Sevgini tapmaq üçün 6 addım + 2 Bonus

Facebook dostların mənə minnətdarlıq eləyəcəklər: yazdığın zırıltı statuslara ara verib bu məqaləni oxuyursan. Valentin günündə təksənsə bu məndən sənə hədiyyə olsun (Amma zarafatsız, bəsdi zırıltı statuslar yazdın)! Sevgini tapmaq üçün bunlara əməl et.

Image

1. Necə paltar istəyirsən?

Elə bil ki, qonşuya pul verirsən ki, “Maqazindən mənim üçün paltar al“. O da gedib qırmızı şortik alıb gətirir. Amma əslində sən yaşıl, uzunqol, ağ düyməli, 100% pambıqdan hazırlanmış, Made in Bangladesh köynək istəyirdin.

Sevgini axtaranda da belədir. Sən əgər Allahdan/Kainatdan sadəcə sevgili istəyirsənsə o sənə yad planetli, 4 dəfə türmədə yatıb-çıxmış, atası İnterpolun axtarış siyahısında birinci olan adamı göndərəcək. Sənin Kainata göndərdiyin enerji dəqiq olmalıdır, nə istədiyini dəqiq bilməlisən:

  • Xasiyyəti necə olsun?
  • Ailəsi necə olsun?
  • Hansı dildə danışsın?
  • Harada yaşasın?

Bir vaxt ayırıb bu və yüzlərlə digər sualları cavablamalısan (yazsan daha yaxşıdır) ki, nə cür paltar istədiyini biləsən.

2. Oxşarlar bir-birini cəlb edirlər

Tanıdığın insanları düşün. Amerikada oxuyanlar bir-birləri ilə dostluq edirlər, öz biznesi olanların dostlarının da biznesi var, avaraların dostları da avara olurlar, yaradıcı insanların dostları da yaradıcıdır… Bu siyahı sabaha qədər uzana bilər. Sözüm ondadır ki, oxşar adamlar bir-birini cəlb edirlər. Sevgidə də belədir. Əgər sevgilinin idmançı olmasını istəyirsənsə və sən özün ‘divan kartoşkası’sansa, bir 25 il də gözləməli olacaqsan. Əgər varlı nişanlı istəyirsənsə və özünə bir manikür qıymırsansa, qadanalım, sən evdə qaldın. Nə cür insan istəyirsənsə öz həyatını o yöndə dəyişməlisən. Understood?

3. Aktiv ol

Bizim çox abırlı-həyalı bir qonşu qız var idi (adını demirəm, eldən ayıbdı), həmişə çox abırlı-həyalı geyinərdi, oğlanlara baxmazdı, başıaşağı təmiz ev qızı idi. Anası da qonşu qızların hansının bir boyfriendi oldu, hamıya yayardı, qeybət eləyərdi, öz qızını tərifləyərdi. Belə başıaşağı böyüdü, bir gün onlara elçi gəldi, oğlanı görməmiş bu başıaşağı qızın ‘hə’sini verdilər, 2 ay sonra toy oldu, 6 ay sonra boşandı. Qonşunun və ya qohumun nə danışması boş şeydir – bu insanla SƏN yaşayacaqsan! Tanış olmalısan, vaxt keçirməlisən, tanımalısan! Aktiv ol! Tədbirlərdə iştirak et, yeni insanlarla tanışlığa açıq ol, rahatbala ol.

4. Dünyanın axırı deyil

Bir şeyi ümidsizcəsinə istəyəndə o səndən qaçır. Belə bir adam olub ki, dəhşətli dərəcədə səninlə dostluq eləmək istəyib; hər dediyin sözə gülüb, gündə 115 mesaj yazıb, sənin yanından çəkilməyib, Facebookda qoyduğun hər şeyi like edib şərh yazıb? Belələri qorxulu olur, heç kim onlarla dostluq eləmək istəmir. Niyə? Çünki onlar ümidsizdirlər (desperate)! Arzulayanda da belədir, bir şeyi ümidsizcəsinə, dəhşətli dərəcədə çox istəyəndə o arzu reallaşmır.

Çünki sən Kainata bu arzunun reallaşması üçün müsbət enerji əvəzində, mənfi ümidsizlik enerjisini göndərirsən. Ona görə də necə bir insan axtardığına qərar verəndən sonra özünü o insanla təsəvvür et, bu arzuna sevin, amma ümidsiz olma. Kainata yalnız müsbət enerji yolla.

5. Özünlə kef elə

Başqasının səninlə xoşbəxt olması üçün əvvəl sən özün-özünlə xoşbəxt olmalısan. Meditasiya et, özünə hədiyyələr al, səhvlərinə gül keç, çox şeyi boş ver. Sən yolagedən, həyatdan zövq alan adam olduqca başqaları da səni sevəcək, daha çox insanı özünə cəlb edəcəksən. Kompleksli, özündən narahat insanlar başqalarına da narahatçılıq gətirir, onların dostları da az olur. Özünlə əylənməyi öyrən. ÖZÜNƏ PUL XƏRCLƏ, ÖZÜNÜ SEV. Onda səni sevən tapılacaq.

6. Facebook-da paylaş

Ümidsiz görünməmək şərti ilə, öz pozitiv şəkillərini sosial şəbəkələrdə paylaş. İndi yaranan cütlüklərin yarıdan çoxu sosial şəbəkələrdə bir-birinə vurulurlar.

BONUS-1

Sevgini tapdığın halda yəqin ki, daha HelloKishini oxumaq yadına düşməyəcək (*kədərli üz), göylərdə uçacaqsan. Ona görə indidən xahiş edirəm, o hind kinolarındakı qızlar kimi ‘rozovı’ eynək geyinib küçədə yağışın altında mahnılar oxuyub oğlana gözünün ucu ilə baxıb naz eləməyi yığışdır. Özünü yetkin apar. Realist ol. Ah, bu-gün-oğlan-sənə-25-gül-aldı (özü də qızılgülün baha vaxtında),-sən-İnstagrama-şəkil-qoydun-fifoçka-rəfiqən-paxıllıqdan-öldü-deməli-o-oğlanla-evlənmək-olar YOX! Romantikanı qoy qırağa, ağılla fikirləş! Çətin vaxtlarda bu adam sənə dəstək verəcəkmi? Səni və ailənizi qoruyacaq qədər güclüdürmü? Aranızda hörmət varmı? Yetərincə yetkindirmi? Evlənmək qərarı çox ciddi qərardır və bunu yaxşıca düşün. Uyğun deyilsə, ayrıl. Vaxtını sənə uyğun olmayan insanlarla keçirmə. Dünyada sənin yaşında 1 milyard oğlan/qız var!

BONUS-2

14 fevralda tək olmaq fikrindən yata bilmirsənsə gül buketi ilə küçədə gedən qıza yaxınlaş və de ‘Haha, mənə də keçən il belə güllər almışdı’. Qoy indi o yatmasın!

27 thoughts on “Sevgini tapmaq üçün 6 addım + 2 Bonus

  1. Shabi, Allah seni hemishe guldursun! oldum seher tezden gulmekden, dogurdan kechen il sevgilim var idi, ama gul filan almamishdim( 5illik munasibetden sonra ayriligin bashlangici qoyulurdu :D) yoxe yox kefim full oldu sayende 😀 opurem seni, hemishe bele davam et. Qizlar Shabiya qulaq asin, nebade pessimist olasiniz, hemishe gulucuklerle insanlarla unsiyyetde olun 🙂

    P.S. Deliye her gun bayram, sevene her gun 14Fevral! 🙂

  2. Heqiqeten de insan neyise urekden isteyende oma catir. Sadece bir az sebirli olmaq lazimdi (menim kimk sebirsiz adam eger bunu ede bilibse onda mumkundu)
    INANIN NETICE SEBIRLI OLMAGA DEYER!!!!!! 🙂
    HAMIYA SONDUZ SEVGI DILEKLERIMLE 😀

  3. Şəbiiiiiş dəyərli məsləhətlərin üçün çox sağ ol:) Mənim sevgimi tapmaq formulumu sənin də çox sevdiyin Natavan xala verib. Burdan onaa çoxluuu hugssss 🙂 Məncə münasibətdən qorxmaq lazım deyil. Risk edin. Alınmasa depressiyaya düşmək lazım deyil. İlk sevgilim 22 yaşımda olub. Amma uyğun olmadıq ayrıldıq. Ondan əvvəl heç sevgilim olmamışdı. Elə bilirdim ayrıldımsa daha heç olmayacaq. Amma əslində ele deyilmiş. İndi həqiqətən çox sevdiyim insan var. Özü də ayrılıqdan həmən sonra xınayaxdıda tanış olduq. Bəli, gülməlidir amma bu həqiqətdir  Çox xoşbəxtəm. Hər cəhətdən uyğunuq. İnsani keyfiyyətləri istədiyim kimidir. Ailəsi də həqiqətən dəyər verdiyim insanlardır. Bir də kişik bir məsləhətim, qızlar, sevginizi göstərməkdən çəkinməyin. Hər şeyi qarşı tərəfdən gözləməyin. Sizə sevilmək necə xoşdursa əmin olun ki, onun üçün daha xoşdur. Dəyər verməkdən çəkinməyin (amma ölçünü qaçırmamaq şərtilə).Bir də sevgini göstərmək sizin “ev qızı” olmadığınız anlamına gəlmir. Sevin, sevginizi göstərin, sərbəst olun. O bunu mütləq başa düşəcək.

  4. Səninlə tamamilə razıyam, amma indi insanlar çox yaxşı artistlik edə bilirlər, hətta bunu davamlı olaraq da etməyi bacarırlar aylarla, pozitiv olanda, xoşbəxt görünəndə çox namizəd tapılır, birini seçirsən, bir neçə aydan sonra depressiv vaxtlar yaşayanda (adam həmişə xoşbəxt ola bilməz ki) görürsən də bu tərəfin həmin adamın xoşuna gəlmir, gedir pozitiv mühit axtarmağa, dəstək verməkdənsə. Xoşbəxt bir insanın fake davranıb davranmadığını ayırmaq çox çətin məsələdir. Gərək hər kəs bir az da psixoloq olsun.

  5. haha love u babe 🙂 Shab senden musbet enerji gelir insana hemise bele ol )) men de gedib ozume hediyye almisam bu gun , hec vecime deilki 14 fevraldi esas shoppingdi 😀

  6. Maraqli meqaledir. Amma men ele tebii (authentic) olmaginizi meslehet gorerdim. Insanlarin munasibetleri araya qorxu hiss girende alinmir. Qorxu hissi muxtelif formada ozunu biruze verir; sevdiyin insani itirmek qorxusu, sen bu sozu desen nece reaksiya vereceyi qorxusu, senin catishmayan cehetlerini ashkar etse ne olacaq qorxusu ve s. Bu qorxu hissleri bizleri qeyri-tebii (fake) olmaga vadar edir. Bir de ozumuzun kifayet qeder olmadigimiz hissi ( I am not enough) munasibetlerde qorxu yaradir ve onu mehv edir. Ozunuzu kifayet qeder ( I am enough, I am awesome) hiss etmeyiniz dileyi ile

  7. ya sen heyatda tanıdığım eşitdiyim en super pozitiv ve en şirin qızsan!sen fb-da başıma gelen en xeyirli en yaxşı insansan!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s