Problem SƏNSƏN!

Hara baxırsan adamlar mızıldanırlar. Hamı öz tənbəlliyinə, uğursuzluğuna, həmişə pis əhval-ruhiyyədə olmasına, ya da burnunun həmişə sallanmasına bir səbəbkar axtarır. Qızlar “köhnə” kişilərin (lopabığ, zırpıburun, yumruğunu stola vurub “Aaaz, eşşəh, maa ət qayır” deyən) qıtlığından, oğlanlar “əvvəlki” qızların (tualetə getdiyini ömür boyu heç kimin görmədiyi, qızılgüllər yeyib kəpənəklər ifraz etdiyinə dair miflər dolaşan) yoxluğundan şikayətlənir, Hava həmişə günahkardır,…