Sizin şərəfinizə!

Bu yazını həsr edirəm həyatı kəmiyyətli yox, keyfiyyətli yaşayan insanlara.
Risk edənlərə.
Optimist olanlara.
Həyatı ciddiyə almayanlara.
Dəlilik eləyənlərə.
‘Az, ona bax’ deyilib barmaqla göstərilənlərə.

Başqalarının qutularına sığışmayıb özünün dünyasını yaradanlara.

Qocalmayanlara.
Ürəkləri macəra ilə dolu olanlara. 
Fərqlilərə.
Sevənlərə.
Çılğınlara.
Bu yazını həsr edirəm anama…
48 illik ömrünə 148 ili sığışdıran,
‘Yekə arvad’ olub qızı ilə çaydan pozasında şəkil çəkdirən,
“Bananın qabığını yerə atma” deyəndən sonra onu göyə atan,
Yediyi bulka kulyokunu şişirdib Torqovıda camaatın içində partladan, başqalarının tərs-tərs baxmağından sonra da xısın-xısın gülən,
Bütün dostlarımla dostluq edən,
Dünyanı gəzən,
insanları sevən,
hər şeylə maraqlanan
ANAMA…
Bu yazını həsr edirəm optimistlərə…
Həyatsevərlərə.
Rənglilərə.
Arzulayanlara.
İnananlara.
Dünyanı gözəlləşdirən insanlara…
İllər keçsə də gülümsəmə ilə xatırlananlara…
Bu yazını həsr edirəm həyatı kəmiyyətli yox, keyfiyyətli yaşayanlara…

3 thoughts on “Sizin şərəfinizə!

  1. Allah rehmet elesin canim Shabim.Ananizi tanimiram,dogrudur,ama adim kimi eminem ki,bu cur gozel insan indi Cennetdedir.Bele gozel bir ruh,bele gozel bir meneviyyatin ve insanin mekani daima Cennetdir.Eminem ki o sizinle fexr edir.Ruhu şad olsun Amin♥Doğrudan da önəmli olan nə qədər yaşamağın yox,necə yaşamağındır.O 48ilə uzuuun bir ÖMÜR sığdırıb.sözün əsl mənasında

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s