Həyat məqsədini yaratmaq üçün 9 sual

title485299396

Fatmanın zəngli saatı hər səhər saat 7.12-də çalanda elə bil onun başından qaynar su tökürlər. İndicə bir bütöv limon yemiş kimi üzünü turşudub saatı söndürür. Bir gözü yumulu-bir gözü açıq ayağa durur, dişlərini yuyur, paltarını geyinir, evdən çıxır, avtobusa minir. Fatma işə gedib çatır, zəhləsi gedən müdirini görən kimi ikinci gözü də açılır, kompüterin qarşısına keçib sevmədiyi işdə 8 saat keçirir.

Və səhərisi gün eyni ssenari…

Niyə sevdiyi işlə məşğul olmadığını soruşanda Fatma deyir ki, hələ nə işlə məşğul olmaq istədiyini bilmir. Başqa sözlə desək, Fatma hələ həyat missiyasını tapmayıb. Tanış əhvalatdır?

SƏN TƏK DEYİLSƏN. Bu sual hər il minlərlə abituriyentin ən qorxulu yuxularına gəlir – Hansı fakültədə oxuyum? Nə olmaq istəyirəm? Universiteti qurtarıb işləməyə başlayan yüzlərlə insan öz işindən narazıdır, sən demə, 6 il Tibb Universiteti oxumaq boşa gedib, çünki Gülbadam qan görəndə ürəyi gedir.

Dünyadakı insanların çoxu sən, Fatma və Gülbadam kimi həyat məqsədinin onları bir gün tapacağını gözləyir. Bununla da ən böyük səhvi edirlər.

Həyat məqsədi/missiyası səni tapmır, sən onu YARADIRSAN! 

Dünyada iki cür insan var – həyatı missiyalı yaşayanlar və missiyasız olanlar.

Həyat missiyası nəyə lazımdır? Həyat missiyası benzin kimidir, sənə enerji və stimul verəcək, ağlına gəlməyən çətinliklərə qalib gələ biləcəksən, məqsədli yaşayacaqsan, yuxudan hər səhər iki gözün açıq, gülər üzlə duracaqsan, iş sənə əyləncə kimi gələcək.

Həyatı missiyalı yaşayan insanlar uğurlu insanlardır, dünyada dəyişikliklər edən insanlar məhz onlardır, hər zaman müsbət enerji ilə doludurlar, tənqidlərə və çətinliklərə qalib gəlmək üçün sonsuz gücləri var.

Sən də hələ missiyanı kəşf etməmişən?

Gəl sənin missiyanı yaradaq.

Bunun üçün YARIM SAAT ayır. Bunu ya indi, ya da sonra edə bilərsən. Ətrafında fikrini yayındıran heç nə olmamalıdır. Hazır olanda vaxtı ölçən cihaz, dəftər-qələm götür və ya yeni Word fayl aç. Hər sualı oxuyub yaxşı düşünüb 3 dəqiqə ərzində cavablarını yazmalısan. Başlayaq!

1. Sən ən çox nə etməyi sevirsən? Nə ilə məşğul olanda özünü çox xoşbəxt, rahat hiss edirsən? Sevdiyin bütün xırda və böyük məşğuliyyətləri yaz. (3 dəq)

2. Bütün dünyanı düşün – Afrika, Asiya ölkələri, Avropa… Dünyadakı insanları düşün. Onların yaşadığı çətinlikləri düşün. Dünyanın və dünyadakı insanların xoşbəxt olması üçün nəyə ehtiyac var? Hansı dəyişikliklər, yeniliklər dünyadakı insanları daha xoşbəxt, dünyanı daha yaxşı edər? (3 dəq)

3. İndi birinci suala yazdığın cavablara bax. Sən bu sevdiyin məşğuliyyətlərdən hansını və ya hansıları inkişaf etdirsən dünyanın daha yaxşı, insanlarını daha xoşbəxt edər? Əlindən gələ biləcək bütün xırda və böyük işləri yaz. (3 dəq)

4. Sevdiyin işlə məşğul olub dünyanı yaxşıya doğru dəyişərək necə pul qazana bilərsən? Geniş düşün. Hər cür pul qazanma imkanlarını nəzərə al. (3 dəq)

5. Bu məqsədinə nail olmaq üçün atmalı olduğun addımları sadala. Gələcək 1 il və 10 il ərzində nələr etməlisən? (3 dəq)

6. Dünyanı yaxşıya dəyişərək sevdiyin işlə məşğul olmaq üçün bu gün və gələcək 1 ay içində nələr etməlisən? (3 dəq)

7. Dünya 2030-cu ildə sənin sayəndə daha yaxşı yer olacaq. Bu necə baş verəcək? (3 dəq)

8. Sən dünyadan köçəndə nə cür insan olaraq xatırlanmaq istəyirsən? (3 dəq)

9. Sənin həyat məqsədin nədir? (10-20 söz)

Bütün suallara cavab verəndən sonra nə etmək istədiyin, dünyadakı yerin haqqında bir fikrin formalaşacaq. Yazdığın cavabları gördüyün bir yerdən as. Onları hər gün oxumağa və həyat missiyan üçün hər gün addımlar atmağa söz ver.

Bir ay sonra 6-cı suala yazdığın cavabları bir daha oxu. Bu məqsədlərinə çatdınmı? Çata bilmədiyin məqsədləri yaz və yeni məqsədlər əlavə edərək yeni bir AYLIQ siyahı hazırla. Beləcə hər ay siyahını yenilə.

Dostlarına, ailə üzvlərinə həyat missiyan haqda danış. Bundan sonra məqsədli yaşayacağına, həyatının kapitanı olacağına söz ver.

Bu məqsədinə bir gün, bir ay, bir il ərzində çatmayacaqsan, səbrli olmalısan, hər gün kiçik addımlar atmalısan.

Getdiyin yerdən zövq almamışdan qabaq, getdiyin yoldan zövq almağı öyrənməlisən.Məqsədli yaşadığın hər gün əyləncəli olacaq. Bu yolda sənə uğurlar!

Sənin içindəki dahi bütün ömrün boyu onu oyatmağını gözləyib. ONU DAHA GÖZLƏTMƏ.

14 thoughts on “Həyat məqsədini yaratmaq üçün 9 sual

  1. Suallara cavab yazmağa başlayanda bunun mənə heç bir təsir etməyəcəyini düşünürdüm. (Əmin idim) 6-cı sualdan etibarən daha həvəslə yazmağa başladım.Birdən-birə nəsə enerji hiss etdim özümdə və maraqlısı sifətimdə xoş təbəsüm yarandı.Təşəkkür sənə bizlərin üzündə gülümsəmə yaratdığın üçün 🙂

  2. :(( men indi lap pis oldum cunki bu suallara cavab vere bilmirem…men bacariqsizam :/ ve hetta zovq aldigim bir shey yoxdur..hetta cox hedsiz tenbelem..tenbellik ayagimdan das kimi asilib ve meni asagiya dovru cekir..indi bu yazini da kravatimin icinden(saatlardir yatiram) bitkin bir shekilde yaziram…men ne etmek istediyimi ne etmeli oldugumu nece ede bileceyimi hetta indi bura niye comment yazdigimi bilmirem..men sadece bir gelecek qurum deye vehshi kimi oxudum..diyanet’den mezun oldum..627 bal yigdim..huquq fakultesine daxil oldum..xosbext olacagimi dusundum.sonra gorurem ki eslinde xosbext deyilwm..men movqemi bildire bilmeyen biriyem..men istediyim kimi yasaya bilmirem..cunki men mentalitet etrafdaki insanlarin mene olan baxislarinin derdini cekirem cunki men ozume inanmiram-amerikaya gedib cixa bileceyimi de fikirlese bilmirem..cunki men qapali boyumusem ve evden kenar yasaya bilmerem..cunki menim ideyalarim yaransa da icimde bogulub qalir…..ve men indi axmaqca aglayiram :(( ….

    • Ülviyyə salam indi nə edirsən nə işlə məşğulsan necə oldu həyatın bu suallar mənim üçün çox marağlıdır bu commenti 2015də yazmısan bilirəm üstündən çox keçib cavab da yazmayacaqsan amma işdi birdən görsən mütləq yaz çünki çox merak edirəm indiki halını ps məndə o vəziyyətdəyəm

  3. Ela ELA ELA!!! Tam temiz urekle,ozume sizin kimi DOST arzulayiram.sizin kimi dunya goruwlu,savadli ve pozetiv en esasi.Men dostlarimin psixologu olmagdan bezmek derecesindeyem uje iclerinde pozetiv olani en coxu 3-4denedi.kaw ki birce dene tam sizin kimi dostum olsaydi 🙂 Evrene mesajimdir ey cazibe quvvesi siqnal yollayiram qebul ele ve mene cavab siqnali yolla Amin Amin 🙂 ♥

  4. Çox gözəl məqalədi, məncə həyatda hər bir insanın özünə görə bir inkişaf yolu var. Allah heç kəsi gücündən artıq yükləməz. Deməli şikayət edən sadəcə bəhanə tapır. Çoxdandı həyatımı planlaşdırmağa çalışırdım amma nədənsə alınmırdı. Xüsusilə 6-cı sual daha hərəkətvericidi )) Suallara cavab verdikcə maraqlı bir yazı alındı. Özünə qarşı səmimi olmaq və məqsədlərini, nə edəcəyini aydınlaşdırmaq çox gözəldi. Məqaləyə görə təşəkkürlər.

Leave a Reply to Nazlish Cancel reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s