Atalar və Qızlar

Sən nə vaxtsa ata olacaqsan. Qız atası olmaq çətin olacaq. Cəmiyyətin sənin üstünə yüklədiyi kişilik yükünü daşımalısan. Hamı səndən ciddi olmağı, qızınla sərt davranmağı, onun hər addımını izləməyini, ona qatı qaydalar qoymağını gözləyəcək.

Father-Daughter-Dance-crying

Çünki Azərbaycan kişisi sərt olmalıdır.

Ciddi olmalıdır. HEÇ VAXT GÜLMƏMƏLİDİR!! Qaşlarının arasında çatılmaqdan açılmış qırışlar olmalıdır. Qızı adam içinə çıxmamalıdır, 18 yaşına çatan kimi pullu-maşınlı bir oğlanla evlənməlidir. Cəmiyyət səndən bunu gözləyəcək. Onda sən ideal ata sayılacaqsan.

Sənə öz təcrübəmdən danışım. Mən dini məktəbdə oxumuşam. Bizə din, əxlaq və mənəviyyat kimi dərslər keçilirdi. Mənəvi dəyərlər öyrədilirdi, yetkin insan kimi böyümək üçün ideal şərait var idi.

Qız sinif yoldaşlarımın arasında ailəsi tərəfindən ciddi şəkildə sıxışdırılanları, hər addımı izlənilənləri də var idi, qızlarına inanıb ona azadlıq verənlər də. Məhz ailəsi tərəfindən sıxışdırılan qızlar yalan danışmağa, onlara qoyulan qaydaları pozmağa meylli olanlar idi. Ailəsinin dəstək verdiyi qızlar isə ən yaxşı oxuyanlar, ən gözəl dəyərləri olanlar idi.

Üstündən 10 il keçib. Karyerada, ailə həyatında, emosional vəziyyətində daha çox stabillik və uğur qazanmış qızlar məhz o ikinci qrupdan olan qızlardır. Sərt ailəsi olan qızların çoxu isə hələ də həyatda özlərini tapmağa çalışırlar.

Bilirsən, bu nə qədər üzücüdür?! Təsəvvür elə ki, uçmaq üçün yaranmış kəpənəyi qutuda saxlayırsan ki, ona bir şey olmasın. Axı kəpənək qutuda qalmaq üçün yaranmayıb. Kəpənək uçmaq üçün yaranıb. Qoy o yıxılsın, qanadı cızılsın, səhvlər eləsin, amma öz səhvlərindən öyrənsin.

Qızını qəfəsdə saxlamaqla onu qoruduğunu düşünəcəksən, amma əslində onu ömürlük uçmaqdan məhrum etmiş olacaqsan.

Onu şikəst qoyacaqsan.

Onu gözəl çiçəklərdən, günəşdən məhrum edəcəksən.

Onu gözəl gələcəkdən məhrum edəcəksən.

Onu səhvlər etməkdən,

yıxılıb yenidən durmaqdan,

güclənməkdən,

YAŞAMAQDAN məhrum edəcəksən.

Kəpənək qutuda təhlükəsizdir, amma kəpənək bunun üçün yaranmayıbGüc göstərmək, özündən zəif insana hökmranlıq etməyi yox, sevgi, qayğı və dəstək verməyi seç. 

Azad böyüyən qızın sənə savadı ilə, həyatdakı seçimləri ilə, oxuduğu universitetlə, ailə qurduğu insanla, işlədiyi yerlə və böyütdüyü keyfiyyətli uşaqlarla qürur göz yaşları gətirəcək.

Dünyada onsuz da minlərlə maneə və qəfəs var, sən qızın üçün bunlardan birinə çevrilmə!

AZADLIQ QADINI ƏXLAQLI EDƏR. Bunu başa düşmək üçün bir ömür keçməyini gözləmə.

P.S. Bu yazını mənə 18 yaşında ailəsinin güclə ərə verdiyini yazan A., oğlanlarla birlikdə oxumasın deyə 5-ci sinifdən dindar ailəsinin məktəbdən çıxardığı və evdən çıxmasına icazə verilməyən T., 17 yaşında ailə qurmasına məcbur edilən, universitet oxumasına imkan verilməyən, həyat yoldaşı rəhmətə gedəndən sonra işsiz və çarəsiz qalan N. və arzularının arxasınca getməyinə imkan verilməyən yüzlərlə qıza həsr edirəm.  

10 thoughts on “Atalar və Qızlar

  1. 👏👏👏 Ilk once qeyd edim ki Sebnem Ted-deki cixiwindan sonra yazilarini maraqla oxuyuram. Pozitiv duwunce terzinle secilirsen..Movzuyla bagli duwunurem ki qadinlarimizin tehsil almasi, ozleri inkiwaf etdirmek hissinin formalawmasi onlarin bu kimi serhedleri awmasina sebeb olacaq… Wukur Allahima ailemden her zaman destek gormuwem

  2. Pingback: 1 il | Hello Kishi

  3. Çox super yazidi.. Şükürlər olsun ki mənim atam hər zaman mənə dətsək olub amma belə problemlərlə qarşılan qızlarımız çoxdu. 🙂 Hələ sevgili, nişanlı və həyat yoldaşalrına bu tip maneələr yaradanlar da var.

  4. chox deyerli fikirlerdir..ne qeder dusunsem de fikirlerimi bu qeder aydin ifade eleye bilmezdim.ne yaxsi ki varsiz bu qeder insanlara faydali olmaga cirpinan insanlari gordukce cox sevinirem,qurur duyuram sizle eksik olmayin İnshAllah…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s