1 il

hkmeeting

Yuxuda gördüm ki, HelloKishinin 1 yaşı tamam olub.

Axır vaxtlar yeni ideyaları, xatırlatmaları, bəzən də olacaq hadisələri yuxuda görürəm. Özümü lap Zirəddin qardaş kimi hiss eləyirəm. (“2015 və 2016-cı illərdə Amerikada çoxlu vulkan püskürməsi görürəm.” Hm, wow! Zirəddin dayı, ABŞ-da 170 aktiv vulkan var ki, bunların hər biri hər il püskürür. Coğrafiya dərsində hardaydınız?)

Nə isə. Duran kimi ilk yazdığım yazının tarixinə baxdım. 1 il 6 gün əvvəl!! (Ürəyində mahnı oxuyur) HAAPPPY BIIIIRTHDAAAY, HelloKishiiiiii!

1 il əvvəl o ilk yazımı yazanda çox qorxurdum. Elə bil ki, ürəyini çıxarıb qoyursan tanımadığın insanların qarşısına və ümid edirsən ki, heç kim onu əzməyəcək.

Yazını çap eləyəndən sonra hər 15 saniyədən bir səhifəni yeniləyirdim ki, indi yəqin kimsə aqressiv bir şərh yazacaq, ya lağ edəcəklər, ya da əvvəlki bloqlarım kimi ümumiyyətlə yazılarımı oxuyan olmayacaq. Tanımadığım birindən ilk yaxşı şərh gələndə göyün yeddinci qatında idim.

Üstündən 1 il keçib. Sayımız 9000-ə yaxındır.

Bu bir ildə neçə-neçə PARLAQ, ÇILĞIN, OPTİMİST gənclərlə tanış oldum, hər birinizin yazdığı dəstək və ya “Bağışlayın narahat edirəm, olar bir sual verim?” mesajı mənim üçün ÇOX dəyərlidir.

Aranızda qəlbi qırılanlar, işdən çıxanlar, ailə üzvünü itirənlər oldu. Siz mesajı yazıb ağladığınız kimi mən də oxuyub ağlamışam. Aranızda arzularını gerçəkləşdirməyə imkan verilməyənlər, ailəsi tərəfindən sıxışdırılanlar oldu. Amma bir neçə həftə sonra hər şeyin yaxşıya doğru dəyişdiyini yazanda çox sevinmişəm. Eyni zamanda aranızda ilin əvvəlində sevdiyindən ayrılanlar və indi başqası ilə xoşbəxt evli olanlar, depressiyadan çıxa bilməyəndə bütün pulunu xərcləyib həyatını dəyişən səyahətə getməyə qərar verənlər, konservativ ailəsinin nəhayət universitetə hazırlaşmasına və imtahan verməsinə icazə verilənlər oldu.

Bu bir ildə nə qədər çox olmağımıza baxmayaraq balaca ailə olduq, DANAların (bu gizli kodun mənasını yalnız HelloKishilər bilir) yanında həyatdan zövq almağa çalışan HelloKishilər olduq.

Çətinliklərə baxmayaraq ayağa durmağı və həyata davam etməyi bacardıq, yağışdan sonra gün çıxdığının bir daha şahidi olduq. 

Yeni ildə bunu yadınızda saxlamağınızı istəyirəm.

Balıq okeanda itəndə, tanımadığı yerdə olanda, ailəsindən kənara düşəndə dayanıb depressiyaya girmir, əksinə, üzməyə davam edir, üzməyə davam edir… Bilin ki, hərdən qaranlıq tuneldən keçəndə sadəcə gözləyini yumub qaçmaq lazımdır. Uçurumdan sallananda təslim olmaq yox, dayanmadan qalxmağa çalışmaq lazımdır.

Bilin ki, hamısı keçir.. Həyatda pis də, yaxşı da, hamısı vaxtla keçir… Ona görə də heç nəyi və heç kəsi çox ciddiyə almayın.

Hər şansda gülməyə, əylənməyə çalışın. Telefonda kilidlənmək əvəzini insanlarla vaxt keçirib yeni xatirələr yaratmağa çalışın. Keçmişi və gələcəyi çox düşünməyin, meditasiya edin, indiki zamanda yaşayın. Təbiətə gəzintiyə çıxın. Kiçik şeylərə görə minnətdar olun.

ÇOXLU TƏƏCCÜBLƏNİN.

Ən xırda şeydə möcüzə görün. Xoşbəxt olmaq vacib deyil, əsas odur özünüzü olduğunuz kimi qəbul edin. Özünüzlə harmoniyada olun. Lap lap dərin boşluğa düşəndə isə…

Üzməyə davam edin… Üzməyə davam edin…

❤ Sizin lopabığ Şəbnəm

13 thoughts on “1 il

  1. Butun yazilariniz kimi 1illiye hesr olunmus bu yazi da cox pozitiv hissler dasiyir. Sizin yazilariniz oxuduqdan sonra gulumsememek qeyri mumkundur. Bele optimist oldugunuza , bize de bu duygulari oturduyunuze gore tesekkurler Sebnem xanim. Yaxsi ki varsiz, yaxsi ki Hello Kisi var. Yasasin Hello Kisiler)))

  2. TEBRİKLER! 💐💐💐 Sayınız daha da çoxalsın.Pozitiv enerjini ötürdüyünüz üçün Size böyük alqışlar.Genclerimize örneksiz halal olsun! !!
    Bu üzmeye davam çox xoşuma geldi😉😉😉 Men de üzmeye davam edirem.Xatırlatdığınız üçün teşekkür👍🌹

  3. Əzizim Şəbnəm 1il əvvəl oxuduğum ilk məqalən və sənə yazıb iki dəqiqədən bir yenilədiyim e mailimi xatırladım mən də 🙂 üstündən bir il keçdi demək hə? Bir il ərzində özümün və həyat tərzimin nə qədər dəyişdiyini səninlə paylaşa paylaşa başa vurduq ili. Səninlə tanışmaq, səninlə danışmaq, səninlə görüşmək mənimçün çox dəyərli oldu. :*
    Mən əminəm ki bütün Hellokişilər lopabığ Şəbnəmi çox çox sevirlər 😀
    Thanks a lot for everything :*

    • HelloKishi vasitesile tanidigim en gozel insanlardan biri Vesile… Taleyimiz oxshar olub, inshallah geleceyimiz de ishiqli olar. Seni chox isteyirem. Yaxshi ki, yazdin mene o emaili, yaxshi ki, tanidiq bir-birimizi, yaxshi ki, gorushduk… Opurem.

  4. Təbriklər mən bir neçə aydır ki Sizin yazılarınızla ümumiyyətlə səhifənizlə tanışam ama inanın Sizdəki pozitiv enerji mənə monitordan belə müsbət təsir edir. Ümidvaram hələ çox illər bundan sonra izləyicilərinizi daim ruhlandıracaqsınız.Hörmətlə Rais Abdulazim

  5. Shebnem, sizi yaxindan tanimiram amma chox sevirem) yeni ilde cox xowbext olmanizi isteyirem. Bu il novbeti en gozel illerinizin baslangici olsun. Choxlu ve semimi hellokishilerle))

  6. salam duzu hec bilmedim bu maraqli bloqu hardan tapdin inanin ki menim ozumle danisdiqlarimi siz yazili sekilde hamiya dediz sizinle fexr edirem.hemishe her isinizin yaxsi getmesini arzulayiram

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s