Bu məqaləni niyə oxuduğunu bilirəm! Kimsə xətrinə dəyib, ya hansısa hadisə səni məyus edib, ya həyatında nədənsə narazısan (ya da avaraçılıqdı)…Birinci addım – Zəhmət olmasa YouTube-da 115 dəfə qulaq asdığın Namiq Qaraçuxurlunun mahnısını söndür.
İndi isə sənə bir hekayə danışım
Bir dayday tanıyıram, adı Voltdur, qəzetdə karikatura çəkməklə pul qazanırdı.
Günlərin bir günü müdiri onu yanına çağırıb Voltun xəyal gücünün olmadığını deyib onu işdən qovur.
Volt çox kədərlənibmiş, yolda evə gedə-gedə nə qədər uğursuz və maraqsız bir insan olduğunu düşünüb. Bir neçə gün depressiyada olandan sonra isə müdirinin acığına həyatında yeni səhifə açmaq qərarına gəlir – öz şirkətini qurur, özü şəkillər çəkib cizgi filmləri yaratmağa başlayır. Bir neçə il içində onun Disney adlı şirkəti Hollivudun 1 nömrəli cizgi filmi şirkətinə çevrilir. Həmin dayday isə Volt Disney idi.
Volt o işdən qovulmasaydı bəlkə də ömrünün axırına qədər orada işləyəsi idi biz heç vaxt Sinderella, ya Mauqli cizgi filmlərinə baxmayacaqdıq.
Çətinliklər bizi yuxudan oyadır
Yalnız müdirimizin kobudluqlarını görəndə təzə və daha yaxşı iş axtarmağa başlayırıq, yalnız evimizin damı dammağa başlayanda evi təmir eləmək qərarına gəlirik, yalnız qonşunun qızına elçi gələndə biz də bəzənib adam içinə çıxmaq, kimləsə tanış olmağa çalışırıq, yalnız rəfiqəmizin 2 yaşlı uşağı bizə “gombules” deyəndə pərt olub idmana yazılırıq.
Hər bir çətinlik özü ilə birlikdə təkan gətirir.
Çətinliklər sənin üçün trampolindir
Həyatında dəyişikliklər eləmək üçün təkandır.
Həyatda həmişə hər şey ideal olsa idi insanlar tənbəlləşərdi, heç nəyi dəyişməyə həvəsimiz/marağımız olmazdı. Həyatında hansısa çətinlik olanda yox, əksinə, hər şey yaxşı gedəndə narahat ol! Çünki yalnız və yalnız çətinliklər nəticəsində ucalırsan, öyrənirsən, böyüyürsən, Volt Disney olursan.
Mənfi hadisə ilə qarşılaşanda “Ah niyə bütün pis adamlar mənim qabağıma çıxır?” və ya “Niyə başıma belə hadisələr gəlir?” yox, “Həyatımda hansı dəyişikliklər etməliyəm?” deyə düşün. Enerjini təmiz saxla. Öz həyatının pilotu özün ol. Çətin hadisələrə və dözülməz insanlara görə minnətdar ol – onlar olmasaydı sən bu qədər güclü, təcrübəli olmazdın.
Mən də öz növbəmdə Namiq Qaraçuxurluya təşəkkür eləyirəm, ona qulaq asıb bu qədər kədərlənməsəydin (guya ki, gecələr gizlicə onun mahnılarına qulaq asmırsan) bu yazını oxumazdın . Görürsənmi, hər şeydə bir təkan var?!
Bəs hansı çətinliklər sənə dəyişiklik eləməyə təkan verib? Nəticədə nə qazanmısan?
P.S. Bu yazını açıb Sinderellanın hərfi mənada necə doğulduğunu oxumaq istəyirdinsə səni təəssüfləndirdiyimə görə bağışla. Əgər hələ də Sinderellanın necə doğulmas; sualı səni narahat edirsə əminəm ki, hər şey bu cür başlayıb.
Great article as always! Thank u 👍💐😊
Thanks for reading! xo
Shab bashda 1 az sehvin var chunki bu meqaleni her defe maragli yazirsan deye oxudum ,yeni sene core:))
Haha Uzeyirin fanatlari da bizim qardashimizdi! #senecore
Namiq Qaraçuxurlunun yox, çünki heç vaxt qulaq asmamışam, amma Emin Kəriminin “İki nəfərlik fəsil” bəstəsi 119 dəfə repeat olunub məncə 🙂 bir azdan mahnının birinci notuna belə qulaq asa bilməmə həddinə çatacağam. help! 😀
Dəyişikliklər… həyatımın son il yarımına baxanda nə qədər dəyişikliklərim olduğunu açıq aydın görürəm, sevdiklərim bir bir həyatımdan çıxır. bu da mənə qəribə təsir edir. həmişə dəyişikliklərdən qorxmuşam halbuki, indi isə düz ortasındayam. nə azandığımı bilmirəm Şab, hələki itirmə mərhələsindəyəm..
Bu yazini sene yazmisham. 🙂
:*
təsadüflərə inanmıram. bu gün işdən qovuldum və “təsadüfən” bu yazı çıxdı qarşıma. namiqi dinlemirdim, cunki data kartın limiti bitir.amma portishead gloomy sunday-i noutbukda xeyli vaxtdır təkrar təkrar oxuyur. sunday olmasa da…herçend işsiz adama hər gün sundaydir-)))
ananıza minnetdaram. ozunu mənən boyude bildiyi(ki bizim ölkədə qadınlar adətən əvəzolnmaz aş sümə rekordlarına can atır), bilgisini ve ishigini size oture bilib deyə. minnətdaram. həyata yungülvari ironiya və geniş təbəssümlə baxanlarındır həyat)
sonda, kim bilir bəlkə bu gun işdən qovulmagim ən boyuk arzuma dogru aparan siqnaldir)
Dindrella yox cetin veziyyetden cixmagin usulunu oyrenmeye girdim bura ama hecne basa dusmedim.voltun sadece olsraq bexti uzune gulub…
Bu saytla, sizin yazılarla yeni tanış olmuşam.Çooox təşəkkürlər. Gücümə güc qatırsız. Məni ən çox hərəkət etməyə, məqsədimə doğru səylə addımlamağa təkan verən qüvvə qayınanamdır.Yox, zarafatsız. ”İş tapa bilməyəcəksən. Səndə heç nə alınmayacaq. Xeyir-dua verməyəcəm sənə” kimi sözlərlə mənə güclü motivasiya verir.Öz üzərimdə daha səylə çalışıram, təlimlərə qatılıram, daha da çox öyrənmək istəyirəm. İş həyatıma başlasam, ilk olaraq o qadının əllərini öpəcəyəm