Michelle-Poler-2Mişel Poler bir neçə ay əvvəl Venesueladan Nyu Yorka magistr təhsili almaq üçün köçüb. Dünyanın ən dəli şəhərində olduğu müddətdə ən böyük qorxularını yenmək üçün videolayihə başlayıb. Belə ki, 100 gün ərzində heç vaxt cəsarət etmədiyi və ya etməkdən qorxduğu şeyləri həyata keçirmək qərarına gəlib.

Mişel 100 gün ərzində qorxularını yenmək üçün küçədə dilənib, şəhərdə çimərlik paltarında gəzib (abır, həya, mentalitet), böyük auditoriya qarşısında çıxış edib, Tayms Meydanının ortasında dayanmadan rəqs edib, rəssamlıq tələbələrinə çılpaq poz verib (səni kim alajax, ay Mişel?), təyyarə sürməyi öyrənib, bir gün ərzində nüfuzlu şirkətlərin qapılarını döyüb iş istəyib, öz həyat yoldaşı, qaynana və qaynatasının qarşısında qoca çılpaq kişinin bədənində şəkil çəkib (“hətta bu qızı da alan olub, mən evdə qalmışam!”) və daha nələr nələr…

Mişelin çılğınlığı, qorxularını və həyatı ciddiyə almamağı və optimist ruhu adama ləzzət eləyir. Onun videolarını aşağıda izləyə bilərsiniz.

Bəs sizin ən böyük qorxularınız nələrdir?

Qalan videoları izləmək üçün Mişelin 100 days without fear saytına baş çəkin.


5 responses to “Super HelloKishi Mişel”

  1. nrn Avatar
    nrn

    kimi insane gore yashadigi son 100 gun olar))

    1. Sevindzhhh Avatar

      😀 Amma eladir videolar boyunca ancaq gulumsedim

  2. Nazlish Avatar

    Ayyyyyy ehsen vallah izleyerken cox eylendim.bunu etmek cesaret teleb edir aferin

  3. 10 pozitiv kəşfim – İyun 2016 | Hello Kishi Avatar

    […] nəhayət, haqqında SuperHelloKişi Mişel yazısını yazdığım, 100 gün ərzində qorxularını yenən Mişellə görüşüm və hansı […]

  4. Emil Avatar
    Emil

    – İbrətamiz və heyrətamiz

Leave a reply to nrn Cancel reply