Sevdiyim 8 kitab

İnsanı xarakterizə etmək üçün hansı kitabı oxuduğunu yox, hansı kitabı ikinci dəfə oxuduğunu soruşun. (Adı yadımdan çıxan hansısa dahi) Aşağıdakı kitabların bir çoxunu 2+ dəfə oxumuşam. Sizə də məsləhət görürəm. 1. Deyl Kaynegi – Dostları necə qazanmalı və insanlara necə təsir etməli. İnsanlar qarşısında çıxış etməkdən tutmuş dostlar qazanmaq, insanlarla ünsiyyətin bütün xırdalıqlarını öyrədən bu kitab…

8 martda almadığım təbrik

Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb…

14 il əvvəl və 41 il sonra

Təsəvvür elə ki, sənə yaxın bir insanın dəfn mərasiminə yollanırsan. Tələsik evdən çıxıb qaça-qaça taksiyə minirsən. Həyəcan, qorxu, kədər içində bütün yolu ağlayırsan. Maşından əsə-əsə düşürsən. Bütün yaxınların, dostların, sevdiklərin (və zəhlən gedən qonşun) ordadırlar. Hamısı kədərli, göz yaşı içində… Tabuta yaxınlaşırsan. Səni şok bürüyür. Tabutdakı insan SƏN özünsən. Ən yaxın dostun sənin haqqında danışır.…

Evlilikdən Öncə Azərbaycanlı Ailələrdə Verilən 5 Sual

Əgər yaşın 2 və ya 3 rəqəmi ilə başlayırsa və hələ evli deyilsənsə bütün qohumların, qonşuların, hətta poçtalyon xalanın radar zonasındasan. Niyə evlənmədiyin haqqında milyonlarla sual verəcəklər. Evlənmək üçün namizəd yaranan kimi isə bu suallara hazır ol. 1. Qız iş görə bilir? Bəli, paltarları aparıb çayda yuyur, yarım kilometr yol gedib bulaqdan su gətirir, bozbaş…