14 il əvvəl və 41 il sonra

Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan. Maşından əsə-əsə düşürsən. Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan. Səni şok bürüyür. Tabutdakı insan SƏN özünsən. Ən yaxın dostun sənin haqqında danışır.…