Xəbər saytlarını açanda insan vahimələnir. Qoy bu yazı sizə dünyanın gözəl tərəflərini xatırlatsın. İyun ayında tapdığım 10 ürəkaçan kəşflərimi sizinlə paylaşıram:
- Maşın sürərkən artıq radioya qulaq asmıram. Podcast app-ində TED Radio Hour adında bir kanal var, hər həftə bir mövzuda o qədər gözəl söhbətlər aparırlar ki, 2 saat tıxacda qalanda sevinirəm ki, 2 epizoda qulaq asdım! (kompüterdən də qulaq asa bilərsiniz)
- Sianın bu mahnısı (baby, i don’t need dollar bills to have fun tonight!)
- Bakı küçələrində yaşayan, min işgəncəyə məruz qalan itləri xilas etməyə qərar verən Xəyal Sadiq və xilas etdiyi bu tüksüz və xəstə itin indiki sağlam vəziyyəti.
- Həm güzgünün qabağında saçımı burub həm də Alexi gözdən qoymamaq üçün etdiyim bu kəşf
- Ölməzdən qabaq SƏN nə etmək istəyirsən? sualını verən bu TED çıxış
- Balaca HelloKişilər üçün Azərbaycan dilində, uşağın şəkli və adı ilə fərdi çap olunan Sən Dünyanı Dəyişə Bilərsən kitabı
- Azərbaycanın ucqar rayonlarındakı fermalardan Bakıdakı evlərə ərzaq çatdıran bu şirkət
- Həyat yoldaşının makiyajını eləməyə çalışan bu oğlan (Bu cütlüyü çox sevirəm!)
- Bir daha sevə-sevə oxuduğum Ayn Randın “The Fountainhead” kitabı
- Və nəhayət, haqqında SuperHelloKişi Mişel yazısını yazdığım, 100 gün ərzində qorxularını yenən Mişellə görüşüm və hansı mədəniyyət, dil, dindən olmağından asılı olmayaraq, eyni düşüncəli insanların ilk saniyədən ən yaxın dost ola biləcəyini başa düşməyim.
loool kəşfə çox güldüm,siz hələ rəfiqəmin kəşflərini görəsiniz,qız resmen analıq anlayışına yeni ixtiralar gətirib 😀 Sia’nin mahnisini men de yeni kesf elemisem 😀 mahninin zayini cixarana qeder dinleyirem 😀 ama ən çox Mişel ilə görüşməyə çox şad oldum,təsəvvür edirəm insana aşılayacağı hisləri və enerjini.Tedx perfect,çox təsirli 🙂 sizi də sevirəm,sizi izləməyi də sevirəm,yaxşı ki varsan Canım Shabim ❤
Siz bilə bilmərsiz mənim üçün nə qədər dəyərlisiniz. Bir doğmam kimi. Sizin paylaşdıqlarınızdan ilhamlanaraq artıq 39 kitab(13-ü ingiliscə) bitirmişəm. Sizin sayənizdə tutundum. Biraz qulağa qəribə gələ bilər amma həyatında dönüş nöqtəsi- bir su, siqaret, salam, gülüş, kitab, hətta bir “facebook” səhifəsi belə ola bilirmiş. Siz bir ideal insan nümunəsisiniz mənim üçün. Bunun nə demək olduğunu siz belə anlaya bilmərsiniz. Sadəcə sizin postlar sayəsində mən ayağa durdum və “Utan Kamal! Bu qədər mənasız həyat yaşamağa səni nə vadar edir?! Get hər şeyin ən yaxşısı üçün vuruş!” -dedim. Çox inanılmaz hissdir. Həmişə həyatda ən yaxşı şeylərin sizin yanınızda olması diləyi ilə! ✊❤
❤
Lutfen yene kesfler edib bizi bunlardan agah edin 🙂