Gəl Açıq Danışaq

1460179_10100733311190627_1023890547_n-620x400Elə günlər olacaq ki, özünü ən dərin, qaranlıq boşluqda, tək hiss eləyəcəksən. Evə gəlib üzünü yuyanda səni ağlamaq tutacaq, gözünün tuşu üzünə yaxılacaq, güzgüyə baxıb fikirləşəcəksən ki, ətrafda kameralar olsaydı indi yaxşı dramatik səhnə çəkə bilərdilər, göz yaşının krant suyuna qarışması əsl Oskarlıq səhnədir.

Yadına uşaqlıq travmaların düşəcək – məktəbdə həmişə səninlə prinsipə gedən müəllim, sinifdə səni sözləri ilə incidən o gombul oğlan, ilk sevginin başqası ilə əl-ələ gəzdiyini görməyin, sonra indiki çətinliklərini düşünəcəksən – səndən zəhləsi gedən müdirin, bank hesabındakı pulun miqdarının 2-rəqəmli olması

Sənə elə gələcək ki, hər zaman qurbansan, elə biləcəksən ki, bütün pisliklər səni tapır. Beynində eyni hadisəni təkrar-təkrar fırladacaqsan və onda ‘kaş ki’lər, ‘gələn dəfə’lər məsələyə girişəcək. Seriallardakı min bir əziyyətə məruz qalan baş qəhrəmanları özünə doğma biləcəksən, onların nə çəkdiyini başa düşəcəksən.

Zırıldaya-zırıldaya Adele-in kədərli mahnılarına qulaq asıb onunla bərabər oxuyacaqsan, Adele mahnının sözlərini səhv oxuyanda ona da hirslənəcəksən. Facebook-dan zəhlən gedəcək, ordakı ideal həyatı olan dostlarının ideal şəkilləri səni hirsləndirəcək, elə biləcəksən bütün dünya xoşbəxtdir, səndən başqa. Bütün dünya uğurlu insanlarla doludur, bir sən ‘loser’-sən. Özünü tənha, bədbəxt, uğursuz hiss eləyəcəksən.

Bax, həmin o dramatik anda bir şeyi bilməyini istəyirəm – sən əlindən gələn hər şeyi etmisən. Özünü qınamaq, günahlandırmaq çox asandır, geriyə baxıb nəyisə başqa cür edə biləcəyini düşünməklə yanılırsan. Çünki hər bir vəziyyətdə, hər gün, hər saat və hər an sən əlindən gələn ən yaxşısını etmisən. Biz hamımız ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK. Hər bir vəziyyətdə ən yaxşı bildiyimiz cür davranırıq.

Hər birimiz bir dəfə yaşayırıq (Buddist bacı-qardaşlar məni bağışlasın), keçmiş həyatdan təcrübə toplumuz yoxdur, əlbəttə səhvlər edəcəyik. Çünki yalnız risk etməyən qorxaqlar səhv eləmirlər. Səhvlər et, onların səni əzməsinə imkan vermə, səhvlərdən öyrən, onların nəticəsində böyü.

Başa düş ki, SƏN TƏK DEYİLSƏN, hamının daşıdığı görünməz problem çemodanı var, hamının İnstagrama qoymadığı kədərli anları olur, həyat asan deyil. Amma çətin günlərlə bərabər universitetdən fəxrlə məzun olduğun, adının xalçaya pambıqla ‘Toyunuz Mübarək’ yazıldığı, ən yaxın dostunla saatlarla söhbət edib zövq aldığın, sevdiyin insanlarla keçirdiyin ad günləri, sürpriz hədiyyənin səni göyün 5-ci qatına çıxardığı günlər də olacaq.

Bu dünyada vaxtımız limitlidir, sən heç vaxt bu günkü qədər cavan olmayacaqsan və bu gün səni narahat edən şeylərin 90%-i 1 il sonra vecinə də olmayacaq. Həmişə böyük səhnəni görməyə çalış, öz narahatlığına gül, boş ver. Bil ki, qışdan sonra yaz gəlir, hər şey yaxşı olacaq.

Gözəl günləri düşün, krantı bağla, tuşunu sil və bil ki, sabah daha da gözəl olacaq.

Gülümsə. Çünki həyat güzgü kimidir, ona gülənə gülümsəmə ilə cavab verir.

13 thoughts on “Gəl Açıq Danışaq

  1. yadimdan cixmishdi qocaldigim her gun, vaxtimin azaldigi, her seyi de her yashda elemek olmur axi… sevimli sheir kitabimdan bu bloqu oxuyan her kes ucun bunu secdim.
    *********************************************************************
    Bu dünyada kədər qədər xeyir varsa,
    Gözlərində işıq varsa,
    ürəyində şeir varsa
    sevgi varsa,
    axmaqlarla, əclaflarla, avamlarla
    küsüşdüyün, barışdığın adamlarla maraqlıdır məncə həyat.
    Maraqlıdır, maraqlıdır, maraqlıdır şükür ki … (Qismət ,Şükranlıq)

  2. Bir şey deyim, mətn məndə o dərəcədə saf bir duyğu yaratdı ki, tüklərim biz-biz durdu, çox az məqalə bu dərəcədə bəsit sözlərlə səni ruhlandıra bilər məncə, mən indi anladım bunun səbəbini, əvvəl yazılan bu yön məqalələrin hamısı bu halları yaşamamış, sadəcə süni sözlər toplusundan istifadə etmiş insanlar tərəfindən yazılmışdır. Möhtəşəm bir sözlə! Dostumu görmək, sevgimi hiss etdirmək istədim Vallah) Təşəkkür edirəm!

  3. Ele cetinlikler olurki heyatda insan ozunu unudur bir onu fikirleshir ki, tez cetinlikler bitsin, tezden normal heyatina qayitsin! Bu meqaleleri oxuyandan sonra shexsen men umidlendim! Bu gune, sabaha fikirlerim deyishdi. Basha dushdum ki, neyise gozleyende hecne alinmir. Bu gun ucun yashamag ve her sheye umidli olmag lazimdir. Chox teshekkur edirem sene. Yashin azda olsa bashin meni kimi chox cekib!

  4. Bir sözle, mükrmmel. Bu yazini print edib, saxliyacam stolumun uzerinde. Milyon dene psixoloq seansindan irelidir 😉

  5. İnanin icimdekileri oxudum sanki..sizin sehifeni dunen tesadüfen bır dostumun sehifesinde gördüm,2.3saata butun sehifeni 9xudum ve sizi bacim qeder sevdim..adimlada bir daha qurur duydum..mende Shebnem em..))ne xos meneki Şebnem adinda dünya görüşlü,savadli,optimist bir sözle universal bir hemyasidim var..size ugurlar,xosbextlik arzu edirem..tanisligmiza wadam…kiss uu…

  6. Bir sozle, mohtewem! Bizim olkede insanlar problerine gore o qeder tez havalara girirler ki, kucede her yerde egressivlewme gedir. Cinayet hadiseler neinki azalir, hetta toredilen cinayetlerin agirligi da artir. Hamisi sirf buna goredir ki, inasanlarimiz dunyada hamidan bedbext ozlerini hiss etdikleri ucun kenardakilara qarwi qisqancliq ve kin saxliyirlar. Bu meqale mence coxlarina bir daha oturub fikirlewmeyine komek edecek. Webnem xanim, sizi ilk defe TEDx-de gormuwdum. Yaxwi menada vuruldum)) Ugurlar size!

  7. Şebnem, sene heyranam. Sen deye muraciet edirem, cunki yazilarini oxuyub, videolarina tekraren baxmaqdan ele bilirem coxdan tanişiq. Heqiqeten de hiss etdiklerini möhteşem ifade etme qabiliyyetin var. Bilinir ki, jurnalistlerin övladisan. Seni çox isteyirem. Esas da o gozel qawlarin ve gülüşun meni heyran qoyur. Hemişe bele pozitiv qal ve arxanca gencleri apar.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s