8 martda almadığım təbrik

malalaBu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb o biri ilə paltar ütüləyən qadın yoldaşı evə gələndə qırmızı dodaq boyası vurub kokteyl paltarı geyinib incə və zərif dayanmalıdır. 8 Mart mesajlarında təsvir olunan qadın budur.

Başqa kişilər qədər işləyib aqressivcəsinə vəzifəsinin artırılmasını tələb edən qadın – HƏYASIZDIR.

Gününü laboratoriyada keçirib kimyəvi testlər edən qadın – ÇOXBİLMİŞDİR.

Kompüterdə proqramlar yazan qadın – GÖZÜAÇIQDIR.

Şirkət rəhbəti olan qadın – QORXULUDUR.

Oxumuş, təhsilli qadın – TƏHLÜKƏLİDİR.

Peşəkar idmanla məşğul olan qadın – qadın deyil, QAQAŞDIR. 

Odur ki, valideynlər qızlarını cəmiyyətin mənfi stereotiplərindən uzaq tutmaq üçün incə, zərif, başıaşağı böyüdürlər. 8 mart mesajlarında qeyd olunan tipdə. Beləliklə, neçə-neçə potensial qadın alimləri, idmançıları, mühəndisləri itiririk. Bu stereotipləri yalnız kişilər yaratmır. Bu mənfi sözlərin çoxunu qadınlar başqa qadınlar haqda deyirlər. Bəlkə məsələyə başqa tərəfdən baxaq?

Başqa kişilər qədər işləyib aqressivcəsinə vəzifəsinin artırılmasını tələb edən qadın – CƏSARƏTLİDİR.

Gününü laboratoriyada keçirib kimyəvi testlər edən qadın – İNADKARDIR.

Kompüterdə proqramlar yazan qadın – HÜNƏRLİDİR.

Şirkət rəhbəti olan qadın – QOÇAQDIR.

Çox oxuyan, təhsilli qadın – DÜNYANI DƏYİŞMƏK GÜCÜNDƏ olandır.

Peşəkar idmanla məşğul olan qadın – MƏRDDİR. 

Qadınları yalnız xarici görünüşlərinə görə kompliment eləmək qaldı Sovet dövrünün 8 martlarında.

Bu bayramı qadınları MƏNƏVİ CƏHƏTDƏN RUHLANDIRMAQ ÜÇÜN istifadə edin.

Zərif incə, gombul, çirkin, nə fərqi var?! Ətrafınızdakı qadınlarda mərdliyi dəyərləndirin, dözümlülüyü, iradəni dəyərdəndirin, məqsədyönlülüyü, çalışqanlığı dəyərləndirin.

Əziz cəsarətli, inadkar, qoçaq, mərd qızlar, bayramınız mübarək! Yaxşı ki, varsınız. HƏR BİRİNİZİ sevirəm! İncə-mincə olmasanız belə.

6 thoughts on “8 martda almadığım təbrik

  1. Salam ve her vaxtiniz xeyir olsun. Yazilariniz cixan kimi girib oxuyan biri kimi heyatimin mueyyen vaxtlarinda mene xeberiniz bele olmadan dayag olan sizin son cixan yazilarinizi axira qeder oxuya bilmemeyime pis oluram. Xahish edirem evveli desti-xettinizi itirmeyin. Ola bilsin menim baxish acilarim deyishib, emin deyilem. Birde mashAllah sizin balaca bebeshkaniz var 🙂 bu da ola biler. Istenilen halda zehmetinizi qiymetlendirirem, en azindan menim hec vaxt bele yazilarim olmayib. Amma yene de evvelki hellokishini axtariram. Sizi cox isteyirem, ozunuze yaxshi baxin)

  2. Əla. Çox sağolun

    >Вторник, 8 марта 2016, 17:15 UTC от Hello Kishi : > >HelloKishi posted: “Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvo” >

  3. Nə qədər ki, qadını zərif də yox zəif məxluq olaraq görürlər sadalanan tip qadınlara həmişə başqa adlar veriləcək. Mənim qadına “zərif” deyilməsi ilə bir problemim haradasa yoxdur, ən azından zəif, aciz, qorunmağa möhtac görməklərindən yaxşıdır. Amma yenə də “Qadın zərif olacaq” deyə standartlaşmış bir anlayış var ki, insan həqiqətən əsəbiləşir. Hər qadın o “zəriflik” qutusunun içində olmalı deyil deyə düşünürəm. Və də ki, yazınızı bəyəndim.

  4. Butun yazilarinizi.maragla oxuyuram hormetim boyukdur! Bu yaziyla.razilashmadigim.teref odurki, qadin ilk once yaradilishdan qadin enerjisini.dashiyir. Yeni.kishi.enerjisi.ferqli, qadininki.ferqli olur. Qadin herseyden once kok.de olsa bele, her hansi qusurla olsa bele ferqi yoxdu gozel olmalidir. Gozellik.onun gozlerinin yeke burnu balaca ve s.nezerde tutmuram. Idmanchi da ola biler, bashqa kishilerin.gorduyu.ishlerde feal ola biler amma jenskaya energiya deyirler bax onu itirmese onun ozu.uchun yaxshidir bu. Bunu.ona gore yaziramki, qadin uchun en.birinci onun yaradilishindaki.funksiyasidir. Sonra .elave onun.maraglari hobbileri ve s. Ev ishleri.aile bunlar ayib ya da pis bir.shey deyil, qadin gozel olmalidir, evinin istiliyi kishi.qaygisi.sevgisi.bunlar hamisi qadin uchun vacibdir. Men.ozum de hem.ishlemishem hem universitet oxumusham indi bir iki ildir balaca qizimi.boyudurem) istedim sizinle.paylashim.bu.fikrimi. Ugurlar! Yeni.yazilar! Hormetler!

  5. Pingback: orchideenich

Leave a comment