Özünlə necə danışırsan?

Nəyə görə iş müsahibəsindən kəsilmişdin? Nəyə görə insanlar qarşısında çıxış edəndə yenə çaşdın və qızardın? Niyə ən vacib görüşə gedəndə keçən maşının təkərindəki palçıq uçub məhz sənin paltarına yapışdı? Nəyə görə hər dəfə tələsəndə təndirə düşürsən? Axı əvvəldən özünə dəfələrlə demişdin “Bu müsahibədən kəsilmə”, “O çıxışı edəndə həyəcanlanma”, “Tələsmə”. Image

Gələcək ilk öncə bizim beynimizdə qurulur.

Sən müsahibədə həyəcanlı olacağını düşünürsənsə və özünə dəfələrlə “Həyəcanlanma!” əmri verirsənsə, sənin şüuraltı beynin həyəcanlanmaq haqda düşünür.

Əgər sevgini axtarırsansa və qarşına yalnız uğursuzların çıxdığına inanıb “Bircə bu da simic/avara/savadsız olmasın” deyə düşünürsənsə qabağına məhz simic/avara/savadsız biri çıxacaq.

Dostlarınla boulinq oynamağa getmisənsə və hər dəfə topu atanda “Bu dəfə də sıfır xal qazanma!” düşüncəsi ilə xəttə yaxınlaşırsansa oyunu uduzanda təəccüblənmə.

Uğur qazanmaq istəyirsənsə uğurlu ssenariləri düşünməlisən. Vacib bir görüşə gedirsənsə o insanın qarşısında özünü utandırmamaq üçün çalışmaq əvəzinə görüşün uğurlu keçəcəyi haqda düşün. Qonaqlıq təşkil edirsənsə bişirəcəyin yeməklərin dadsız alınacağından qorxmaq əvəzinə hamının sənin yeməklərindən zövq alıb tərifləyəcəyini təsəvvür et. O zaman:

–          Sən özünə daha inamlı olursan

–          Uğurlu olmağına mane olacaq həyəcan, stress, qorxu yoxa çıxır

–          Beynində yaxşı ssenari qurduğun üçün uğur sənə real gəlir və ona daha yaxın olursan

Öz danışığına fikir ver.

Öz düşüncələrinə fikir ver.

Onları diqqətlə seç.

Yalnız o zaman hadisələr dəyişəcək.

Yalnız o zaman nəticələr dəyişəcək. 

10 thoughts on “Özünlə necə danışırsan?

  1. Shaaaab, thanks a looot 🙂 imtahanlarim bashlayir, ishden xoshum gelmir. Chox stressli idim. Oxudum duz yerine dushdu. Imtahanlari ugurla verecem. Magistraturada son ilim ugurlu olacaq!! Chox shansli olacam bu imtahanlarda. Ishe gelende ise bu ishe chox pul qazanib arzuladigim ishi quracam ozume!!! Heyati chox sevirem

  2. Real olan bir məsələni danışacam.Bəlkə də Sizə və oxuculara gülməli görünə bilər amma realdır. Deməli anam həmişə deyərdi ki, bir qohumları var həmişə danışırdi ki, nə bilim bu işin sahibi olacam. Oğlumun toyuna bunları gətirəcəm.Belə edəcəm. Elə edəcəm. Nə bilim bla ba bla. Bu kimi sözlər inanın hər şey yerinə yetirdi. Elə bil ki pozitiv düşünmək ona həmişə fayda verib.Yenə də deyirəm ki real olanı danışıram.

  3. maraqlıdır.Əslində,mən də çox vaxt özümü müsbət düşüncələrə kökləyirəm.yaxşı planlar qurub, uğurlu ssenarilər yazıram. amma olmur, olmur.niyə bilmirəm.həyatdan bir şey gözləyəndə alınmır ki alınmır. çox vaxt arzularım unudulandan sonra həyata keçir.onda əvvəlki ehtiras, istək olmur. adi bir şeymiş təsiri bağışlayır. belə.yazılara görə çox təşəkkürlər 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s