Özünə Söz Ver!

Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. gr

Özünə söz ver ki,

– O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

– Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

– Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

– Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

– Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

– Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,

Keçmişin səhvlərini unudacaqsan və gələcəyin böyük nailiyyətlərini düşünəcəksən,

– Üzündə xoşbəxt ifadə yaradacaqsan və gördüyün hər bir varlığa gülümsəyəcəksən,

Özünü inkişaf etdirməyə o qədər vaxt ayıracaqsan ki, başqalarını tənqid etməyə vaxtın qalmayacaq,

– Narahat olmayacaq qədər böyük, hirslənməyəcək qədər nəcib, qorxmayacaq qədər güclü və kədərlənməyəcək qədər xoşbəxt olacaqsan…

Bəs sənin üçün xoşbəxtlik nədir?

14 thoughts on “Özünə Söz Ver!

  1. Shaab mene axrinci musahibende behs elediyin kitabin adini deye bilersen? Sen meni ruhlandiran adamlardan birisen seviriy seni :))

  2. Shebnem,yazilariniz insani o qeder heveslendirir ki 🙂 tovsiyye etdiyiniz motivasiya,ozunu inkishaf tipli hansi kitablar var ? Onceden teshekkurler.

    • Nazrin, mənim sevdiyim bir neçə motivasiya kitabı Napoleon Hill – Think and Grow Rich (Dushun ve Varlan), Rhonda Byrne – The Secret, Dale Carnegie – How to Make Friends and Influence People, Robert Greene – 50th Law, Seth Godin – Linchpin. xoxo

    • Salam. motivasiya kitablari oxuyun amma deymez. onu daxilinizde axtarin. men ordan tapmisam. xosbet yasamaq ucun xosbext dusunmek ve guclu olmaga calismaq lazimdir. ruhdan dusmeyin hec vaxt Buxovskide olmayin. Glamur yasayin( dozani qacirmamaq serti ile) heyata gulumseyin. inanin. Allaha olan inaminizi hec vaxt itirmeyin) icinizden geleni edin indi menim etdiyim kimi. sag olun sagliqla qalin

  3. Mence xoshbextliyin dusturu, qanunu yoxdur.Chunki xoshbextlik insana gore deyishir, her kes xoshbextliyi ferqli meqamlarda tapir.Buna gore de xoshbext olmaq uchun bashqalarinin xoshbextliyi nede gorduyunu sorushub sen de bununla xoshbext olmaqa chalishmaq evezine, onu ozunde axtarmaq lazimdirki seni ne xoshbext eder.

  4. Xoshbextlik, bir duygudur. Bir duygunun olmasi ise düşünce şeklimizdir. Çünkü insan, nece düşünürse elede hisseder.

Leave a comment