pəki SƏN KİMSƏN?!

 

12631219_10101701434568617_890726795_oDünən Aleks 2 saat ağlayandan sonra nəhayət yatdı. Mən də onu oyatmamaq üçün əzələmi də tərpətmədən yanında uzanmışam, əlimdə telefon, Facebookun ana səhifəsinə baxıram.

`Bu Əhməddir` mövzulu daha bir şəkil – Oxumağa səbrim çatmır, keçirəm

Rəfiqəmin nişan şəkli – “Yehhuu! Daha bir subayı siyahımdan silirəm”

Axşam yeməyinə salat şəkli – “Gərək o dondurmanı basıb yeməzdim”. Yavaşca qarın press idmanı eləməyə çalışıram guya kalori yandırmaq üçün.

Sonra görürəm iki Facebook dostum olan qızlar üçüncü tanışımızın yeni çap olunmuş kitabını bir-birinin `divar`ında müzakirə edirdilər. “Gedək tez biz də kitabı alaq” tipində yazışmalar edirlər. “Sağ olsunlar, yeni yazara dəstək verirlər” deyə düşünürəm, mən də altdan sevincli bir şərh yazıram. Onlar yazışmağa davam edirlər. Birdən mənə çatır ki, onlar üçüncü dostumuza LAĞ ELƏYİRLƏR, onun işini açıqcasına MƏZXƏRƏYƏ qoyublar. 

Bədənimin bütün hüceyrələri ilə qəzəb içindəyəm. “Utanın” yazıb Facebooku bağlayıram.

Aleksə baxıram. Balaca toppuş əllərini bir-birinin üstünə qoyub, dodağını büzüb mışıl-mışıl yatır.

O qızları düşünürəm. Hamımız belə saf doğulmuruqmu? Niyə bəzi insanlar başqalarının yaratdığı incəsənəti əzmək haqqına sahib olduqlarını düşünürlər?

Onların yazdıqları üzümə şillə kimi dəydi. O kitabı yazan dostumuzun bu qızların yazdığından xəbəri yox idi, amma mən bilirdim. Mən də yazaram. Kitab olmasa da bloq yazıram. Yadıma `yetərincə yaxşı deyil` düşünüb sildiyim cümlələr, kobud şərhlər yazarlar deyə çap eləmədiyim yazılar düşdü. Bu cür insanların edəcəyi mızmızların hərdən mənə də təsir elədiyini dərk eləməyə başladım. 

Hələ mən belə mənfilikləri özümə yaxın buraxan insan deyiləm. Amma oxucularım arasında 17, 18, 19, hətta 39 yaşında olub bu cür düşünənlərə görə ruhdan düşə biləcək olanları çoxdur. Bu cür YARADICILIQ QƏNİMLƏRİnin şərhlərinə görə nə qədər insan həvəsindən vaz keçir. Bu söhbəti oxuyandan sonra söz verdim ki, başqalarının nə deməyindən asılı olmayaraq daha çox yazacağam.

ÇÜNKİ HƏYAT BU CÜR İŞLƏYİR – sənin kim olmağından və onların hansı nailiyyətlərə sahib olmağından asılı olmayaraq, kimsə həmişə sənin işin haqda nəsə deyəcək.

Odur ki, başqalarının nə pıçıldamağından asılı olmayaraq həvəskarı olduğun işlərinə davam et, başqalarının nə fikirdə olmağından asılı olmayaraq özün ol, arzularını gerçəkləşdir, başqaları nə deyir-desin, sən YARATMAĞA davam et!

Çünki onlar vaxtlarını səni müzakirə etməyə sərf elədiyi vaxt

SƏN YÜKSƏYƏ QALXMAĞA DAVAM EDƏCƏKSƏN.

Bu gün başqa bir tanışım Bəxtiyar Vahabzadənin bir şeirini paylaşmışdı, lap yerinə düşdü:

Babək söy köküylə bizdən deyilmiş,

Xətai islamı ikiyə bölmüş,

Fətəli Allahsız, Vaqif baz idi,

Filankəs azacıq qumarbaz idi,

Gecəli gündüzlü Hadi dəm idi,

O əyyaş, bu fərsiz, o bigam idi,

Biri qərəzkardır, biri xəsisdir,

Bu ondan yaxşıdır, o bundan pisdir,

Natəvan beləydi, Həcər eləydi,

Böyüklər önündə o bir köləydi,

Rəhmət demirik amma bir kərə,

Milləti ucaldan rəhmətlilərə

Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!

Danış, bu Millətə nə gətirmisən?!

Sən böhtan atdığın bu böyüklərin,

Yüzdə biri qədər nə iş görmüsən?! 

Advertisements

31 thoughts on “pəki SƏN KİMSƏN?!

  1. Salam Sebnem! Men senin yazilarini (bezilerini hetta bir nece defe), videolarini seve-seve oxuyub izleyirem. Senin pozitivliyin, ozunu sevme, guvenme, inanma xususiyetlerin meni cox inspire edir. Yasadagimiz cemiyetdeki qadinlara olan danilmaz tezyiqi nezere alib, Azerbaycan qadinlarinda bele xususiyetleri gorub ister istemez ozunu inkisafa, yenilikler etmeye, ozune guvenib basgalarinin fikirlerine, emirlerine esasen hereket etmemeye vadar edir. Sen mumkun qeder cox yaz, cox cek ve bizimle paylas. Beyenmeyib negativ comment yazan ne qeder coxdursa, seni sevib izleyen, senden ilham alan insan ondan da coxdur.

    P.S. men izlediyim sehifelere, postlara hec vaxt rey bildirmirem. Ama sirf senin bu yazini oxuduqdan sonra qerara geldim ki, yazmaqdan utanmayim, qorxmayim. Negativ commentler’i yazan insanlar ozlerinin ede bilmeyib, basgalarinin teqdirelayiq isler etdiyini gordukde, ozunu qoruma mexanizmi kimi zeher tokmeye baslayirlar. Eger onlar bu cur menfi hereketlerini etmekden utanmirlarsa, onda biz, senin pozitiv izleyicilerin, sesimizi, desteyimizi esirgememeliyik. Sene ve ailene heyatda saglamliq ve ugurlar dileyirem!

  2. Daha 2-3 Saat deyil ki sizin meqalelere bir de baxir, ve beynimden Şebnem keşki vaxti olsa da yene yazsa deye fikirlewirdim, indi gorendeki seher duwunduyum ve eyni ile qarwilawdigim movzu barede yazmisiz, cox saolun, sizi cox isdeyirem, Alekse wirin yuxular 😊☺😍

  3. Super Hemise yazin.
    (If you To avoid criticism say nothing, do nothing, be nothing. )
    Demek isteyen onsuz da nese tapir ))))

  4. Salam , açığı yazınızı birinci dəfədir oxuyuram ( btw I loved all your stories ) və bunu oxumamışdan 5 dəqiqə qabaq sizin yazdıqlarınız haqqında düşünürdüm və beləcə mən də blogumda yazmağı istədim amma siz düşünürəm ki mənim verəcəyim izahatdan daha yaxşı izhat veribsiz . Heqiqeten de insanlar yaratmırlar və yaradanları da siz deyən kimi küçümsüyürlər – alçaldırlar . Blogger olmaq da asan deyil siz deyen kimi her cümləni düşünürsən ki bəlkə kimsə səhv anlar amma o yazacağın cümlə bəlkə də hekayənin ən can alıcı hissəsi olur . Məncə yaratmağın qarşısındakı ən böyük əngəllərdən biri də qohum-qonşu nə deyər düşüncəsidir . Sizə deyəcəyim şey boş verin qonu qomşunu. O bezen sildiyiniz hekayeleri de paylaşın . 🙂 Sizə yazmaqda uğurlar .

  5. ellerinize ureyinize sagliq ❤
    hem ruhlandiran hem de oz sevhlerimizi gorub ozumuzu duzeltmeye komek edecek bir yazi 😊
    her zaman eyni coshgu, eyni hevesle yazmaginiz dileyi ile

  6. Şəbnəm, səni cox sevirəm. Sən mənim idealımsan 😍 mən də uşaqlıqdan həmişə yazırdım. Amma hər yazdıgımı sadəcə özüm oxuyub sonra kimsə oxumasın deyə yandırırdım. Ancaq indi özümdə o mız qoyanlara qarşı cıxma cəsarəti hiss edib blog acmışam. Pis də yazsam, mən yazmışam, kimə nə?! Bəyənməyən oxumasın 😃 hər zaman ilham mənbəyim oldugun ücün cox sag ol. 😘

  7. Ferdi olaraq tanimasam da, sehife ve blogunuzun daimi izleyicisiyem,hesed aparmamaq elde deyil 🙂 Heveslendirici yazilariniza, motivasiyalariniza gore urekden teshekkurler size! her daim yazin, yazin, yazin 🙂

  8. Bextiyarin seirinden de gorulduyu kimi bizim millet Deyerler milletidi. Bele de elesen deyecekler, ele de elesen. Bunun adi paxilliqdir. Ona gore deyilenlerin eksine daha da ugur qazanmag lazimdi.

  9. Canım Shab ♥ siz sadəcə olaraq SUPPPPPPPPPPER və MÖHTƏŞƏM bir insansınız!Vallah elə çox istəyirəm ki sizin kimi bir rəfiqəm olsun.Həmişə belə qalın,yazılarınız bizi ruhlandırır,çoxuna ümid verir,stimul verir.İnşaAllah Bakıya gələndə bir görüş təşkil edərsiz sizlə görüşmək imkanım olar Amin Amin :* ele bilirem böyük bacımsız sadece Bakıdan uzaq yaşayırsız vallah.Sizi çoooooox istəyirəm :* ♥ Həmişə var olun

  10. Salam Shebnem,nehayetki bir gun mende ureklenib size yazdim.yeqinki bu meqalenin komeyi oldu.son vaxtlar ozumu turkler demeli toparlamaga baslamisam.ve bu yazinizi tek yazmaga deyil basqa seylere aid ederek dusunuremki duz deyirsiz,bir defe adi bir sirniyyat bisirmisdim ( buda bur yaratmaq novudur) ve her kes bunu cox pislemisdi.o gunden ureklenib bisire bilmirem.belke bu yaziniz ona da komek olar.cox sagolun .daima gozluyurem yazilarinizi,
    menim de balaca qizim var.8 ayliq.dusunuremki siz genc bir ana kimide mene stimul verirsiz₽)) Tesekkurlerrrrr

  11. salam Shebnem,cox ela yazi idi.hetta mende urek edib nece ay sizi oxudugdan beri ilk defedirki yaziram.bu yazinizi nece defe oxumusam Allah bilir.ozumun yarimciq qoydugum islere gore.yenede kenardakilarin yanlis fikirlerine gore.her seyi duz yazmisiz.bu degige bele bele fikirlerin icindeyem.rus dilinde desek bezrazlicni olmaq en yaxsidi.yeni heyati ozumuze gore qurmaliyiq.

  12. Sizi yeni tanidim İnternetdə dolaşarkən qarşima cixdiz yazdiqlarinizdan o qeder gözəl pozitiv bir enerji aldim ki birdə izlediyim TED çıxışişiviz 18 yaşinda biri olaraq düşündüyüm bəzi suallara cavab oldu adeta,Heyat hekayeniz ve heyata baxiş aciniz bu cür optimisliyiniz cox beyendim yazilariviz cox gözəldi zəhmətinize göre təsəkkrler bele davam 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s