Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz laynerini nə cür çəkdiyini təxmin edib gecə vaxtı gözümüzdə məşq edirik.
1-2 ay o qızın fanatı oluruq, sonra ondan zəhləmiz getməyə başlayır. Üstündə köpükdən ürək olan kappuçinosunun şəkli belə bizi qıcıqlandırır. O insanı həyatda tanıyırıqsa işlər lap pisləşir. Onu görməyə gözümüz yoxdur. İdeal şəkillərini görəndə kompüterə şillə vurmaq istəyirik.
Ən dəhşətlisi bilirsiz nə vaxt olur? O NİŞANLANANDA!!! İdeal oğlanla ideal nişan və toy şəkillərini paylaşanda! Onda rəsmi surətdə öz həyatımıza dönüb baxırıq və hadisələri 3 sözdə cəmləşdiririk “Mən nə gündəyəm?!”
Başqasının uğurundan və ya hər hansı üstünlüyündən səndə yaranan mənəvi narahatlığa PAXILLIQ deyilir. Paxıllıq göz süzmək formasında ola bilər, qeybət və ya lağ eləmək formasında ola bilər, indiki dövrdə unfollow edib sonra gizlicə girib şəkillərinə baxmaq formasında da olur, dərinə gedəndə özünütənqid, depressiya və nifrətə də çevrilə bilər.
Qısası, paxıllıq bit kimidir, əvvəl başı bir az qaşındırır, deyirsən “keçər”, ciddiyə almırsan, nə baş verdiyini anlayanda isə ya keçəl olmalı olursan ya da Fatma xala başını nöyütlə yuyur. Fatma xalanın toppuş barmaqları və nöyüt iyi. Iıımmmmm!!!!
Paxıllıq hissdir. Hissə qalib gəlməyin ən yaxşı yolu məntiqdir. Gəlin sosial mediada paxıllığın nə qədər mənasız olduğunu sizə sübut edim.
1. İki saniyə bütün gündən xəbər vermir.
Gündə 24 saat var. Bunun 16 saatını oyaq oluruq. 16 saatda 960 dəqiqə, 57,600 saniyə var. Bir insanın həyatını 57,600 saniyənin 2 saniyəsində çəkilən şəkillə xarakterizə etmək absurddur. Bu, kitabın bir cümləsini oxuyub bütün kitab haqda fikir yürütməyə bənzəyir.
2. Sosial mediadakı şəkillərin nə qədər filtr olunduğunu başa düş.
Heç kim hirsli və ya kədərli vaxtda şəkil çəkdirmir (16 yaşında çəkdiyin gözün yaşlı, dramatik selfie-ləri çıxmaqla). Sosial mediada gördüyünüz şəkillər insanların öz günlərindən seçdiyi saniyələrdə çəkilmiş şəkillərdir. Üstəlik, bu seçilmiş saniyələrdə çəkilmiş şəkillərin də ən yaxşısını seçirlər. Hələ üstəlik, bu ən yaxşı şəkli də müxtəlif İnstagram effektləri ilə gözəlləşdirəndən sonra paylaşırlar.
Lap elə Victoria’s Secret modelləri kimi. Milyonlarla qızın içindən ən gözəlləri seçilir, üzləri, saçları və bədənləri saatlarla kosmetika-lak-pudra-fen atəşinə tutulur, sonra professional fotoqraf şəkillərini çəkir, min şəklin içindən biri seçilir, o da saatlarla Fotoşoplanır, sonra da oğlanlar bu şəkillərə baxıb düşünür ki, cənnət mövcuddur və həyat yoldaşları yetərincə gözəl deyil. (Qaqa, özün güzgüyə baxmısanmı?)
Odur ki, bir qızın əlində Starbucks kofe tutub ördək dodaqla güzgüdən çəkdiyi şəklinə baxıb onun nə qədər xoşbəxt olduğunu və özünün nə qədər mənasız həyat yaşadığını düşünürsənsə ən azından özünə haqsızlıq edirsən. Starbucks kofe adamı xoşbəxt etsəydi bütün Nyu York insanları xoşbəxtlikdən uçardılar. İnan mənə, qaş-qabaqları yer süpürür. Nyu Yorkda hətta itlər də it kimidirlər. (İtim Mickey belə deyir)
Hə, bir də var cütlük şəkilləri. Həmişə xoşbəxt, qucaqlaşmış, öpüşən… Baxan bilməz ki, 2 dəqiqə əvvəl qızğın mübahisə edirdilər, gizlincə bir-birini öldürmək haqda planlar qururdular.
3. Paxıllığı motivasiyaya çevir.
Paxıllıq əslində ürəyinin çağırışıdır. Mən qaranlıq keçmiş günlərimdə 75 kilo idim (səhər-günorta-axşam dondurma, üstündən McDonalds, üstündən Cheetos yeməyin nəticəsi). Arıq qızlara paxıllıq edirdim. Bu paxıllığı motivasiyaya çevirmək qərarına gəldim. Jurnallardan gözəl bədənli qızların şəkillərini kəsib soyuducunun üstünə yapışdırdım. 1 il dieta saxladım, idman elədim. 20 kilo arıqladım.
Sən də eləcə. Yaxşı karyerası olan qızlara həsəd aparırsan? Karyera qurmaq haqda kitablar oxu, təlimlərə get, hardasa pulsuz işləməyə başla, təcrübə topla. Xaricdə oxuyanlara paxıllıq edirsən? Dil kurslarına yazıl, xarici universitetlərin saytlarına bax, lazım olan sənədləri topla, sən də müraciət elə. Gözəl qızlara paxıllıq edirsən? Özünə qulluq elə, geyiminə fikir ver. Gözəllik heç də Prada geyinib Gucci eynək taxmaq deyil. Aeroportdan da paltar alıb gözəl geyinmək olar. Ördək dodaq edib Starbucks-la şəkil çəkdirən qızlara paxıllıq eləyirsən? Hm, burda sənə heç bir kömək edə bilməyəcəm.
Nə demək istədiyimi başa düşdün. Paxıllığı oturub dırnağı çeynəmək üçün yox, ayağa durub həyatınla bir şey eləmək üçün istifadə et.
Və inan ki, hər kəs, ətrafındakı HƏR KƏS hansısa bir döyüş içərisindədir. Heç kim içində yaşadığı çətinlikləri Facebookda, İnstagramda paylaşmır. Heç kim yuxulayana qədər tökdüyü göz yaşlarının şəklini çəkmir. Heç kim çarəsiz, bədbəxt, ümidsiz olduğu haqda status yazmır.
HƏR KƏS BİR DÖYÜŞ İÇİNDƏDİR.
Heç kimin saxta İstagram maskasının sənin xoşbəxtliyini əlindən almasına imkan vermə!
Salam.Bəs deyirlər üzündən zəhrimar yağan bizim millətdi,Amerikalılar isə gülərüz.
Nyu Yorklular bashga milletdi. :))
Mən belə başa düşdümki,aglamaliyski status yazanlarda artistlikdən edirlər.Popcorn yeyərək komediyaya baxırlar :)) Təbiiki istisnalar var.ola bilsinki özlərini acındırırlar.Amma insanın pis halını az qala bütün şəhərə status yazması yolverilməzdir….
Salam. Herçend bu yazı tamam veya çoğunlukla qızları nezere alınaraq yazılmış bir yazı olsada bu yazıdan men özümede “Başqasının uğurundan və ya hər hansı üstünlüyündən səndə yaranan mənəvi narahatlığa PAXILLIQ deyilir” bunu ders olaraq götürdüm. Bele ki, yaxın birisinin(başqasının) uğurunu gördüyüm zaman ilk önce onun üçün sevinirdim ama eyni zamanda içime “qurdlar düşürdü” ve fikirleşirdim ki: ” axı men ne üçün bele olmayım” axı menim imkanlarım bundan daha genişdi( Allah mene bundan daha çox imkan, fürset verib axı). Ve bu fikirler menim beynimi yedi, yedi ve meni bitirdi. Ama men bunun adının “Paxıllıq” olduğunu özüme etiraf ede bilmirdim veyaxud heç bunun adının “Paxıllıq” olduğunu bilmirdim. Size derin minnetdarlığımı bildirirem ki, mene bunu öyretdiniz)))
Semimi etirafiniz uchun teshekkurler. 🙂
Mən də eynən sizin kimi özümə etiraf edə bilmirdim paxıllıq etdiyimi.Paxıllığı Shabnam çox gözəl ifadə edib. Özümüzə baxmağı bizə öyrətdi 🙂
Və inan ki, hər kəs, ətrafındakı HƏR KƏS hansısa bir döyüş içərisindədir.beli..cox dogrudu..
ve qatiliram,bir insan tebii ki gunun butun saniyesinde xoshbext olub etrafa tebessum saca bilmir,cox ozene bezene cekilmish,en az 10shekil arasindan 1i secilib effektlenmish shekillere gore de umidsizliye ve yaxud da paxilligla ozunu yeyib bitirmeye deymez.umumiyetle ozlerindeki bu hisse paxillig yox behs gozuyle baxsalar daha yaxsidir,hem geride olduglarini dusundukleri bir movzu varsa da inkisaf etmis olarlar.paxilliq oldurur deye bir cumle var..Canim HelloKishim bacardiginiz qeder tez tez yazin nolar 🙂 ❤ love u so much 🙂
Qaqa sen hech ozun guzguye baxmisan ? : D
Çox maraqlı idi..həqiqətən..Təşəkkürlər..yazan əlləriniz, düşünən beyniniz var olsun Четверг, 2 июля 2015, 19:57 UTC от Hello Kishi : >HelloKishi posted: “Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər ch” >
salam cox gozel dediz insan ozu kimi olsa yaxsi olardi sunu yox sade
salam necesiz xanim sizde 11 sayt elani var ele oxsar saytlar nece tapmaq
olar ? birde kickstarter sayti kimi investr sermaya qoyan saytlar varmmi?
10 sentyabr 2015 18:42 tarixində, Anar Kerimov
yazıb:
> salam cox gozel dediz insan ozu kimi olsa yaxsi olardi sunu yox sade
>
Yazin websites like kickstarter Google edin
Heyati keshf edenden motivasiya vizion anlayishlarini oyrenenden beri sizi izleyirem hansi kitablari oxumagi meslehet gorursuz ? sexsi inkishaf ucun .onceden teshekkurler
TEshekkurler. Napoleon Hillin kitablari, Robert Greene ’50th law’, Seth Godinin kitablari, Koelyo ‘veronica decides to die’, the The Secret
Sizi bu gün kəşf etmişəm. 🙂 Bir sözlə ürəyimdən keçənlərin yazı forması. Əlinizə sağlıq.
Hemiweki kimi chox duwundurucu bir yazi.Ehsen size… Seve-seve yazilarinizi oxuyuram ve ozum ucun de her defe yeni nese kewf edirem. Qeleminiz her zaman guclu olsun.