8 martda almadığım təbrik

Bu gün ‘Əziz incə, zərif, gözəl xanımlar’ sözləri ilə başlayan mesajlar almaq günüdür. Qəribədir, indiyə qədər bəlkə yüzlərlə belə təbrik görmüşəm, birində də ‘xanımlar’ sözünün qarşısında ‘ağıllı, güclü, müdrik’ sözlərini görməmişəm. Standard qadın simvolu nərmənazik olmalıdır, bir əli ilə mətbəxdə qaçaqaçla yemək bişirib o biri əli ilə uşağın bezini dəyişən, eyni zamanda ayağının biri ilə yeri tozsoranlayıb…

Super HelloKishi Mişel

Mişel Poler bir neçə ay əvvəl Venesueladan Nyu Yorka magistr təhsili almaq üçün köçüb. Dünyanın ən dəli şəhərində olduğu müddətdə ən böyük qorxularını yenmək üçün videolayihə başlayıb. Belə ki, 100 gün ərzində heç vaxt cəsarət etmədiyi və ya etməkdən qorxduğu şeyləri həyata keçirmək qərarına gəlib. Mişel 100 gün ərzində qorxularını yenmək üçün küçədə dilənib, şəhərdə…

Sevgini tapmaq üçün 6 addım + 2 Bonus

Facebook dostların mənə minnətdarlıq eləyəcəklər: yazdığın zırıltı statuslara ara verib bu məqaləni oxuyursan. Valentin günündə təksənsə bu məndən sənə hədiyyə olsun (Amma zarafatsız, bəsdi zırıltı statuslar yazdın)! Sevgini tapmaq üçün bunlara əməl et. 1. Necə paltar istəyirsən? Elə bil ki, qonşuya pul verirsən ki, “Maqazindən mənim üçün paltar al“. O da gedib qırmızı şortik alıb…

Kobud adamların üzünə tort çırp və ya Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji…

Özünə Söz Ver!

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb.  Özünə söz ver ki, – O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək, –…

Yaponiyada məni heyran edən 5 nəfər

Şəbnəm Alməmmədova Nəcəfov ‘Yaşamağın iki yolu var: ya elə yaşaya bilərsən ki, sanki heç bir şey möcüzə deyil, ya da elə yaşaya bilərsən ki, sanki hər şey möcüzədir.’ Albert Eynşteyn Hər birimizin hekayəsi var. Hər bir hekayə öz-özlüyündə gözəldir, maraqlıdır, möcüzəvidir. Mən insanların hekayələrini dinləməyi sevirəm. Hər bir hekayədə mütləq heyrətləndirici bir şey var. Hətta…

Göyün 7-ci qatında 7 düşüncə

Sən bu yazını oxuyanda mən çox-çox uzaqlarda olacağam. Məni axtarma. Arxamca baxma. Zarafat eləyirəm, Marsa filan getmirəm, yolum Tokyoyadır. Yaponiya macəralarım haqda yazacağam, hələlik isə 13 saatlıq uçuşun 6 saatı qalıb. Mən də qaşlarımı tərsinə V hərfi kimi qaldırıb `pleeeease` deyəndən sonra (hər dəfə işləyir!) stüardessadan aldığım 2 brauni və bir qab dondurmanı yeyə-yeyə səninlə ciddi söhbət eləmək…

25 ildə öyrəndiyim 25 həyat dərsi

Sən ya yazıq ola bilərsən, ya da güclü – bunların hər ikisinə eyni qədər enerji gedir Ətrafındakı insanları diqqətlə seç – qırılmış ruhları düzəltmək əvəzinə güclü olanları ilə dostluq et Dəlilik et – ruhunu cəmiyyətin stereotip qəfəsindən çıxartmaq üçün Başqaları sənin haqda hər zaman nəsə düşünəcək, həmişə kiminsə səndən xoşu gəlməyəcək, bunu qəbul et və…