Sevdiyim 11 sayt

İnternet insanlığın kəşf etdiyi ən güclü silahdır. Bəşəriyyətə məlum olan bütün biliklər, bacarıqlar əlimizin altında bir neçə klik aralıdadır. Niyə bundan səmərəli istifadə etməyək? Minlərlə saytın içindən ən sevdiklərimi sizinlə bölüşürəm. 1. StumbleUpon www.stumbleUpon.com sizə maraqlı olan bütün mövzularda ən yaxşı, ən gülməli, ən populyar məqalələri, şəkilləri, videoları tapıb təqdim edir. Qeydiyyatdan keçib öz maraqlarınızı qeyd edirsiniz və sizin maraqlarınıza uyğun StumbleUpon hesabınız olur.Hər tıkladığınızda qarşısınıza sizə maraqlı olacaq bir sayt/məqalə/video çıxır. Saytın app-i də var. Çox tövsiyyə edirəm! 2. Coursera Dünyanın top universitetləri olan UPenn, Stanford, Yale, Kolumbiyaya qəbul olmaq nə qədər çətindirsə, orada oxuyub bitirmək və illik təhsil haqqlarını ödəyərək bankrot olmamaq ondan da çətindir. Amma təsəvvür edin ki, bu universitetlərin dərsləri, seminarlarını pulsuz olaraq videolar şəklində www.coursera.com saytında izləyə bilərsiniz. Maraqlandığınız kursları və hətta başa düşdüyünüz dilləri burda seçib Ivy League dərəcəsində onlayn təhsil ala bilərsiniz. 3. TED Çoxunuz HelloKishini mənim TED çıxışım vasitəsilə tapmısınız. Amma bilirsinizmi ki, dünyada milyonlarla TED çıxışlar edilib və çoxunun videosuna www.TED.com saytında pulsuz baxmaq olar? TED-də hansısa mövzu üzrə maraqlı təcrübələri, fikirləri olan insanlar bunu 10-20 dəqiqəlik çıxışda auditoriyaya çatdırmağa çalışırlar. Əgər ingilis dili biliklərinizin elə də yaxşı deyilsə, TED çıxışlarını Azərbaycan dilində altyazılarla da burada izləyə bilərsiniz. 4. Kickstarter Hər birimizin biznes ideyaları olur, lakin bu məhsulu istehsal etmək üçün lazım olacaq pul və marketing miqdarını düşünərək fikrimizdən vaz keçirik. www.kickstarter.com saytı məhz bu cür ideyalara dəstək vermək üçün yaradılıb. Deyək ki, sən pikniklərə aparılan kiçik soyuducuları bir azca dəyişib onların içinə spiker, mikser, USB və işıq əlavə etmək istəyirsən. Bir prototip hazırlamısan və daha çox məhsul istehsal etməyə pulun yoxdur və kimə satacağını bilmirsən. Onda köməyə Kickstarter gəlir. Məhsulunun videosunu hazırlayıb sayta yükləyirsən, məhsulunun qiymətini və yığmalı olduğun pulun miqdarını qeyd edirsən (goal) və sənin məhsulunu almaq istəyən insanlar pulu ödəyib məhsulu istehsal edib onlara göndərməyini gözləyirlər. Dediyim bu mobil soyuducu ideyası yaradıcısının $40.000-a ehtiyacı var idi, əvəzində $13 milyondan çox pul yığdı və sayt vasitəsilə minlərlə soyuducu satdı. Kickstarter saytında həm də incəsənət, teatr, rəqslə bağlı layihələrə də insanlar təmənnasız pul köçürürlər. Motivasiyaya ehtiyacım olanda Kickstarter saytına baxıram, layihələr və yığılan pullar çox ruhlandırıcıdır.  5. Pinterest Yəqin ki, həyatınızn hansısa dövründə jurnallardan şəkillər kəsib arzuladığınız həyatı əks etdirəcək lövhə hazırlamısınız. www.pinterest.com bu cür lövhələrin İnternetdəki versiyasıdır. Sevdiyiniz reseptləri, geyim tərzlərini və ya planladığınız ziyafetin detallarını, gələcək evinizin planlarını nəfis şəkillərlə lövhələrə yığa bilərsiniz. Pinterest-in özündə milyonlarla şəkil var və siz özünüz də asanlıqla İnternetdən istənilən şəkli öz lövhənizə sanca bilərsiniz (pin). Nümunə üçün mənim ev dizayn şəkillərini yığdığım səhifəmə baxa bilərsiniz. 6. Google Earth Təsəvvür elə ki, dünyanın istənilən yerinə səmadan baxa bilərsən. İstəyirsən Eyfel qülləsinə səyahət et, ya Çin səddinə, ya da Maçu Piçuya, hamısı Google Earth-də – bir klik uzaqlıqda. 7. Xaricidil.net İngilis dilini öyrənmək üçün Azərbaycan dilində pulsuz dərslər. Daha heç bir bəhanəniz olmamalıdır. 🙂 8. Stickk Yeni məqsədlər qoyursan, lakin bunlara çatmaqda çətinlik çəkirsən? Siqareti atmaq istəyirsən? Daha tez-tez idman eləmək istəyirsən? Stickk sənin üçündür. Bu saytda məqsədini seçib qeydiyyatdan keçəndən sonra sənə məqsədinə çatmaq üçün ruhlandırıcı emaillər göndərirlər. 9. Ted Education Ted-in nisbətdə yeni bir hissəsi də TedEd-dir, bu saytda müxəlif suallar qısa maraqlı animasiya videoları vasitəsilə cavablandırır. İngilis dilini yaxşı bilməsəniz də bu saytdakı videoları başa düşə bilərsiniz. Məsələn, toyuğun və ya yumurtanın birinci yaranması haqda suala cavab verən kiçik bir videonu buradan izləyə bilərsiniz. 10. Etsy Yaxşı əl işləriniz varsa toxudugunuz, tikdiyiniz, düzəltdiyiniz məhsulları www.etsy.com-da sata bilərsiniz. Etsy əl işlərinin satıldığı nəhəng platformadır. Yaxşı tərəfi də odur ki, buraya Azərbaycandan da qeydiyyatdan keçib digər ölkələrə satış edə bilərsiniz.  11. Houzz Evinizi tez-tez dəyişirsinizsə və ya gözəl ev şəkillərinə baxmaqdan zövq alırsınızsa www.houzz.com saytını sevəcəksiniz! Burda milyonlarla fərqli ev dizaynı şəkilləri, sual-cavablar və lövhələr var. Bəyəndiyiniz şəkilləri öz qovluğunuza yığıb gələcək eviniz haqda fantaziya etməyə başlayın.

Bəs Sizin ən sevdiyiniz sayt(lar) hansı(lar)dır?

Məqalələri başqa saytlarda çap edərkən müəllifin və saytın adına istinad vacibdir. @Şəbnəm Nəcəfov, http://www.hellokishi.com

20 thoughts on “Sevdiyim 11 sayt

  1. My fav sites:
    for humor: fmylife.com people’s stories cheer me up when I’m down :))
    for books – reviews, suggestions, summaries: goodreads.com
    for movies and TV shows: ororo.tv
    for learning/improving IT stuff/skills: khanacademy.org – this site is really good! contains a lot of other subjects too!
    for just about everything else and tiny life hacks: lifehacker.com

    • Pinterest istifadə edirəm. Extra olaraq khanacademy saytı da dərslərdə başa düşmədiyim mövzuları öyrənməyimə kömək edir. Bir çox filmləri rahat izləmək üçün isə əsasən zona.ru saytını istifadə edirəm. Zona.ru-nun PC üçün software-i də mövcuddur. Filmlərə mümkün olan dillərdə altyazılı və dublyajlı baxa bilərsiniz.

  2. soz6.com en cox bilik etdiyim saytdi. burdaki insanlar hamisi demek olar azerbaycanlidi. ve hamisinin ela yumor hissi var. wikipediadan daha semerelidi azerbaycanli uchun. insanlarin azerbaycan dilinde bilik elde etmeyi uchun yaradilib. pis terefi qeyri etik sozler fikirler coxdu. musbet terefi hec kim hec kime yalan danishmir hami bildiyin hiss elediyin yazir. soz6 etiraf yazib oxuya bilersiz. ugurlar. yazilan saytlar hakinda melumatim yox idi google earth xaric. 🙂 sagolun

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s