Sizin şərəfinizə!

Bu yazını həsr edirəm həyatı kəmiyyətli yox, keyfiyyətli yaşayan insanlara. Risk edənlərə. Optimist olanlara. Həyatı ciddiyə almayanlara. Dəlilik eləyənlərə. ‘Az, ona bax’ deyilib barmaqla göstərilənlərə. Başqalarının qutularına sığışmayıb özünün dünyasını yaradanlara. Qocalmayanlara. Ürəkləri macəra ilə dolu olanlara.  Fərqlilərə. Sevənlərə. Çılğınlara. Bu yazını həsr edirəm anama… 48 illik ömrünə 148 ili sığışdıran, ‘Yekə arvad’ olub qızı ilə çaydan…

Anam Haqqında 6 Hekayə

Bu gün mənim üçün ən çətin günlərdən biridir. 3 il əvvəl bu gün dünya mənim üçün bitmişdi. Bilmirəm nə vaxtsa mama haqqında göz yaşı olmadan danışa biləcəyəmmi, amma çətin də olsa onun haqqında yazmaq istəyirəm. Onun müdrikliyini, şirinliyini, qayğıkeşliyini, məsləhətlərini sizinlə 6 qısa əhvalatda paylaşmaq istəyirəm. 1. Arı Olun Mama həmişə bizə başa salırdı ki, “arı…

Həyatımın 43 emosiyası

Görünməz – Məktəbdə ən pis oxuyan şagirdlərdən olanda və həyatda heç nəyə nail ola bilməyəcəyimi düşünəndə Uğursuz – Yuxarı sinif şagirdləri üçün keçirilən və 1 il Amerikada oxumaq şansı verən FLEX imtahanından 2 il dalbadal kəsiləndə Qürurlu – UGRAD proqramında 600 nəfər arasından seçilən 16 finalçı arasında olub Amerika universitetində bir il oxumaq şansı qazananda…

Hər birimizin gizli silahı

2011-ci il noyabr. Anamı 5 ay əvvəl itirmişdim. Bütün günü yataqda uzanıb ağlamamaqdan məni xilas edən yeganə şey işim idi. İclasda qapını çırpıb işdən çıxan rəfiqəmə ‘dəstək’ olmaq üçün ərizəmi yazıb mən də çıxdım. Çətin vaxtlarda boş qalmaq pis şeydir. Daha sonra ondan daha cəsarətli olduğumu başa düşən kimi boyfriendimdən də ayrıldım. Asan deyildi. Növbəti…