stiliniz var.Həm də çox istedadlı və ağıllısınız.
    Nə deyim VALLAH Ürəyinizdə nəki arzular var ALLAH TƏALA yerinə yetirsin İNŞALLAH.

  18. Hec vaxt rey yazmaq qismet olmayib.uzrlu sayin men oxuyub qachanlardanam.Allah ananiza rehmet elesin. Hec kimede fikir vermeyin qeleminiz necedi elede yazin )))
    ve hemise bize stimul verin.

  19. Salam Gozeller gozeli Shebnem xanim… men sizi ilk defe iki il evvel TED deki “Menim xosbextlik formulam” adli cixisinizla tanimisam, o da virtual. ondan sonra daim haqqinizda dusunur, yaxinlara, dostlara, tanislara sizin cixisinizi izletdirirdim. Sizin bir cox potensialli qadin, qiz ucun ideal ikon oldugunuzu dusunurdum. Ancaq ondan sonra sizin haqqinizda hec ne oxumadim, esitmedim, gormedim…tekce Eurovision vaxti sizin de reklam carxinda oldugunuzu gormusdum, vessalam. Bu gun tesadufen Facebookda sizin haqqinizda oxudum ve blece blogunuz, facebook sehifenizle tanis oldum. Heyatimin 43 emosiyasi adli yazini da heyranliqla oxudum. Aferin! Bele gozel, guclu bir xanimin layiq oldugunu bir yerde, seviyyede olmasi ve en esasi da xosbext olmasi meni cox sevindirdi. Ananiz ucun hemise uzulmusem, indi bu yazini oxuyanda da kederli hadisenin lap detallarini da oyrendim ve daha da kederlendim. Allahdan size sebr ona ise rehmet dileyirem. Yeqin esitmemis olmazsiz; Analar hec vaxt olmur…Sizin de ananiz cismani olmasa da daim menevi olaraq yaninizda ve yuxularinizdadir. Bu onun daim sizinle olduguna delalaet edir. Size daha da boyuk nailiyyetler ve bol bol sevinc, sonsuz xosbextlik arzulayiram. Cox isterdim ki, bir gun yaxindan tanis olaq. Fikirlerimiz cox benzerdir…Ugurlar!

  20. Heyati chox dolu-dolu yashayan bir insansiniz, semimiliyiniz ise sizin gozelliyinizdir. Hemishe bele gozel qalin. Inaniram ki, heyat yoldashiniz sizin kimi maraqli insanla birlikde oldugu uchun choox xoshbextdir! Xoshbextliyiniz daimi olsun!

  21. Hemise ezmi, nailiyyeti , xeyirxahligi , xoş niyyeti , semimiyyeti oz uzerinde cemleyen insanlara xüsusi simpatiyam olub.
    Sizinde bele insan olduğunuzu duşünürem.
    Herzaman heyatinizdaki dəyişikliklerin yaxşi ve daima yukselen istiqamətdə olmağını arzu edirəm…
    Heyatda tekce pisleri deyil xususen, yaxsilari demek lazimdir ki, daha yaxsi olsun )

  22. Yuxaridan ashaqiya dogru bir-bir oxuduqca butun hissleri yashayir insan, keder, sevinc hamisini yashamish kimi oldum.
    Eslinde kino kimidir evvelde olan agri-acilari gorende, sonunun da bele olacagini dushunursen, amma her shey yavash-yavash duzelir, heyat oz surprizlerini edir, bezileri sonunu gozlemeden teslim olur, bezileri mubarize aparir.
    Ne yaxshi ki bele pozitiv ve guclu insanlar var!
    Ve ne yaxshi ki, bu cur hekayelerini paylashirlar. 🙂
    Ugurlar!

  23. Menim Sheb’im 🙂 qisa zaman once tanidigim illerdir taniyirmisam kimi sevdiyim,ideal’im 🙂 seni cox coooox isteyirem 🙂 burda yazdigin emosiyalari bir bir yasamasam da hiss ede bildim bezi yerlerinde cox agladim 😦 bezi yerlerinde tebessum etdim 🙂 Allah Anana Rehmet Elesin..Mence O Senin kimi Bir Meleyin Anasi oldugu ucun Her Zaman Qurur Duyur

  24. Menim uzerime dusen yuk Allah butun Analara can sagligi versin .Sizede sebr uzun omur sebr arzulayiram .Her bir yazini oxuyuram .Adeten sizin veziyyete dusenleride sizi hemise gosderiremki bax bele bir xanim cox merd xanimdir bu dusduyu durumdan nece cixirsa ve onun yazdigi meqleleri oxumagi tovsiye edirem coxuna .Size can sagligi arzulayiram heyyatda birini itirirsen birini qazanirsan Xosbextlik arzulayiram sene ve ailene .Heyyat lotereyadir.

  25. Super!! Herkese ornek olan bir insansiz,sizin kimi olmagi cox istierdim:) her yaziniz chox maragli olur,sizi basgalasinnan ferglendiren sehirli birsey var,mence bu tam semimi olmaginizdi,her seye gore choxsagolun ve insAllah hemise de yazmaga davam eliersiz,bundan bezmersiz!:)))))

Leave a reply to Firuz Eyvazov Cancel reply