mee

Hello Kishilər vətəni Yaponiyadan salamlar!

Yeni il Tokyoda turistlər üçün maraqsız ola bilər – hər yer bağlıdır, heç bir atəşfəşanlıq olmur və yaponlar bayramı ailələri ilə evdə keçirirlər. Mən də bu gün oteldə oturub öz ailəmə – sizə yeni il yazısı yazmaq həvəsindəyəm. Yeni ili gözəl başlayıb uğurlu bitirmək üçün 4 addım.

1. Sevmədiyin vərdişini dəyişmək üçün 21 gün məşq et.

Hər birimizin özümüzə qoyduğumuz limitlər var. Özümüzü inandırmışıq ki, nələrisə bacarmırıq.

‘Mən punktual deyiləm’, ‘rəqs etməyi bacarmıram’, ‘insanlarla dil tapmaq mənimçün çətindir’, ‘səhər adamı deyiləm’, ‘yemək bişirə bilmirəm’…

Xeyr, sən dünənə qədər bütün görüşlərə gecikirdin, rəqs etməyə kompleks edirdin, gecə gec yatdığın üçün səhər oyana bilmirdin… Bu gün sən yeni insansan.

Beyin kompüter kimidir, ona hansı proqramı versən o cür də işləyəcək. Son araşdırmalar göstərir ki, hansısa müsbət vərdiş qazanmaq istəyirsənsə onu 21 gün təkrar etməlisən. 21 gün ərzində bütün görüşlərə və işə düz vaxtında get. Yaxşı qiymət almaq üçün 21 gün davamlı dərslərin üzərində çalış. Hər günün sonunda inkişafını təhlil et. 21 gün sonra bu artıq səndə adət halı alacaq. Yeni insan olmaq, istədiyin cür insan olmaq üçün 21 gün lazımdır!

2. Komfort zonandan kənara çıx.

Yadındadırmı uşaq vaxtı sən hər şeylə maraqlandırdın, yeni kitablar, yeni oyuncaqlar, yeni dostlar səni sevindirirdi, yeni heyvan şəkli çəkməyi öyrənəndə həvəslənirdin, yeni təcrübələrə can atırdın. Amma vaxt keçdikcə həyat təcrübəsi yığdın, müəyyən tip insanlarla dostluq etməyə başladın, yalnız müəyyən tədbirlərə gedirsən, yalnız romantik kitablar oxuyursan…

Bunlar sənin komfort zonanda olan şeylərdir – komfort zonasının kənarındakı insanlar, hadisələr səni qorxudur. Biz təbii olaraq komfort zonasında özümüzü rahat hiss edirik, amma bu zona get-gedə daralır.

Onu güclə böyütməlisən – ilham aldığın, bəlkə də həsəd apardığın insanlara yaxınlaş, özünü narahat hiss edəcəyin tədbirlərə get, yarışlarda iştirak et, özünü çətinliklərə sal, yetər ki, komfort zonandan kənara çıx. Çünki geniş komfort zonası:

  1. Sənin düşüncəni və həyata baxışını köklü şəkildə dəyişəcək
  2. Çətinliklərlə qarşılaşanda cavab mexanizmini gücləndirəcək
  3. Səni daha xoşbəxt insan edəcək

3. Minnətdar ol

Gəl səninlə virtual bir test edək, amma mən dediklərimə əməl etməlisən (kompüter arxasında oturaraq), sonrakı hissələri oxumamaq şərti ilə. Başlayaq.

Birinci addımı oxu, orda yazılanlara əməl et və sonra ikinci addımı oxu, daha sonra üçüncünü. Birinci addım – 20 saniyən var, ətrafına nəzər yetir, otaqdakı qara rəngdə olan bütün əşyaları yadda saxla, 20 saniyə sonra qayıt 2-ci addımı oxu. İkinci addım – İndi isə heç bir yerə baxmadan birbaşa gözlərini yum və ağ rəngli əşyaları saymağa başla. Daha sonra üçüncü addımı oxu. Üçüncü addım – Gözlərini aç. Ətrafa bax. Ağ rəngli nə qədər əşya var imiş, elə deyilmi?

Bu testi dostlarınla da et. Nəticə səni heyrətləndirəcək. Gündəlik həyatımızda da belədir, biz mənfilikləri axtara-axtara həyatdakı müsbət şeyləri görmürük. Paxıl rəfiqə, kobud satıcı, partlamış təkər otaqdakı qara əşyalar kimidir, əgər biz yalnız onları axtarsaq, onları da görürük və düşünürük ki, pisliklər bizim başımıza gəlir və həyat çətindir.

Amma diqqətlə baxsaq bizi sevən ailəmiz, gözlərimiz, səhər aldığımız isti çörək və minnətdar olmalı yüzlərlə başqa şey var. Boş vaxtın olan kimi təşəkkür etdiyin şeylər haqda düşün. Bədəninin suya ehtiyacı olduğu kimi ruhunun da təşəkkürə ehtiyacı var. Bunu adət halına çevir.

4. Arzularını yaz

Keçmiş məqaləmdə arzuları yazmağın gücündən bəhs etmişdim. 6 ay sonra özünü harada görmək istəyirsən? Həyatında hansı dəyişikliklər istəyirsən? Yazmaq çox önəmlidir, bu beynini konkret məqsədlər üçün proqramlaşdırır. Yazarkən komfort zonandan kənara çıx. Böyük arzulamağa cəsarət et.

Sən indikindən qat-qat böyük uğurlara layiqsən və bunu bacararsan!

Böyük düşün, böyük arzula.

Arzuların səni qorxudursa, deməli sən dünyadakı 99% insandan irəlidəsən.

Arzuların üçün çalış, inan və pozitiv ol.

Bil ki, istəyəndə yol tapılır, istəməyəndə isə bəhanə.


34 responses to “Yeni ildə yeni sən olmaq üçün 4 addım”

  1. Togaland Avatar
    Togaland

    Good job!

  2. Aliyeva Tunzala Avatar
    Aliyeva Tunzala

    yayda mutleq KUSHADASInda istirahet etmek ve IELTS-den yaxshi bal yigib Almaniyaya magistr oxumaga getmek…))

    1. HelloKishi Avatar

      Ela! Inaniram ki, nail olacaqsan.

    2. Yegana Avatar

      Allah qismet etsin!

  3. Ceyran Avatar
    Ceyran

    Teshekkur!!!!!

  4. fidan Avatar
    fidan

    good job

  5. pink Avatar
    pink

    resident olmag 🙂

    1. HelloKishi Avatar

      Fingers crossed!!!

  6. Rashad Avatar
    Rashad

    maragli plus effektiv:)

  7. Sevinc Avatar
    Sevinc

    Elə yerinə düşdü ki, bu post, arzularımı planlaşdırırdım:) Çox sağ ol və yeni ilin mübarək!

    1. HelloKishi Avatar

      Sevindim. 🙂 Senin de bayramin mubarek!

  8. Aziza Nadirzade Avatar

    Great great work!! I’m proud of working with you at Eurovision 2012 :))

    1. HelloKishi Avatar

      Thanks Aziza 🙂

  9. Jey Avatar
    Jey

    XOXO as Santa or XOXO Hugs,kisses? ))

    1. HelloKishi Avatar

      hugs and kisses 🙂

  10. Elana Avatar
    Elana

    bpye ish duzelmek ucun testleri uzuag ugurla kecmek ve duzelmek
    ere getmek
    amerikaya kocmeeek

  11. Sabina Avatar
    Sabina

    eslinde fikirlesirdim ki bu il hec cure heyatimi istediyim yonde deyise bilmeyecem cunki qarsimda cox maneə var yeni ilin bu 10 gun mene 10 ilden de cox gorundu ta ki bu postu oxuyan ana qeder amma gecikmis sayilmaram iradeli olacam arzularimi heyata kecirecem master tehsilimi istediyim olkede ve universitetde alacam, ispan dilini oyrenib inkisaf etdirecem . En boyuk arzum butun heyatimucun onem dasiyan
    (hetta indiden dekorasiyadan tutmus her kicik detala qeder cox fikirlesmisem) Rainbow restaurantimin acilisini gormekdi 🙂

    1. HelloKishi Avatar

      Il hele indi bashlayib. 😉

  12. Nigar Ibrahimzade Avatar
    Nigar Ibrahimzade

    bu blogu təzə tapmışam və şadam. mənim düşüncələrim də sizinkilərlə eynidi, onları yazı şəklində görmək məni çox sevindiri çünki özümün yazıya heç ama heç qabiliyyətim yoxdu -_- ona görədə hisslərimi paylaşa bilən belə bir insanın olması xoşdu, ugurlar sizə daha daha gözəl məqalələr gözləyəcəm sizdən
    bu arada tokio haqda paylaşdıqlarınız möhtəşəm idi, mən bir JAPAN delisi kimi deyə biləremki hər şey super (düzü yaponiyada helə olmamışam T_T , ama planimda əsas yerlərdədi) idi ama bu azdı daha geniş məlumat gözləyirəm sizdən ^_^
    ay arzulari unutdum, oy inüallah bu ildə nəhayət xaricə magistr oxumaga gedə bilərəm İnşallah yəni bu il üçün ən çox ” çaba” göstərdiyim odu :*

  13. Nicat Avatar
    Nicat

    Bu Blogu bu gun tapdim ve qoshuldum. Cox psixoloJi seminarlarda oluram ama o qeder de tesir etmir. Ama indi nese ozumde bir terpenish hiss etdim. Ve bu ilki esas planim Ingilis dilin super oyrenmek ve SOCAR teqaudunden kecmek olacaq. Ama 3 illik planimi indiden yazsam ozumu Fransada ve ya Amerikada gormek isteyirem. Bacaracam. in wallah

  14. Shamxal Ali Avatar
    Shamxal Ali

    Cox sag olun .. artiq A4 formatinda dolu bir siyahim var 🙂 . Bawda Fransada tehsil durur )) sonra mawin ve uzmeyi oyrenmek,ve acigi bir az sosiallawmaya ehtiyacim var. tedbirler, treyninqler meni cox sixirdi.. bu andan etibaren birin de qacirmayacam ..

  15. Nermin Avatar
    Nermin

    sizi teze kesf etdim ve sevinirem bizimde bele pozitif insanlarimiz var 🙂 sevdim yazilari emel edecem mutleq :))

    1. HelloKishi Avatar

      Men de seni keshf etdiyime sevinirem! 🙂

  16. Lea Avatar
    Lea

    Bunu nece edirsiz bilmirem,amma yene ozume iten inami geri qaytardiniz! 🙂 Tesekkurler! :*

  17. Sedaqet Avatar
    Sedaqet

    Tesekkurler. Her meqale stimul verir

  18. Shadiman Avatar
    Shadiman

    Yazilarin superdir , menevi zovq aliram . Amma deyasan bunu oxuyan yegane kishi manam , ancaq qizlar oxuyur bu blogu 🙂 na isa hamiya ugurlar

    1. HelloKishi Avatar

      Butun oglan HelloKishiler, sesinqizi chixardin!

  19. Oksi Avatar
    Oksi

    Sevdim! Senin dushuncelerini, meslehetlerini……….. …..
    Ela. Soz, ozumu yeni ilde deyishdireceyem! Beynimde “sevdiyim adamlarla, sevdiyim ishimde, sevdiyim olkede xoshbext olaraq” eslinde ise boz rengli sheherde, “boring” ishimde, “bothering” adamlarla ishimi davam edeceyem, sadece 1 shey deyishecek, o da menim fikirlerim ve emaosiyalarim. Chox sagol ki, varsan! Chox sagol ki, etmeli oldugumuzu xatirladirsan! ❤

    1. HelloKishi Avatar

      Boz ve boring yere bir gunesh yeterlidir ki, her shey deyishsin. Ugurlar sene! ❤

  20. Rəşad İsgəndər Avatar
    Rəşad İsgəndər

    Şəbnəm təşəkkür edirəm yazıya görə.Deyəsən həm yazılarını oxuyacağım həm də fikirlərimi müzakirə edə biləcəyim birisən.Bir neçə il öncəki TEDx çıxışın hələ də yadımdadır.

    1. HelloKishi Avatar

      Minnetdaram Rashad!

Leave a comment