Bir gün yuxudan oyanacaqsan ki…

Image
Bir gün yuxudan oyanacaqsan ki, 75 yaşın var…
***
Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,
– Həyatının sevgisini qüruruna qurban verdiyini,
– Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.
***
Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,
– Binanin başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,
– Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,
– Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.
***
Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,
– Soyuq olduğu üçün çimmədiyin dənizləri,
– İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,
– Televizor qarşısında boş yerə keçirdiyin saatları,
– Yetərincə qucaqlamadığın dostları,
– Öyrənməyə vaxt tapmadığın pianinonu,
– Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,
– Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.
***
Üzmədiyin okeanları,
– Səyahət etmədiyin ölkələri,
– Yazmadığın kitabı,
– Tanış olmadığın insanları,
– Dadına baxmadığın yeməkləri
– Yazmadığın ad günü kartlarını,
– Nə cür keçdiyini hiss etmədiyin günləri,
– Öyrənmədiyin rəqsləri düşünəcəksən…
***
Bu düşüncələr sənin ürəyini parçalayacaq.
Bunun baş verməsinə imkan vermə! 

21 thoughts on “Bir gün yuxudan oyanacaqsan ki…

  1. Bu arada Shab Sevirem Seni gec olmadan sevdiklerimize deyerli olduqlarin hiss eletdirmeliyik axi 😉 :*

  2. :))))))) əladı, oxudum və oxşar vəziyyətdəyəm, çünki bunların təxminən 50%ni edirəm, daha doğrusu comfort zonasından çıxaraq edirəm ))))))

  3. yagis altinda tango veya binanin basina cixib qisqirmaq kinolardan olan tesirdir deye dusunurem. birde biraz realist dusunmek lazimdir bu cox romantik dusunce terzidir.

  4. Bir de bu bloqu 75de gormek var idi. Ozumu lap shansli hiss eledim. Her gun seher seher 1 kon oxumaq lazimdi. Senin kitab cixan kimi Inshallah birinci men alib kimese hediyye edecem, hayat kurtaran olucam sayende 🙂 .

  5. Pingback: Atalar və Qızlar | Hello Kishi

  6. Pingback: 14 il əvvəl və 41 il sonra | Hello Kishi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s