Problem SƏNSƏN!

shabHara baxırsan adamlar mızıldanırlar. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır.

Qızlar “köhnə” kişilərin (lopabığ, zırpıburun, yumruğunu stola vurub “Aaaz, eşşəh, maa ət qayır” deyən) qıtlığından, oğlanlar “əvvəlki” qızların (tualetə getdiyini ömür boyu heç kimin görmədiyi, qızılgüllər yeyib kəpənəklər ifraz etdiyinə dair miflər dolaşan) yoxluğundan şikayətlənir,

Hava həmişə günahkardır, qışda çox soyuqdur, yayda çox istidir. Təəssüf ki, havaya cavabdeh olan bir adam (Şeyxül-Hava?) yoxdur ki, ürəkdən söyə bilsinlər.

Pulun yoxluğu həmişə problemdir. Əlində iPhone-6, ağzında QIZILDAN düzəlmiş diş, gözündə Ray Ban, maşınında DVD-pleyer, “Nu poqodi” siqnalı, “svetomuzıka”, çaytökən, dişyuyan, qulaqtəmizləyən, dişqurddalayan “nastroyka”ları qoydura-qoydura kasıbdır.

Əllərinin altında dünyanın istənilən nöqtəsi ilə (!!!) 5 saniyə içində əlaqə saxlaya biləcək, mənim Nyu Yorkda, yanğınsöndürən maşınların səsindən qulağım tutula-tutula yazdığım bu yazını çap eləyən kimi Soğanverdilər kəndindən belə açıb oxuya biləcək şəraiti yaradan TELEFON adında möcüzə ola-ola hansısa gələn zəngin kəsilməsindən, ya telefon yazığın 2 ayda bir dəfə “Mən istefa verirəm!” fəryadı ilə sönməsindən şikayət eləyirlər.

İçinə minib cəzbetmə qanunu kimi bir qanunu dəf edərək babalarımızın atla aylarla gedib çatdığı (dinozavrlara yem olma ehtimalının getdikləri yerə çatma ehtimalından yüksək olsa belə) yerə bir neçə saat içində gedə bildikləri TƏYYARƏNİN 1 saat gecikməsindən hay-küy qaldırıb sanki bütün Facebook dostları bundan xəbər tutmasa gecə yata bilməyəcəklərmiş kimi hamının baş səhifəsini bu ‘FACİƏVİ’ xəbərlə doldururular.

Özlərini özlərinin yaratdıqları problem bataqlığında batırırlar, sonra da ağ atlı şahzadənin gəlib onları xilas etməsini, ya da pəri nənənin onların balqabağını karetaya çevirib kristal ayaqqabıda bala göndərəcəyini gözləyirlər. Kristal ayaqqabıda gəzməyin çətinliyi başqa bir yazının mövzusudur. Şüşədən ayaqqabı. Iıııqqq!!!

Amerikada yaşayandan insanların nə qədər naşükür ola biləcəklərini görürəm. Bu məni dəhşətə gətirir. Azərbaycandan gəlib Nyu Yorkda hər küncdə dünyanın dörd bir yanından olan restoran seçimi (suşi, burrito bir qırağa, sizə Cənubi Afrika, Şri Lanka restoranlarından danışıram!), hər millətdən, mədəniyyətdən, dindən və irqdən olan adamların rəngarəngliyi, adicə isti suyun 24 saat gəlməsi, binamızda Olimpiya ölçülü üzgüçülük hovuzunun olması, restorana oturan kimi müştərilərə pulsuz su gətirilməsi, ya elə adicə dadlı pop korn seçimləri, hamısı məni heyrətləndirir. Yəqin ki, “wow!” ən çox işlətdiyim sözdür, qaşlarımı heyrətdən qaldırmaqdan 2-3 balaca qırış belə yaranıb. Amma nyu yorklulardan soruşsanız? “Bura həddən artıq səs-küylüdür, həddən artıq pis iy gəlir, çox gəlmə var, tıxaclar çoxdur…” 

Hansı yaşda bizə o 2-3 yaşındakı uşağın hər şeyə heyrətlənib sevinməsini tərgitməyi öyrədirlər?

Nə vaxtdan əlimizdə olanlara göydəndüşmə kimi baxırıq?

Nəyə görə minnətdarlıq etmək heç vaxt dəbdə deyil, amma şikayət edənlərə hamı bir ağızdan qoşulur?

Niyə çox vaxt Allah şükür eləmək üçün yox, nəsə istəmək üçün yada düşür? 

Mən demirəm istəksiz, məqsədsiz yaşayın. Mən demirəm həyatınızı yaxşıya doğru dəyişməyə çalışmayın. Mən demirəm əlinizdə olanlara şükür edə-edə yeni bir şeyə can atmayın. Yox! Amma mızmız heç kimi varlı etməyib, mızmız heç kimi uğurlu etməyib, mızmız ən qeyri-cazibədar insani xüsusiyyətdir.

Şikayətləndikcə daha çox şikayətlənməli hadisələri, insanları həyatına cəlb edəcəksən. Dırnağını çeynəməyi, ya saat 7-dən sonra yemək yeməyi tərgitməzdən qabaq mızmız eləməyi tərgit. Şikayət eləmək əvəzinə vəziyyəti dəyişmək üçün bir şey elə. Heç bir şey eləməyəcək qədər tənbəlsənsə. onda şikayət eləməyə də haqqın yoxdur!

1 dəfə şikayət eləyəndə 5 dəfə minnətdar ol. 

Və nəhayət, həyatını elə yaşaya bilərsən ki, sanki heç nə möcüzə deyil və ya elə yaşaya bilərsən ki, sanki hər şey möcüzədir. İkincini seç.

9 thoughts on “Problem SƏNSƏN!

    • Salam .Zəhmət olmasa mövzularınızın sayını artırın.heç olmasa həftəyə iki mövzu.Hər şey əladır.Belə davam edin.

  1. Siz supppppersiniz !!! Tek kelime ile dile getirsem SUPPPPPPPPPER!
    demeli men dunen tanimisam sizi,saat 10filan olardi ve men 5e qeder ancaq sizin yazilarinizi oxuyub,yazdiginiz faktlarla bagli video-rolikler filan izlemisem,sizi twitde ve facede tapdim followladim,instagramda tapa bilmedim tekce 🙂 bugun de behsi geden TEDx cixisinizi izledim ve ozume lazimli notlar aldim o videodan.ve cixisinizin sonunda gozyasimi dayandira bilmedim,notebooku qucaqlayib tez bacimin yanina qacdim ve videonuzu ona da izletdim,hele axsam mamam gelsin isden,ona da izledecem cox tesirlidi butun danisdiqlariniz,tecrubeleriniz ve dediklerinizin hamisinda boyuk fakt var.Allah sizin de ananiz daxil olmaqla,butun dunyasini deyisenlerin mekanini cennet,ruhlarini sad etsin insaAllah,Amin.Men butun ureyimle inaniram ve eminem ki o sizinle hemise fexr edib ve edir,hec subhesiz hemise de edecek.Dunenden beri ancaq sizin yazilarinizi oxuyuram ve ozume semimi qelbden sizin:-INSAN,ali savadli,vicdanli,ozune inamli,etrafina gulus sacan,stimul veren ve DAIMA POZETIV olan bir DOST arzulayiram,Men ele sizi arzulayiram 🙂 Allah ureyinize gore versin hemise ve eminem ki verib.Bugun menim HelloKishi olmagimin ilk gunudur hercend sutkam hele tamamlanmayib 🙂 yolunuz aciq olsun qeseng qiz,daima var olun ve o gulusunuz var haa,bax o gulus hec vaxt solmasin!!!! Luv u ♥

  2. Evvelce SALAM, Inanin ki, yazdiginiz yazilarin heresin de mene nese oyredib ders cixarmagima sebeb olub.Xahis tez tez paylasin,Hersey eladir,bele davam

  3. Salam Shebnem xanim mende ilk gundur ki tesdufen sizin youtubdaki videonuza baxdim duzdu orda videonun adi lag menasinda yazilmishdi ki:”kasibchiligdan hezz alan qiz prikol” amma videoya baxdim sizin adi bir kelimeniz xoshma geldi siz orda demisiz ki kasibchiligdan pulsuzlugdan shikayet etmey evezine oz uzerinizde ishleyin orda hetta pulsuz kurs saytinin adini da chekmisiniz (coursera.com)
    bu yazinizda ise bu soz heqiqeten mene tesir eledi- “Niyə çox vaxt Allah şükür eləmək üçün yox, nəsə istəmək üçün yada düşür?” chunku bezilerimiz heqiqeten nashukur ve Allah Tealanin bize verdiyi nemetlerini yada salmayan ancag nashukurluk eden bendelerik((( men shexsen shahidi olmusham ki chetinlikleri olsa bele amma heyatindan narazi olmayan pessimist dushunmeyen insana Allah Teala chixish yolunu gosterib bir qapi achib, sizi tanimasamda etdiyiniz bu chagirishlarin insanlara insh Allah ki fayda vere bileceyine inaniram, imkan varsa youtubda olan roliklerinizin ssilkasini burda qeyd ederdiz youtubda hellokishi yazdim gelmedi(

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s