İş müsahibəsi haqda bilməli olduqların

Əsas mərhələni keçmisən. Ərizənə baxıb səni xoşlayıblar, indi isə səni iş müsahibəsinə dəvət ediblər.

rsz_2interviewNə etməli? Nə geyinməli? Necə hazırlaşmalı? Nə danışmalı? Başlayaq!

Geyim

İlk təəssüratlar uzun müddət yadda qalır. Müsahibəyə gedəndə rəsmi paltar geyinməlisən. Bu o deməkdir ki, cins, futbolka (T-shirt), krasovka geyinmək ümumiyyətlə gülüncdür. Müsahibəyə oğlanlar təmiz qara kostyum, ağ/mavi köynək və qalstuk (və qara corab, qadanalım), qızlar isə rəsmi qara don və ya ağ kofta qara yubka/şalvar, çox hündür olmayan qara ayaqqabı geyinməlidir. Qızlar, iş müsahibəsinə geyindiyiniz paltar qolunuzun yuxarı hissəsini, dizdən yuxarı hissəni və sinənin döş hissəsini (Victoria’s Secret modelliyinə gedirsinizsə, o başqa) göstərməməlidir. Paltarınız ütülü, təmiz olmalıdır. İş müsahibəsinə parfüm vurmaq professional deyil. Parfüm qarşınızdakı insanda başağrı və mənfi reaksiya yarada bilər. 

Üz və saç

Oğlanlar təbii ki, üzlərini qırxmalıdır. Qızlar, nəzərə alın ki, Hallouin partisinə və ya toya getmirsiniz. Un meşokuna girib çıxmağa ehtiyac yoxdur. Sadə göz layneri/kölgəsi və bir az təbii ənlik (rumyana) kifayətdir. Saç daranmış, səliqəli olmalıdır. Saçınızı elə yığın ki, gözünüzə mane olmasın.

Hazırlıq

Mən işlədiyim bir şirkət üçün işçi axtarırdım. Bir nəfəri müsahibə edirdik, ilk sualı bizim nə işlə məşğul olduğumuzu soruşmaq oldu (“qaqa, mağaradan ne zaman çıxdın?“). Hər bir iş müsahibəsindən əvvəl şirkət haqda oxu. Saytlarına, Facebook, Twitter səhifələrinə bax. Şirkətin nə işlə məşğul olduğunu, sənin hansı təcrübənin və biliklərinin onlara kömək olacağını başa düş. Eyni zamanda, şirkət haqda suallar hazırla.

Verilən suallar

İş müsahibələrində ən çox verilən suallar bunlardır:

  • Nə üçün bizimlə işləmək istəyirsən?
    • Bu sənin şansındır ki, şirkət haqda bildiklərini nümayiş edəsən. Şirkətin hansı məqsədləri sənin hansı təcrübənlə üst-üstə düşməsi haqda danış. “Çünki siz çox yaxşı şirkətsiniz” pis cavabdır. Şirkətin necə olduğu yox, sənin o şirkətə nə cür töhfə verəcəyin onlara maraqlıdır. Məsələn, şirkət PR və marketing üzrə işçi axtarırsa və sənin çox oxunan bloqun və Facebook səhifələrin varsa, onda mütləq öz sosial media təcrübəndən və uğurlarından danışmalısan. 
  • İndiki işindən niyə çıxmaq istəyirsən?
    • Universitetin 3-cü kursunda oxuyurdum, Azercell məni müsahibəyə dəvət etmişdi. Müsahibədən keçmədim (gör Azercell nə boyda istedadı itirib!). İndi bilirəm niyə. Çünki keçmiş iş yerimi pisləmişdim. Bu, iş axtaranların etdiyi ən böyük səhvlərdən biridir. İşəgötürənə sənin işdə qarşılaşdığın problemlər maraqlı deyil, hər bir iş yerində narazılıq olur, onlara sənin bu vəziyyətdən necə çıxmağın maraqlıdır. Sən neqativ danışanda onlar düşünəcəklər ki, səni işə götürsələr yeni iş yerində də neqativ olacaqsan. Odur ki, başqa səbəb göstər. Məsələn, “mənim indiki iş yerim çox yaxşıdır, komandamdan çox razıyam, lakin karyeramı yeni istiqamətdə dəyişmək istəyirəm, və ya orada yetərincə təcrübə toplamışam və karyeramda yeni bir pilləyə qalxmaq istəyirəm” və ya “mən kiçik şirkətdə işləyəndən sonra başa düşdüm ki, məni böyük şirkətlər daha çox cəlb edir” və s. Səbəbi göstərməzdən əvvəl keçmiş iş yerini tərifləmək yaddan çıxmasın!
  • Sənin ən güclü 3 cəhətin hansılardır?
    • Bu suala hazırlaşmaq üçün iş elanına bax. Gör onlar axtardığı namizəddə nə cür xüsusiyyətlər istəyirlər. Daha sonra öz təcrübənə əsasən bu cəhətlərdən hansının səndə olduğunu düşün. Məsələn, onlar komandada yaxşı işləyən adam axtarırlar. Keçmişdə hansı komanda işlərində yaxşı nəticələr qazanmısan? Deməli bir cavabın hazırdır. “Mən komandada yaxşı işləyirəm çünki X tədbirində komanda işi üzrə birinci yeri tutmuşduq” və ya “məktəbdə tədbirləri mən təşkil edirdim“. Başqa müsbət cəhətlər optimistlik (heç kim mızmız işçi istəmir), çalışqanlıq (keçmiş iş yerimdə X layihəsini vaxtında bitirmək üçün bir həftə ərzində hər gün 14 saat işləmişdim), liderlik, məsuliyyətlilik, punktuallıq və s-dir. Dediklərini nümunələrlə əsaslandır.
  • Sənin zəif cəhətin hansıdır?
    • Bu, ən fəndgir (Google translate-in canı sağ olsun) sualdır. Heç bir halda “ah mən tənbələm, hər yerə gecikirəm” kimi cavablar vermək olmaz! Bu suala cavab tapmaq üçün keçmiş təcrübələrini düşün. Keçmişdə rast gəldiyin hansısa problemi və bunu nə cür həll etdiyini düşün. Məsələn,”mən əvvəl utancaq idim, yeni təşəbbüslər (Google translet-in canı bir də sağ olsun) etməyə çəkinirdim, lakin keçmiş iş yerimdə mənə X işi tapşırılanda mən bütün məsuliyyəti öz üzərimə götürüb layihəni uğurla bitirdim. Onda sonra bir neçə təşəbbüs göstərib uğur qazanmışam”. Və ya bu suala verilən standard cavab budur – “mən çox idealistəm, hər şeyi ideal etməyə çalışıram“. Bu cavabı verə bilərsiniz, amma neh, 19-cu əsrdən qalma cavab kimə lazımdı?
  • Bizə sualın varmı?
    • BƏLİ, BƏLİ, yenə də BƏLİ!!! Hər bir müsahibədən əvvəl şirkət üçün ən azı 4-5 sual hazırla. Onların vaxtını almaqdan qorxma. Nəzərə al ki, sən bu yerdə neçə ay gündə ən azı 8 saat işləyəcəksən, çoxlu suallar vermək sənin də haqqındır. Bu, mürəkkəb sual da ola bilər, məsələn, “2012-ci ildə Maral Tahirqızı sizin X jurnalist haqda ‘bambılı’ sözünü işlətmişdi, bu məsələyə nə cür münasibət göstərdiniz?” (Dostumla mərcə gəlmişəm ki, bloq yazımda Maral xanımın adını çəkəcəm, söhbət 20$-dan gedir!) Və ya standard sadə suallar da ola bilər, məsələn:
      • Mənim müraciət etdiyim vəzifədən gələcək 1 il üçün hansı gözləntilər var?
      • Bu vəzifədə əvvəl işləyən adamın işdən çıxmağının səbəbi nə olub?
      • Burada ofis mühiti necədir, daha çox komanda işinə ya individual işə fikir verilir?
      • Mənim işləyəcəyim komanda haqda məlumat verərdiniz.
      • Sizi səhər bu şirkətdə işə gəlməyə həvəsləndirən amil nədir?      

Müsahibədən sonra

Müsahibədən sonra mütləq… yox, MÜTLƏQ (!!!) təşəkkür emaili göndər. Müsahibədə müzakirə etdiyiniz bir neçə mövzuya toxun və bu yeni iş haqqında çox həvəsli olduğunu de. Müsahibədən 1 həftə sonra onlardan heç bir şey eşitməmisənsə səni müsahibə edən adama email göndər və ya zəng edib vəziyyətin nə yerdə olduğunu soruş.

Ümumiyyətlə, iş müsahibəsi haqda bir neçə şeyi yadda saxla:

  1. Müsahibədən əvvəl bir neçə dəfə dərindən nəfəs al. Həyəcanını azaldacaq. Liftdə əl-qolunu geniş açıb hoppan. Araşdırmalar göstərir ki, biz həyəcanlananda fiziki olaraq cılızlaşırıq, bu isə öz növbəsində özümüzə güvəni azaldır. 
  2. Müsahibə zamanı belini dik tut, başını da uca.
  3. Müsahibədə yalan danışma. Dünya balacadır. İstənilən yalanın üstünü açmaq çox asandır.
  4. Səs tonunu görüş boyu professional saxla.
  5. Gülümsə.
  6. Keç bir halda səndən müsahibə götürən adamla flirt etmə. Nə nömrəsini ala biləcəksən, nə də işi.
  7. Bil ki, sənin adını mütləq Google edib İnternetdə sənin haqda olan hər şeyi oxuyacaqlar. Qadınlar Klubu səhifəsində problemlərini paylaşmağı dayandır.
  8. Və ağlında saxla ki, bu müsahibədə yalnız onlar səni yoxlamırlar, sən də onları test edirsən. Sən burda bir neçə ayını/ilini keçirəcəksən, işləyəcəyin yeri diqqətlə seç. Odur ki, ofis mühitini, işçiləri izlə, ürəkdən maraqlan və suallar ver.

Və həyəcanlansan bil ki, 7900 HelloKishi və mən arxandayıq!

UĞURLAR!!!

Advertisements

21 thoughts on “İş müsahibəsi haqda bilməli olduqların

  1. Facebook baglamiwam instagram @nigarjamel . Senin ve Mehinin nailiyyetlerini gordukce sevinirem 😘 так держать 👍

  2. Başıma geldiyi üçün soruşuram :). Interview zamanı cavabını bilmediyiniz suallar(texniki ve ya genel) olduğu zaman ne edirsiniz ve ya bunun üçün her hansı bir taktikanız varmı?

    • Təxminən bu yöndə cavab verə bilərsiniz “Siz haqqında soruşduğunuz konsept hələ ki, mənə tanış deyil, amma x sahəsi mənə həmişə maraqlı olub və bu haqda daha ətraflı öyrənmək həvəsindəyəm. Lakin mən sizin şirkətin bu yöndə işini izləməkdəyəm və bu sahədə görülən xxx işlər (şirkət haqda araşdırdığınızı göstərir) mənə çox maraqlı gəlir. Bu haqda dərindən öyrənmək həvəsindəyəm”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s