İnstaqramdakı o zəhləngetmiş

Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz…

Evlilikdən Öncə Azərbaycanlı Ailələrdə Verilən 5 Sual

Əgər yaşın 2 və ya 3 rəqəmi ilə başlayırsa və hələ evli deyilsənsə bütün qohumların, qonşuların, hətta poçtalyon xalanın radar zonasındasan. Niyə evlənmədiyin haqqında milyonlarla sual verəcəklər. Evlənmək üçün namizəd yaranan kimi isə bu suallara hazır ol. 1. Qız iş görə bilir? Bəli, paltarları aparıb çayda yuyur, yarım kilometr yol gedib bulaqdan su gətirir, bozbaş…

Özünlə necə danışırsan?

Nəyə görə iş müsahibəsindən kəsilmişdin? Nəyə görə insanlar qarşısında çıxış edəndə yenə çaşdın və qızardın? Niyə ən vacib görüşə gedəndə keçən maşının təkərindəki palçıq uçub məhz sənin paltarına yapışdı? Nəyə görə hər dəfə tələsəndə təndirə düşürsən? Axı əvvəldən özünə dəfələrlə demişdin “Bu müsahibədən kəsilmə”, “O çıxışı edəndə həyəcanlanma”, “Tələsmə”. Gələcək ilk öncə bizim beynimizdə qurulur.…

Sevgini tapmaq üçün 6 addım + 2 Bonus

Facebook dostların mənə minnətdarlıq eləyəcəklər: yazdığın zırıltı statuslara ara verib bu məqaləni oxuyursan. Valentin günündə təksənsə bu məndən sənə hədiyyə olsun (Amma zarafatsız, bəsdi zırıltı statuslar yazdın)! Sevgini tapmaq üçün bunlara əməl et. 1. Necə paltar istəyirsən? Elə bil ki, qonşuya pul verirsən ki, “Maqazindən mənim üçün paltar al“. O da gedib qırmızı şortik alıb…

Vaxtı Keçmiş Atalar Sözləri

Bəy verən atın dişinə baxmazlar Mən də belə sadəlöhv idim, çəhrayı kəpənəklərə və sonsuz çəmənliklərə inanırdım – rəfiqəmin mənə hədiyyə etdiyi Chanel çantanın saxta olduğunu bilənə qədər (Adam kişi olar!). Bəyin və ya padşahın verməyindən asılı olmayaraq onun dişinə baxıb ‘Made in China‘ yazılmadığına əmin ol. Palaza bürün, elnən sürün Görəsən atalar o vaxt vodka…