Əgər ağlından qara fikirlər keçirsə…

Əgər ağlından qara fikirlər keçirsə,
Heç nə səni xoşbəxt etmirsə
İnsanlar səni başa düşmürsə
Ümid edirəm bir az səbr etməyi seçəcəksən…

Qara düşüncələrin kökünü dərk etmirsənsə
Dünya boz rəngdə görünürsə
Bu gün tutqun, gələcək dumanlı gəlirsə,
Ümid edirəm bir az gözləməyi seçəcəksən…

Həyat kitabdır, bu gün bir səhifə,
Qabaqda gözəl günlər, fərqli həyat,
Sən özün bir dünyasan, dünya isə səninlə gözəldir,
Söz verirəm günəş yenə doğacaq,
Söz verirəm bu qaranlıq yoxa çıxacaq.

Ümid edirəm…
Üzməsən də suyun üstündə qalmağı,
Qaçmasan da oturub gözləməyi,
Hansı səbəbə güclü olduğunu bilməsən də
Güclü olmağı seçəcəksən…

Ümid edirəm kömək axtarmağı,
Batmamaq üçün bir budağa tutunmağı,
Balaca cəhdlərlə ayağa qalxmağı,
İçindəki gözəl səsə qulaq asmağı seçəcəksən…

Ümid edirəm güclü olmağı seçəcəksən…

3 thoughts on “Əgər ağlından qara fikirlər keçirsə…

Leave a comment