Azərbaycanlı qızların idarə etdiyi 10 biznes

 

Yeni ildə bir-birinə hədiyyə vermək çox ailələrdə ənənəyə çevrilib. Bu bayramda yerli xanımlardan məhsullar alaraq yeni ili onlar üçün ikiqat bayrama çevirmiş olursunuz. Aşağıdakı şirkətlər azərbaycanlı qızlar tərəfindən idarə olunur.

Lütfən onlardan sifariş edin və yerli brendlərə dəstək olun! Bayramınız mübarək!

Libretta`s Handmade

Günel əl işlərini keçədən hazırlayır. Bu rəngbərəng əsərləri kim sevməz? Hazırda yeni il hədiyyəsi kimi fincan altlıqları, xarici pasport üzlükləri, əlfəcinlər və yeni il oyuncaqları hazırlayır. Bu şirin əl işlərindən sevdiklərinizdə də olsun!

libretta

Toxucu

Şəkildəki Əslidir. Toxucunun yaradıcısı və toxuyanı. Biznesinə bu ilin yayında start verib. Gözəl papaqlar, şərflər, corablar toxumaqla yanaşı Əsli hələ xeyriyyə aksiyaları da keçirir! Bu qədər böyük qəlbli toxucudan mütləq sifariş edin!

15122999_1300065950045855_3237643756361534898_o

Zeze_Cards

Bu şirkətin mənim ürəyimdə başqa yeri var. Günel və Gülərdən etdiyim sifariş haqda yazmışdım. Kağız burma üsulu ilə hazırladıqları əl işləri nəfəs kəsir! Siz təsəvvür edə bilirsinizsə, onlar yarada bilirlər. Bu bacarıqlı qızlara siz də dəstək olun!

14192046_1068977053137813_2134430150716807540_n

Naveen

Yerli, sərfəli dizayner geyim brendi naveen.az Nəzrin tərəfindən idarə olunur. Özü İT sahəsində təhsil alsa da dizayn və modaya marağı olub. İntern filminə baxandan sonra Naveen şirkətini yaratmaq qərarına gəlib və bir ay ərzində 40-50 sifariş alıb. Bacarıqlı Nəzrinə müraciət edin, sizin üçün də əsrarəngiz paltar hazırlasın!

14681757_1682487455401849_6382214503031446336_n

 

Ullivia Makes

Ülviyyə incə tikişlərlə broşlar, çokerlər, əlfəcinlər hazırlayır. Retro stilini xatırladan bu zərif əsərlər istənilən xanımın qarderobuna gözəl əlavədir. Ülviyyə biznesini yaratmazdan əvvəl çox çətinliklərdən keçib, odur ki, öz işini qurmaq istəyənlərə ilhamlandırıcı mesajı var:

İş qurmaq istəyən qızlara əminliklə öz bizneslərini qurmağı tövsiyyə edərdim. Çünki əvvəla ailədən maddi cəhətdən asılı olmamağa başladığınız an daha da müstəqilləşirsiniz və bu azadlığa doğru atılan böyük bir addımdır. 2-cisi hər qadın öz pulunu əziyyət çəkərək qazanmalıdır ki, gələcəkdə ailənin büdcəsini tənzimləməyi bacarsın və ailə qurduğu insanın qazandığı pula sadəcə kağız kimi baxmasın. Həqiqətən, insan özü qazandıqca pulun dəyərini anlayır. Unutmayın ki, hər birimizin digərlərindən daha yaxşı bacardığı bir iş vardır. Özünüzü kəşf edin, bacarıqlarınızı tapın, hədəfinizi qoyun və ona doğru əmin addımlarla addımlayın. Biz bacarmışıqsa, siz də bacararsınız. 🙂

14462848_1796162633964054_3476298543011102041_n

Bead Bonsai

Günay xanım sim, gips, muncuqlar, bəzən qurudulmuş ağac budaqları və çiçəklərdən ağaclar hazırlayır. Səhifəsini isə sevimli oxucularımdan olan qızı Röya idarə edir. Bilmirəm bu işləri niyə belə ucuz satırlar, amma hədiyyə verildiyi adamda “wow!” effekti yaradacağı dəqiqdir!

hahah.jpg

Narmin`s Gifts Shop

Nərmin gündəlik işlətdiyimiz əşyalara fərqli görünüş gətirir. O, fərdi telefon qabları, fincanlar, balış üzləri hazırlayır. Səhifəsini keçən ilin dekabrında yaradan tələbə Nərmin universitetə yolpulunu çıxartmaq üçün çalışıb. Amma indi daimi müştəriləri var və işini çox sevdiyini deyir. Nərminin mağazasında hamı üçün bir şey var, siz də sevdiklərinizi onun əl işləri ilə sevindirin.

15202643_1712308002418151_5672532095792703243_n

Selfie Dolls

Yəmən iqtisadiyyat sahəsi üzrə təhsil alsa da əl işlərinə marağı böyük olub. Çoxlu araşdırdıqdan sonra insanların özlərinə bənzəyən “selfie” gəlinciklər hazırlamaq qərarına gəlib. Öz dediyinə görə əvvəldə ona “Kimdir səndən kukla alan?!” “Onsuz da alınmayacaq” kimi sözlər deyib onu ruhdan salanlar çox olub. Amma Yəmən işinə İnstagram səhifə açmaqla start verib. Bir neçə ay sonra isə artıq sifarişləri az qala çatdırmır. Bəs sizin selfie doll-unuz varmı?

doll

Mənim Hekayəm

Balaca uşaqlar üçün fərdi nağıl və hekayə kitabları çap edən bu şirkət Ceyhun və Əsmər tərəfindən idarə olunur. Uşaq nağılın baş qəhrəmanı olur və kitabda onun şəkilləri və adından istifadə olunur. Bu kitabların hamısından oğlum Aleksə almışam. Onların “Sən dünyanı dəyişə bilərsən” kitabı hər bir uşağın kitabxanasında olmalıdır!! Kitab dizayndan, rəsmlərdən tutmuş çapa qədər Made in Azerbaijandır.

14980710_699772220189637_5714659381781421482_n

 

Inci Handmade

Kəmalənin zərif əllərinin məhsulu olan bu bijuteriyalar muncuqlardan hazırlanır. Sadə don və bluzlara əsrarəngiz əlavədir! Onun səhifəsinə göz atın və sevdiyiniz xanımlara gözəl hədiyyənizi Kəmalədən alın.

14695341_1946620098898573_9211593237727387183_n

4 thoughts on “Azərbaycanlı qızların idarə etdiyi 10 biznes

  1. Pingback: Azərbaycanlı qızların idarə etdiyi 10 biznes – bulud.org

Leave a comment