14 il əvvəl və 41 il sonra

door

Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan.

Maşından əsə-əsə düşürsən.

Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan.

Səni şok bürüyür.

Tabutdakı insan SƏN özünsən.

Ən yaxın dostun sənin haqqında danışır. Ailə üzvlərin səni yada salırlar. Sən geriyə dönüb öz həyatına baxırsan…

Həyatda nələr etdim?

Nələr öyrəndim?

Xoşbəxt idimmi?

Başqalarını xoşbəxt etdimmi?

“Əşşi, hələ o vaxta çox var…” Ağlından indi bu keçir yəqin.

Yadındadırmı, 2000-ci ildə hamı dünyanın dağılacağını gözləyirdi, bütün ekstrasenslər hay-küy salmışdılar ki, dünyanın sonu çatıb. Biz də 1999-cu il 31 dekabrda qorxu (ya da yorğan-döşək) içində gecə saat 12 olmasını gözləyirdik. Bax, o hadisənin üstündən 14 il keçib. ON DÖRD il – beş min yüz gün! Sən də, mən də 14 il qocalmışıq. 14 il!

GƏLƏCƏK 14 İLLƏR DƏ BELƏ KEÇƏCƏK!

İnsanların çoxu maqazindən nisyə mal almış müştəri kimi özləri ilə üzləşməkdən qaçırlar.

Məktəbi bitirib valideynlərin seçdiyi fakültədə oxuyub qurtarır, valideynin köməyi ilə ortabab bir iş tapıb valideynin tapdığı biri ilə evlənir, uşaqları olur, saçları ağarır, dişləri tökülür və ölürlər.

Amma heç vaxt oturub papaqlarını qabaqlarına qoyub fikirləşmirlər ki, bəlkə kosmonavt olmaq, ya Antarktidaya gedib pinqvinləri araşdırmaq, ya Bora-Bora adalarına (bəli, belə bir ada mövcuddur) köçüb yaşamaq, ya da Meksika yeməkləri (mmm… burrito…) üzrə aşpaz olmaq istəyirlər?

Hərdən ürəklərindən belə dəli arzular keçir, onda var – gücləri ilə o səsi susdururlar ki, ‘BAŞIN XARAB OLUB’?

Yaşamaq (mövcud olmaq yox, doğrudan yaşamaq) cəsarət tələb edir.

Əgər bu gün etdiyin işi sevmirsənsə, həyatda olduğun yerdən razı deyilsənsə, deməli papağı qabağına qoyub mikrofonu ürəyə vermək vaxtıdır. Həyatındakı dəyişiklik etmək vaxtıdır. Oturub mızıldamaq yox, hərəkət etmək vaxtıdır. Başqalarını tənqid etmək yox, özünü inkişaf etdirmək vaxtıdır.

Ürəyindən keçənləri dinlə – arzularının, maraqlarının arxasınca get – ürəyin başı heç vaxt xarab olmur.

Bilirəm, baban bunu sənə demişdi, amma..

HƏYAT DOĞRUDAN DA ÇOX QISADIR

21 thoughts on “14 il əvvəl və 41 il sonra

  1. Her defe sizin yazilari oxuyanda,oz.meqsedlerimi heyata kecirmeye daha cox can atiram,cox sagolun ki,bizle bolusursunuz 🙂

  2. İlahii!buna nece de ehtiyacım var idi!Çox ela hiss eledim,bezi planlarım var ve bunu mütleq heyata keçirmeye çalışacam ele indi bu deqiqeden!Özüme inanacam!🙏💋😊😊

  3. Shebnem xanim sizin yazilarinizi oxuyuram ve heqiqeten de inanilmaz derecede ozume guven artir. ve inanirsiz men artiq heyatimi deyishdirmek isteyirem. eynilikden bezmishem ve sizin motivasyaverici meqaleleriniz sayesinde dushunurem ki, tezlikle shexsi meqsedimi heyata kechirtmek yolunda addimlar atacam 🙂 yaxshi ki, bu sayti tapdim. chox sagolun deyerli fikirlerinize gore 🙂

  4. salam bu bolmeni yaxinda izleyirem.gozeldi.baslamaq isteyenler ucun gozel baslangizdi.izlemek yeterlidir deyerdim.haminiza bol bol ugurlar

  5. Demek olar ki yazdiqlarinizin hamisin oxumuwam. Bu yazini defelerle oxudum. dogrdan da bir gun her wey ucun cox gec ola biler. sizden o qeder wey oyrenirem ki. Her bir yazinizdan ozumcun nese gotururem.

  6. Ah Bora-bora adası♥️Bu yazını oxumaq çox xoş oldu mənə😊Bunun üçün ,bundan başqa olan yazdığınız və yazacağınız bütün yazılar üçün təşəkkürlər😇

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s