Göyün 7-ci qatında 7 düşüncə
Sən bu yazını oxuyanda mən çox-çox uzaqlarda olacağam. Məni axtarma. Arxamca baxma. Zarafat eləyirəm, Marsa filan getmirəm, yolum Tokyoyadır. Yaponiya macəralarım haqda yazacağam, hələlik isə 13 saatlıq uçuşun 6 saatı qalıb. Mən də qaşlarımı tərsinə V hərfi kimi qaldırıb `pleeeease` deyəndən sonra (hər dəfə işləyir!) stüardessadan aldığım 2 brauni və bir qab dondurmanı yeyə-yeyə səninlə ciddi söhbət eləmək…