Vaxtı Keçmiş Atalar Sözləri

Bəy verən atın dişinə baxmazlar Mən də belə sadəlöhv idim, çəhrayı kəpənəklərə və sonsuz çəmənliklərə inanırdım – rəfiqəmin mənə hədiyyə etdiyi Chanel çantanın saxta olduğunu bilənə qədər (Adam kişi olar!). Bəyin və ya padşahın verməyindən asılı olmayaraq onun dişinə baxıb ‘Made in China‘ yazılmadığına əmin ol. Palaza bürün, elnən sürün Görəsən atalar o vaxt vodka…

Göyün 7-ci qatında 7 düşüncə

Sən bu yazını oxuyanda mən çox-çox uzaqlarda olacağam. Məni axtarma. Arxamca baxma. Zarafat eləyirəm, Marsa filan getmirəm, yolum Tokyoyadır. Yaponiya macəralarım haqda yazacağam, hələlik isə 13 saatlıq uçuşun 6 saatı qalıb. Mən də qaşlarımı tərsinə V hərfi kimi qaldırıb `pleeeease` deyəndən sonra (hər dəfə işləyir!) stüardessadan aldığım 2 brauni və bir qab dondurmanı yeyə-yeyə səninlə ciddi söhbət eləmək…