Sevdiyim 8 kitab

İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi) Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm. 1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli. İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab…

10 pozitiv kəşfim – İyun 2016

  Xəbər saytlarını açanda insan vahimələnir. Qoy bu yazı sizə dünyanın gözəl tərəflərini xatırlatsın. İyun ayında tapdığım 10 ürəkaçan kəşflərimi sizinlə paylaşıram: Maşın sürərkən artıq radioya qulaq asmıram. Podcast app-ində TED Radio Hour adında bir kanal var, hər həftə bir mövzuda o qədər gözəl söhbətlər aparırlar ki, 2 saat tıxacda qalanda sevinirəm ki, 2 epizoda qulaq…

Sizin şərəfinizə!

Bu yazını həsr edirəm həyatı kəmiyyətli yox, keyfiyyətli yaşayan insanlara. Risk edənlərə. Optimist olanlara. Həyatı ciddiyə almayanlara. Dəlilik eləyənlərə. ‘Az, ona bax’ deyilib barmaqla göstərilənlərə. Başqalarının qutularına sığışmayıb özünün dünyasını yaradanlara. Qocalmayanlara. Ürəkləri macəra ilə dolu olanlara.  Fərqlilərə. Sevənlərə. Çılğınlara. Bu yazını həsr edirəm anama… 48 illik ömrünə 148 ili sığışdıran, ‘Yekə arvad’ olub qızı ilə çaydan…

Adını Bilmədiyim Qıza…

Rəfiqəm Cenni mənə ən gözəl ad günü hədiyyələrindən birini verdi. Xeyr, qırış kremindən danışmıram. *çönüb güzgüyə baxıram. Yox, hələ qırışsız bir 2-3 ilim var* Cenninin hədiyyəsi isə Dünyadakı Qadınlar (Women in the World) sammitinə bilet idi. Srağagün sammitə bir yerdə getdik. Oturub tədbirin başlamağını gözləyirik və artıq neçə aydır Cenninin ən böyük problemi olan məsələni bir daha müzakirə edirik –…

8 martda almadığım təbrik

Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb…

pəki SƏN KİMSƏN?!

  Dünən Aleks 2 saat ağlayandan sonra nəhayət yatdı. Mən də onu oyatmamaq üçün əzələmi də tərpətmədən yanında uzanmışam, əlimdə telefon, Facebookun ana səhifəsinə baxıram. `Bu Əhməddir` mövzulu daha bir şəkil – Oxumağa səbrim çatmır, keçirəm Rəfiqəmin nişan şəkli – “Yehhuu! Daha bir subayı siyahımdan silirəm” Axşam yeməyinə salat şəkli – “Gərək o dondurmanı basıb…

Super HelloKishi Mişel

Mişel Poler bir neçə ay əvvəl Venesueladan Nyu Yorka magistr təhsili almaq üçün köçüb. Dünyanın ən dəli şəhərində olduğu müddətdə ən böyük qorxularını yenmək üçün videolayihə başlayıb. Belə ki, 100 gün ərzində heç vaxt cəsarət etmədiyi və ya etməkdən qorxduğu şeyləri həyata keçirmək qərarına gəlib. Mişel 100 gün ərzində qorxularını yenmək üçün küçədə dilənib, şəhərdə…

İnstaqramdakı o zəhləngetmiş

Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz…

Problem SƏNSƏN!

Hara baxırsan adamlar mızıldanırlar. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır. Qızlar “köhnə” kişilərin (lopabığ, zırpıburun, yumruğunu stola vurub “Aaaz, eşşəh, maa ət qayır” deyən) qıtlığından, oğlanlar “əvvəlki” qızların (tualetə getdiyini ömür boyu heç kimin görmədiyi, qızılgüllər yeyib kəpənəklər ifraz etdiyinə dair miflər dolaşan) yoxluğundan şikayətlənir, Hava həmişə günahkardır,…

Aytac haqqında…

Bağışlayın, bu gün ruhlandırıcı və pozitiv yazı yazmayacam. Çox-çox təəssüf hissi ilə Aytac Babayevadan danışmaq istəyirəm. 11-ci sinif şagirdi, 17 yaşlı qız. Bir oğlanı sevib, 1 il görüşüb və sonradan ayrılıb. Ondan ayrılmağını “qeyrəti” götürməyən oğlan Aytacı bıçaqlayıb öldürüb. Hekayənin bir tərəfində şərəfsiz, qansız bir qatil, o biri tərəfində xəstəni sevmiş bir qız, bir tərəfində…