İş müsahibəsi haqda bilməli olduqların

Əsas mərhələni keçmisən. Ərizənə baxıb səni xoşlayıblar, indi isə səni iş müsahibəsinə dəvət ediblər. Nə etməli? Nə geyinməli? Necə hazırlaşmalı? Nə danışmalı? Başlayaq! Geyim İlk təəssüratlar uzun müddət yadda qalır. Müsahibəyə gedəndə rəsmi paltar geyinməlisən. Bu o deməkdir ki, cins, futbolka (T-shirt), krasovka geyinmək ümumiyyətlə gülüncdür. Müsahibəyə oğlanlar təmiz qara kostyum, ağ/mavi köynək və qalstuk (və qara corab,…

14 il əvvəl və 41 il sonra

Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan. Maşından əsə-əsə düşürsən. Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan. Səni şok bürüyür. Tabutdakı insan SƏN özünsən. Ən yaxın dostun sənin haqqında danışır.…

Çətin vəziyyətdən çıxmağın yeganə üsulu və ya Sinderella necə doğulub

Bu məqaləni niyə oxuduğunu bilirəm! Kimsə xətrinə dəyib, ya hansısa hadisə səni məyus edib, ya həyatında nədənsə narazısan (ya da avaraçılıqdı)…Birinci addım – Zəhmət olmasa YouTube-da 115 dəfə qulaq asdığın Namiq Qaraçuxurlunun mahnısını söndür. İndi isə sənə bir hekayə danışım Bir dayday tanıyıram, adı Voltdur, qəzetdə karikatura çəkməklə pul qazanırdı. Günlərin bir günü müdiri onu…

Evlilikdən Öncə Azərbaycanlı Ailələrdə Verilən 5 Sual

Əgər yaşın 2 və ya 3 rəqəmi ilə başlayırsa və hələ evli deyilsənsə bütün qohumların, qonşuların, hətta poçtalyon xalanın radar zonasındasan. Niyə evlənmədiyin haqqında milyonlarla sual verəcəklər. Evlənmək üçün namizəd yaranan kimi isə bu suallara hazır ol. 1. Qız iş görə bilir? Bəli, paltarları aparıb çayda yuyur, yarım kilometr yol gedib bulaqdan su gətirir, bozbaş…

Sevgini tapmaq üçün 6 addım + 2 Bonus

Facebook dostların mənə minnətdarlıq eləyəcəklər: yazdığın zırıltı statuslara ara verib bu məqaləni oxuyursan. Valentin günündə təksənsə bu məndən sənə hədiyyə olsun (Amma zarafatsız, bəsdi zırıltı statuslar yazdın)! Sevgini tapmaq üçün bunlara əməl et. 1. Necə paltar istəyirsən? Elə bil ki, qonşuya pul verirsən ki, “Maqazindən mənim üçün paltar al“. O da gedib qırmızı şortik alıb…

Kobud adamların üzünə tort çırp və ya Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji…

Özünə Söz Ver!

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb.  Özünə söz ver ki, – O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək, –…