Adını Bilmədiyim Qıza…
Rəfiqəm Cenni mənə ən gözəl ad günü hədiyyələrindən birini verdi. Xeyr, qırış kremindən danışmıram. *çönüb güzgüyə baxıram. Yox, hələ qırışsız bir 2-3 ilim var* Cenninin hədiyyəsi isə Dünyadakı Qadınlar (Women in the World) sammitinə bilet idi. Srağagün sammitə bir yerdə getdik. Oturub tədbirin başlamağını gözləyirik və artıq neçə aydır Cenninin ən böyük problemi olan məsələni bir daha müzakirə edirik –…