“Şəbnəm, mən onu daha sevmirəm.”

A man and a woman on a pier

15 illik bir dostum var (hə, qocalmışam deyəsən). 2 il əvvəl evlənmişdi. Srağagün mənə Facebookda mesaj yazıb. “Şəbnəm, mən onu daha sevmirəm. Ayrılmaq istəyirəm. Mən nə edim?”

Sizin üçün hekayənin əvvəlini danışım. Bu oğlan o qız üçün dəli-divanə idi. Hər gün evlərinin qarşısında gözləyib onu işə aparırdı, sonra evə gətirirdi. Ən gözəl gülləri, hədiyyələri ona alırdı. O qız haqda şeirlər yazırdı. O qız üçün serenada belə yazmışdı. Qız da axırda əridi, razılaşdı, 1 ay sonra evləndilər.

“Şəbnəm, mən onu daha sevmirəm. Ayrılmaq istəyirəm. Mən nə edim?” Təəssüf ki, Facebookda yalnız ‘dürtmələmək‘ funksiyası var, ‘şillələmək‘ funksiyası yoxdur (məndən asılı deyil, dostlarım kədərli olanda mən hirslənirəm. Yanlarında ola bilmədiyim üçün və ya elə sadəcə kədərli olduqları üçün). Cavab yazdım.

“Qadan alım, sən ona hələ də gül alırsanmı?”

“Yox, vaxtım yoxdur. İşlərim çoxdur son vaxtlar. Həm də nə gül? Deyirəm sevmirəm daha onu.”

“Bəs onu işə aparıb-gətirmək necə?”

“Özü gedib-gəlir. Ehtiyac qalmır.”

“Bəs yaxşı, bir yerdə kinoya gedirsinizmi?”

“Dedim axı, işlərim çox olur.”

“Bəs onu dinləyirsənmi? Gününün nə cür keçdiyini soruşursanmı? O stressli olanda kürəyini ovxalayırsanmı?”

“Yox.”

“Bəs sənin üçün yemək bişirəndə, köynəyini ütüləyəndə təşəkkür edirsənmi?”

“Yadıma düşmür.”

“Sənin problemin aydındır. Sən sadəcə onu sevməlisən.

“Dedim axı sevmirəm onu.”

Sevmək yalnız emosiya deyil. Sevmək hərəkətdir. İlk tanış olduğunuz vaxtlar bir-birinizə qarşı hiss etiyiniz hisslər simpatiyadır, sonradan bir-birinizə göstərdiyiniz diqqət, qayğı, hörmət, dəstək nəticəsində o hisslər güclənib sevgiyə çevrilir.

Vaxt keçdikcə sənin göstərdiyin qayğı və diqqət azaldıqca sevgi də zəifləyir. Ona görə də sən onu sevməlisən. Ona güllər almalısan. Sürpriz şam yeməyinə aparmalısan. Cibinə gizlicə sevgi açıqcası qoymalısan. Onu dinləməlisən. Saçını oxşamalısan. Qucaqlamalısan. Öpməlisən. Sevgi bunlar nəticəsində yaranır.”

Vüsalla mənim toyuma 1 həftə qalmışdı, bir ağbirçək nənə mənə dedi ki, “ay bala, sevgi zad boş şeydi, hamısı toydan sonra keçib gedir, əsas odur paltarlarını yu, yeməyini bişir.” Ay nənə, problem ondadır ki, toydan sonra insanlar tənbəlləşir, bir-birinə əvvəlki diqqətin 10%-ni belə göstərmirlər.

İnsanlar başa düşmür ki, sevgi də insan kimidir. Onu yedizdirməlisən, yumalısan, bəzəməlisən, onda o böyüyəcək, güclənəcək. Bu yalnız oğlan-qız münasibətlərinə aid deyil. Dostluq, ailədə də belədir.

Sevgi jestlərdir.

Sevgi hərəkətlərdir.

Bunların nəticəsində hisslər yaranır.

Əgər Disney kinolarına baxıb ağ atlı şahzadənizin gələcəyini və ömür boyu bir-birinizi dəli kimi sevəcəyini düşünürsünüzsə, bunu reallaşdırmaq mümkündür. Amma çoxlu iş tələb edir. Çoxlu hərəkət tələb edir. Səhər işdən çıxıb axşam evə qayıdıb yatanda, həftəsonlarını futbola baxaraq keçirəndə mətbəxində yaşayan milçəklər və tarakanlar belə öləcək. O ki qaldı sevgi…

Odur ki, sevgilisi, həyat yoldaşı, valideynləri və ya dostu ilə münasibətlərinin pis getməsindən şikayətlənən oxuyucum, sadəcə olaraq SEV!

Diqqət göstər.

Sürprizlər et.

Hədiyyələr al.

Bir yerdə əylənməyə gedin.

Onun üçün bir şey et.

ONU SEV!

Hərəkətinlə sev. Sözünlə sev.

Və bundan sonra mənə yazdığınız mesaj yalnız belə başlasın – “Şəbnəm, mən onu o qədər sevirəm ki…”

ssss

Advertisements

29 thoughts on ““Şəbnəm, mən onu daha sevmirəm.”

  1. Shebnem superdi. sene coox tesekkur edirem. inanilmayacaq derecede depresiyada ve cixilmaz bir sixintinin icinde idim . bu gun ozume inami qazanmaga , problemlerimin ohtesinden gelmeye cox komek oldu bu meqalelerin, en esasida TEDxBakidaki muhaziren. coox sagol )))))

  2. Salam, Shebnem. Sizin yazilarinizi “follow” edirem, xoshuma gelir. Ana haqqinda yazinizdan sonra duzunu deyim, sizi chox istemeye bashlamisham.)) Bugunki yaziniza gelende ise, siz lap kinolardaki, nagillardaki sevgiden behs etmisiniz. Real heyatda chetinki bele sevgi ola. Misal uchun… eger men oz erime sizin dediyiniz kimi davransam amma o mene kobud, bir gun menim de qol-qanadim sinib yanima dushecek, bilecem ki cehdlerim ebes yere imish.Bes onda men neyneyim? Ona aid de nese yazin 🙂

  3. cox saol Sebnem men artiq onu sevirem.
    dostlarimla aram supperdi ailemlede qohumlarimlada arami duzeldirem sukurler olsun.

  4. Salam, Şəbnəm. Səni hələ indi tanıyıram. Bəlkə də xəbər saytı oxuduğum qədər, poeziya və ya sosial bloqları da oxusaydım, səni çoxdan tanıyardım. Hal-hazırda bunun heç bir əhəmiyyəti yoxdur, həm də var.
    – “Şəbnəm, mən onu onsuz da ( zatən) sevirəm”. Amma əvvəlki kimi sevirəmmi?! Məncə yox. Amma bir şey var. Əvvəl onsuz, ondan uzaqda (subaylıqda) yaşayırdım. İndi yaşaya bilmərəm, məncə. Məncə-ni yazdımki, həyatdır, bilmək olmaz. Arada maraqlı xanımlar görürəm, bir anlıq o xanımlarla yaşam istəyirəm…amma həyat yox…

  5. Çoox sevinirem ki Azerbaycanda da normal düşünce qabiliyyeti ile yaza bilen birileri(belke de tek siz) var.Yazdıqlarınızın hamsını birden oxumaq isteyirem amma üreyim gelmir ki sonraya da bir şey qalsın:)Alqışlıyıram sizi sadece..

  6. Tamamila raziyam. Butun ailelerde cetinlik olur. Sadece olaraq dayanmaq lazim deyil, mubariza aparmaq, yolu davam etmak lazimdi. Eger bu adami sevmisense indi soyuqluq varsa, balaca bir tekan her seyinevvelki kimi edde bilar))). Sevmak ve sevilmak gozeldi)

  7. Sizin TEDx cixislarinizi dinlemisem, bezi meqaleleri oxumusam amma bu gun daha cox diqqetimi cekdiniz. Bir sey ucun cox tesekkur etmek isteyiremki azerbaycan dilinde yazirsiniz. Bezen dostlarima nese catdirmaq isteyirem amma ozum o qeder yazmagi bacarmadigim ucun fikirlerimi catdira bilmirem, tapdigim meqaleler ise rus ve ya ingilisce olur, ve dostlarim o dilleri bilmir bezen. Azerbaycanca yazdiginiz ucun butun dostlarimla paylasa bilirem. 🙂 Tesekkurler! 🙂

  8. Shabnam, bayaxdan yazilarini oxuyuram ve bu yazini nese girib oxumurdum. son anda achib oxudum. onun ishe gelmeyini gozluyurem. bu deqiqe qerar vermeliydim davam edimmi ya yox. chunki artiq demek istiyirdim. indi qerarimi verdim. davam edecem! 🙂 love u!

  9. Salam, Shebnem. Cox gozeldir yazilarin, mende tezelikce oxumaga bashlamisam. Ortaq bir nece tanishimizda var seninle, heyf heyatda qarshilashmamishiq but anyways 🙂 bu meqale cox mene tesir etdi, cunki eyni bu sozleri hemise kimse sevgilime desin deye (menim adimdan lol) arzulamisam… O qeder duzgun izah etmisen ki sevgini! Artiq iki illik munasibetimiz var ve bu 2 il nece kecdi getdi bilmedim, cunki ilk 3 aydan sonra dusundum ki i won’t be able to make it. Boyuk bir boshluq var hisslerimizi bir birimize gostermek baresinde, yani eslinde onun terefden. By the way amerika vetendashidir ve azerbaycanda yashayir. Orda yashayan bir insan kimi belke teselli ucun deyesen ki Amerikalilar quru milletdir 😁 But no, herkes individualdir ele deilmi….. Bir soznen ellerine sagliq 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s