Gəl Açıq Danışaq

Elə günlər olacaq ki, özünü ən dərin, qaranlıq boşluqda, tək hiss eləyəcəksən. Evə gəlib üzünü yuyanda səni ağlamaq tutacaq, gözünün tuşu üzünə yaxılacaq, güzgüyə baxıb fikirləşəcəksən ki, ətrafda kameralar olsaydı indi yaxşı dramatik səhnə çəkə bilərdilər, göz yaşının krant suyuna qarışması əsl Oskarlıq səhnədir. Yadına uşaqlıq travmaların düşəcək – məktəbdə həmişə səninlə prinsipə gedən müəllim,…

Kobud adamların üzünə tort çırp və ya Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji…

Geyin 7 rəngi

Bu gün 20 yaşlı İsanın gey olduğu üçün gördüyü təzyiqlərə görə özünə qəsd etməsi haqda xəbər yayıldı. Bu məqaləni ona ithaf edirəm.  İlk dəfə gey olan biri ilə tanışlığım 7 il əvvəl Amerikaya gəldiyim ayda olmuşdu. Adı Aleks idi. Yanımda otururdu, mən ona vurulmuşdum. O isə bir gün mənə boyfriend-indən danışmağa başladı. Mən çaşdım, başa…