SuperHelloKishi Nisə

nisaNisəni (şəkildə ortadakı) 2005-ci ildən tanıyıram. Dünən onunla yenə görüşdük. Hər dəfə onu görəndə ona heyranlığım daha da artır. Bu gün onun hekayəsini sizinlə bölüşmək qərarına gəldim.

Nisə Bakıda doğulub, valideynlərinin hər ikisi lal-kar olub. Yeganə qardaşı isə daun sindromu ilə doğulub. Evdəki maddi çətinliklərə görə universitetə müəllimsiz hazırlaşmalı olan Nisə qəbul imtahanından 600-dən çox bal yığıb, ingilis dilini əla öyrənib və yadımdadır ki, 18-19 yaşımız olanda mən hansı tədbirə getsəydim Nisə də orda olardı, həmişə aktiv idi.

Universitetdə oxuyanda UGRAD proqramının finalçısı olmuşdu, 1 il Amerikada oxumağa gəlmişdi. Bakıya qayıdanda Dillər Universiteti onun universitetə bərpa olunmağı üçün əlavə bir il də oxumalı olduğunu deyəndə Nisə hər şeyi atıb Amerikaya qayıdıb. Nyu Yorkda universitetə girib. Səhər 9-dan 3-ə qədər dərsə gedirmiş, 3-dən 10-a qədər işləyirmiş və 10-dan gecə saat 2-yə qədər dərs oxuyurmuş. Bir neçə il sonra burda həyat yoldaşı ilə tanış olub.

Keçdiyi çətinliklərə baxmayaraq Nisə o qədər optimist, qayğıkeş insandır ki… Adamlar olur e, ana kimi qayğıkeş, bax, Nisə elələrindəndir. Həmişə gülür, heç vaxt şikayət eləməz, heç vaxt başqasının arxasınca danışmaz, hər zaman optimist, həyatsevər…

Nisəni ruhlandıran insan onun atası olub. Atası lal-kar olmağına baxmayaraq əmək veteranı olub və Nisəni inandırıb ki, lal-kar insan uğurlu ola bilirsə, deməli Nisə də uğur qazana bilər. Böyüyəndə atasının Nisəyə öyrətdiyi deviz – “Prezidentin səndən heç bir fərqi yoxdur, o bacarırsa sən də bacararsan” olub.

Nisə ilə fəxr edirəm, həyatda maneələri yox, şansları görmə bacarığına, zəhmətkeşliyinə heyranam.

Nisənin hekayəsindən iki şeyi yadda saxlamağını istəyirəm.

1. Qıraqdan baxanda belə görünür ki, Nisə Amerikada yaşayır, burda evlənib, kefdədi. Amma hər bir insanın həyatına bir az daxil olub onun hekayəsini öyrənsən başa düşərsən ki, hərənin yaşadığı çətinliklər, keçdiyi yol o qədər keşməkeşli və çətindir ki. Qıraqdan baxanda insanların qlamuru, Chanelləri, brilyantları sənin gözünü bağlamasın, HEÇ BİR ŞEY qıraqdan göründüyü kimi deyil. Hamı hansısa savaş içindədir. Bunu başa düşsən bir də heç kimə paxıllıq eləməzsən. Heç kimin yerində olmaq istəməzsən. Heç kimə nifrət eləməzsən.

2. Gələn dəfə xaricdə təhsil almaq, ya yeni iş tapmaq, ya elə öz həyatında dəyişikliklər eləmək üçün vaxtın və ya şəraitin olmadığından, ailəndən, cəmiyyətdən şikayət eləyəndə Nisənin hekayəsini xatırlamağını istəyirəm. İstəyirəm biləsən ki, o da sənin doğulduğun ölkədə doğulub, bəlkə də daha da çətin şərtlərlə böyüyüb. Qoy onun hekayəsi sənə təkan olsun, səni ruhlandırsın, bil ki, həyatda mümkün olmayan heç nə yoxdur. Əzm və zəhmətkeşliyin sayəsində mümkün olmayan heç nə yoxdur!

Advertisements

9 thoughts on “SuperHelloKishi Nisə

  1. həqiqətən belə insanlara mən də vurğunam.və hekayəsini bizimlə bölüşüb bizi ruhlandırdığın üçün sene çooooox minnətdaram.ellerin derd görməsin.love u so much.take care dear super HelloKishi ,my Shabi. u r really amazing and special one! :* 🙂

  2. Həqiqətən də ruhlandırıcıdır. Mən də hər xırda problemdə “niyə belə oldu” deyə şikyətlənirəm. Ama məqalələriniz niyəmə cavab olmasa da ən azınnan növbəti problemə qədər bu sualı yadımnan çıxarır

  3. Nisənin hekayəsi məqsədləriməzə çatmaqda bizi ruhlandırır.Oturduğumuz yerdən deyinirik lakin hərəkət etmək lazımdır. Bunu xatırlatdığın üçün təşəkkür 🙂

  4. Her sey aileden baslayir.Qizin sansi variymis ona bu cur gozel seyleri ruhuna eks etdiribler.Inami,musteqilliyi,pozitifliyi, esl menalari.Engelli olmalari ona bunlari oyretmeye engel olmayib.Ama eksine her seyi yerinde olan aileler hec bunlardan xeberi bele yoxdur.Hansi ki o,usaga oxu deyir ama hec maraqlanmir,daim basqa usaqlari terifleyib oz usagini ezir, oz ovladina basqlari qarsisinda ezik olmagi yaltaqlig etmeyi emr edir,ovladinin ruhuna xos hec ne bagislamir sonra o usaq depressiyaya,kine, inamsizliqa dusur.Yeni ruhu olmus birinr basqalari ucun hecne sayila bilcek derecede asan arzusu ozune dag gelir.Axi o hec vaxt bu yollarin yayninnan kecmiyib.Yaxsi,pozitif hissleri temiz elinnen alinmis insan ne derece ugurlu ola biler.Daim fikirli ve bunun yaninda getirdiyi diqqet pozgunlugu ve yaddassizliq.O hec vaxt istediyi seyi ede bilmiyib,hec vaxt oz heyatini oz fikrini soyleye bilmiyib,soyletdirmiyibler.Hec vaxt oz heyatini yasamiyib.Ailesinin emrleri,etmek istemediyi mecburiyyetler vs ve ilaxr.Qandi,qolu qiriq hemde en yaxini terefinnen.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s