Sevdiyim 8 kitab

İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi) Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm. 1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli. İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab…

10 pozitiv kəşfim – İyun 2016

  Xəbər saytlarını açanda insan vahimələnir. Qoy bu yazı sizə dünyanın gözəl tərəflərini xatırlatsın. İyun ayında tapdığım 10 ürəkaçan kəşflərimi sizinlə paylaşıram: Maşın sürərkən artıq radioya qulaq asmıram. Podcast app-ində TED Radio Hour adında bir kanal var, hər həftə bir mövzuda o qədər gözəl söhbətlər aparırlar ki, 2 saat tıxacda qalanda sevinirəm ki, 2 epizoda qulaq…

8 martda almadığım təbrik

Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb…

Super HelloKishi Mişel

Mişel Poler bir neçə ay əvvəl Venesueladan Nyu Yorka magistr təhsili almaq üçün köçüb. Dünyanın ən dəli şəhərində olduğu müddətdə ən böyük qorxularını yenmək üçün videolayihə başlayıb. Belə ki, 100 gün ərzində heç vaxt cəsarət etmədiyi və ya etməkdən qorxduğu şeyləri həyata keçirmək qərarına gəlib. Mişel 100 gün ərzində qorxularını yenmək üçün küçədə dilənib, şəhərdə…

Çətin vəziyyətdən çıxmağın yeganə üsulu və ya Sinderella necə doğulub

Bu məqaləni niyə oxuduğunu bilirəm! Kimsə xətrinə dəyib, ya hansısa hadisə səni məyus edib, ya həyatında nədənsə narazısan (ya da avaraçılıqdı)…Birinci addım – Zəhmət olmasa YouTube-da 115 dəfə qulaq asdığın Namiq Qaraçuxurlunun mahnısını söndür. İndi isə sənə bir hekayə danışım Bir dayday tanıyıram, adı Voltdur, qəzetdə karikatura çəkməklə pul qazanırdı. Günlərin bir günü müdiri onu…

25 ildə öyrəndiyim 25 həyat dərsi

Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və…