Həyat rəngsiz, saçın vız, insanlar bezdirici olanda…

Mama elə həyəcanla qapıdan girmişdi o gün, toppuş üzündə sevinc, “Şəbiş, Səidənin qızı tam təqaüdlə Amerikaya gedib, sən də get, 10-cü sinif uşaqları üçün proqram var”. Özünü göylə aparan, əslində ürəyində yüzlərlə qorxu və özgüvənsizliklə boğulan 15 yaşımdakı mən bunun mümkün olmadığını anlayaraq, amma özümü cool aparmağa cəhd edərək çiynimi çəkdim ki, “Neynirəm Amerikanı”. Əslində…

Əgər ağlından qara fikirlər keçirsə…

Əgər ağlından qara fikirlər keçirsə,Heç nə səni xoşbəxt etmirsəİnsanlar səni başa düşmürsəÜmid edirəm bir az səbr etməyi seçəcəksən… Qara düşüncələrin kökünü dərk etmirsənsəDünya boz rəngdə görünürsəBu gün tutqun, gələcək dumanlı gəlirsə, Ümid edirəm bir az gözləməyi seçəcəksən… Həyat kitabdır, bu gün bir səhifə,Qabaqda gözəl günlər, fərqli həyat,Sən özün bir dünyasan, dünya isə səninlə gözəldir,Söz verirəm…

Yeni SƏN

Neçə illərdir həyat, sevgi, Kainat, arzuladığımız həyatı cəlb etmək haqda bildiklərimi sizinlə bölüşmək istəyirdim. Amma ruhumla hiss edirəm ki, məhz indi ən ideal vaxtdır. Koronavirusun kiçik müsbət tərəflərindən biri də odur ki, bütün dünya sıfıra düşdü. Həyat yavaş-yavaş yenidən başlayır. Bu yeni başlanğıc hamıya yenidən başlamaq şansı verir. Sıfırdan YENİ SƏN olaraq. Cəsarətli, enerjili, pozitiv,…

Azərbaycanlı qızların idarə etdiyi 10 biznes

  Yeni ildə bir-birinə hədiyyə vermək çox ailələrdə ənənəyə çevrilib. Bu bayramda yerli xanımlardan məhsullar alaraq yeni ili onlar üçün ikiqat bayrama çevirmiş olursunuz. Aşağıdakı şirkətlər azərbaycanlı qızlar tərəfindən idarə olunur. Lütfən onlardan sifariş edin və yerli brendlərə dəstək olun! Bayramınız mübarək! Libretta`s Handmade Günel əl işlərini keçədən hazırlayır. Bu rəngbərəng əsərləri kim sevməz? Hazırda yeni…

Sevdiyim 8 kitab

İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi) Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm. 1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli. İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab…

10 pozitiv kəşfim – İyun 2016

  Xəbər saytlarını açanda insan vahimələnir. Qoy bu yazı sizə dünyanın gözəl tərəflərini xatırlatsın. İyun ayında tapdığım 10 ürəkaçan kəşflərimi sizinlə paylaşıram: Maşın sürərkən artıq radioya qulaq asmıram. Podcast app-ində TED Radio Hour adında bir kanal var, hər həftə bir mövzuda o qədər gözəl söhbətlər aparırlar ki, 2 saat tıxacda qalanda sevinirəm ki, 2 epizoda qulaq…

Sizin şərəfinizə!

Bu yazını həsr edirəm həyatı kəmiyyətli yox, keyfiyyətli yaşayan insanlara. Risk edənlərə. Optimist olanlara. Həyatı ciddiyə almayanlara. Dəlilik eləyənlərə. ‘Az, ona bax’ deyilib barmaqla göstərilənlərə. Başqalarının qutularına sığışmayıb özünün dünyasını yaradanlara. Qocalmayanlara. Ürəkləri macəra ilə dolu olanlara.  Fərqlilərə. Sevənlərə. Çılğınlara. Bu yazını həsr edirəm anama… 48 illik ömrünə 148 ili sığışdıran, ‘Yekə arvad’ olub qızı ilə çaydan…

Adını Bilmədiyim Qıza…

Rəfiqəm Cenni mənə ən gözəl ad günü hədiyyələrindən birini verdi. Xeyr, qırış kremindən danışmıram. *çönüb güzgüyə baxıram. Yox, hələ qırışsız bir 2-3 ilim var* Cenninin hədiyyəsi isə Dünyadakı Qadınlar (Women in the World) sammitinə bilet idi. Srağagün sammitə bir yerdə getdik. Oturub tədbirin başlamağını gözləyirik və artıq neçə aydır Cenninin ən böyük problemi olan məsələni bir daha müzakirə edirik –…

pəki SƏN KİMSƏN?!

  Dünən Aleks 2 saat ağlayandan sonra nəhayət yatdı. Mən də onu oyatmamaq üçün əzələmi də tərpətmədən yanında uzanmışam, əlimdə telefon, Facebookun ana səhifəsinə baxıram. `Bu Əhməddir` mövzulu daha bir şəkil – Oxumağa səbrim çatmır, keçirəm Rəfiqəmin nişan şəkli – “Yehhuu! Daha bir subayı siyahımdan silirəm” Axşam yeməyinə salat şəkli – “Gərək o dondurmanı basıb…

Sevdiyim 11 sayt

İnternet insanlığın kəşf etdiyi ən güclü silahdır. Bəşəriyyətə məlum olan bütün biliklər, bacarıqlar əlimizin altında bir neçə klik aralıdadır. Niyə bundan səmərəli istifadə etməyək? Minlərlə saytın içindən ən sevdiklərimi sizinlə bölüşürəm. 1. StumbleUpon http://www.stumbleUpon.com sizə maraqlı olan bütün mövzularda ən yaxşı, ən gülməli, ən populyar məqalələri, şəkilləri, videoları tapıb təqdim edir. Qeydiyyatdan keçib öz maraqlarınızı qeyd edirsiniz və…