Sevdiyim 8 kitab

İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi) Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm. 1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli. İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab…

10 pozitiv kəşfim – İyun 2016

  Xəbər saytlarını açanda insan vahimələnir. Qoy bu yazı sizə dünyanın gözəl tərəflərini xatırlatsın. İyun ayında tapdığım 10 ürəkaçan kəşflərimi sizinlə paylaşıram: Maşın sürərkən artıq radioya qulaq asmıram. Podcast app-ində TED Radio Hour adında bir kanal var, hər həftə bir mövzuda o qədər gözəl söhbətlər aparırlar ki, 2 saat tıxacda qalanda sevinirəm ki, 2 epizoda qulaq…

Özünlə necə danışırsan?

Nəyə görə iş müsahibəsindən kəsilmişdin? Nəyə görə insanlar qarşısında çıxış edəndə yenə çaşdın və qızardın? Niyə ən vacib görüşə gedəndə keçən maşının təkərindəki palçıq uçub məhz sənin paltarına yapışdı? Nəyə görə hər dəfə tələsəndə təndirə düşürsən? Axı əvvəldən özünə dəfələrlə demişdin “Bu müsahibədən kəsilmə”, “O çıxışı edəndə həyəcanlanma”, “Tələsmə”. Gələcək ilk öncə bizim beynimizdə qurulur.…

25 ildə öyrəndiyim 25 həyat dərsi

Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və…