8 martda almadığım təbrik

Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb…

İnstaqramdakı o zəhləngetmiş

Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz…

Problem SƏNSƏN!

Hara baxırsan adamlar mızıldanırlar. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır. Qızlar “köhnə” kişilərin (lopabığ, zırpıburun, yumruğunu stola vurub “Aaaz, eşşəh, maa ət qayır” deyən) qıtlığından, oğlanlar “əvvəlki” qızların (tualetə getdiyini ömür boyu heç kimin görmədiyi, qızılgüllər yeyib kəpənəklər ifraz etdiyinə dair miflər dolaşan) yoxluğundan şikayətlənir, Hava həmişə günahkardır,…

Aytac haqqında…

Bağışlayın, bu gün ruhlandırıcı və pozitiv yazı yazmayacam. Çox-çox təəssüf hissi ilə Aytac Babayevadan danışmaq istəyirəm. 11-ci sinif şagirdi, 17 yaşlı qız. Bir oğlanı sevib, 1 il görüşüb və sonradan ayrılıb. Ondan ayrılmağını “qeyrəti” götürməyən oğlan Aytacı bıçaqlayıb öldürüb. Hekayənin bir tərəfində şərəfsiz, qansız bir qatil, o biri tərəfində xəstəni sevmiş bir qız, bir tərəfində…

Atalar və Qızlar

Sən nə vaxtsa ata olacaqsan. Qız atası olmaq çətin olacaq. Cəmiyyətin sənin üstünə yüklədiyi kişilik yükünü daşımalısan. Hamı səndən ciddi olmağı, qızınla sərt davranmağı, onun hər addımını izləməyini, ona qatı qaydalar qoymağını gözləyəcək. Çünki Azərbaycan kişisi sərt olmalıdır. Ciddi olmalıdır. HEÇ VAXT GÜLMƏMƏLİDİR!! Qaşlarının arasında çatılmaqdan açılmış qırışlar olmalıdır. Qızı adam içinə çıxmamalıdır, 18 yaşına çatan…

“Şəbnəm, mən onu daha sevmirəm.”

15 illik bir dostum var (hə, qocalmışam deyəsən). 2 il əvvəl evlənmişdi. Srağagün mənə Facebookda mesaj yazıb. “Şəbnəm, mən onu daha sevmirəm. Ayrılmaq istəyirəm. Mən nə edim?” Sizin üçün hekayənin əvvəlini danışım. Bu oğlan o qız üçün dəli-divanə idi. Hər gün evlərinin qarşısında gözləyib onu işə aparırdı, sonra evə gətirirdi. Ən gözəl gülləri, hədiyyələri ona…

Bir gün yuxudan oyanacaqsan ki…

Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var… *** Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini, – Həyatının sevgisini qüruruna qurban verdiyini, – Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan. *** Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını, – Binanin başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını, – Səni vaxtilə üzən böyük problemlərin…

Gəl Açıq Danışaq

Elə günlər olacaq ki, özünü ən dərin, qaranlıq boşluqda, tək hiss eləyəcəksən. Evə gəlib üzünü yuyanda səni ağlamaq tutacaq, gözünün tuşu üzünə yaxılacaq, güzgüyə baxıb fikirləşəcəksən ki, ətrafda kameralar olsaydı indi yaxşı dramatik səhnə çəkə bilərdilər, göz yaşının krant suyuna qarışması əsl Oskarlıq səhnədir. Yadına uşaqlıq travmaların düşəcək – məktəbdə həmişə səninlə prinsipə gedən müəllim,…

Kobud adamların üzünə tort çırp və ya Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji…

Geyin 7 rəngi

Bu gün 20 yaşlı İsanın gey olduğu üçün gördüyü təzyiqlərə görə özünə qəsd etməsi haqda xəbər yayıldı. Bu məqaləni ona ithaf edirəm.  İlk dəfə gey olan biri ilə tanışlığım 7 il əvvəl Amerikaya gəldiyim ayda olmuşdu. Adı Aleks idi. Yanımda otururdu, mən ona vurulmuşdum. O isə bir gün mənə boyfriend-indən danışmağa başladı. Mən çaşdım, başa…