Dünən bir nəfər məndən xoşbəxt olmağın yolunu soruşdu. Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır, harmoniyadır. Mənim  xoşbəxtlik  düsturum Kristian Larsonun aşağıdakı bir neçə cümləsində toplaşıb. gr

Özünə söz ver ki,

– O qədər güclü olacaqsan ki, heç nə sənin ruh sakitliyini poza bilməyəcək,

– Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,

– Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,

– Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,

– Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,

– Başqalarının uğuruna öz uğurun qədər sevinəcəksən,

Keçmişin səhvlərini unudacaqsan və gələcəyin böyük nailiyyətlərini düşünəcəksən,

– Üzündə xoşbəxt ifadə yaradacaqsan və gördüyün hər bir varlığa gülümsəyəcəksən,

Özünü inkişaf etdirməyə o qədər vaxt ayıracaqsan ki, başqalarını tənqid etməyə vaxtın qalmayacaq,

– Narahat olmayacaq qədər böyük, hirslənməyəcək qədər nəcib, qorxmayacaq qədər güclü və kədərlənməyəcək qədər xoşbəxt olacaqsan…

Bəs sənin üçün xoşbəxtlik nədir?


14 responses to “Özünə Söz Ver!”

  1. Roya Avatar
    Roya

    Çox qeşeng…. Optimiz optimiz ya da optimizm 🙂 🙂

  2. Aysu Avatar
    Aysu

    Xoşbəxtlik mənimcün bu andi. İndiki zamanla yaşayan insanlar ançaq əsl xoşbəxtliyi anlaya bilərlər.

    1. HelloKishi Avatar

      Raziyam! Indiki ani yashamaq ve zovq almaq xususi bacariqdir.

  3. Farid Avatar

    Super otesi bir shey xoshbextlik ))))

  4. Zulya Avatar
    Zulya

    Shaab mene axrinci musahibende behs elediyin kitabin adini deye bilersen? Sen meni ruhlandiran adamlardan birisen seviriy seni :))

    1. HelloKishi Avatar

      Zulya, kitabin adi Seven Habits of Highly Successful People, muellif Steven Covey. Ela kitabdi!

  5. Nazrin Avatar
    Nazrin

    Shebnem,yazilariniz insani o qeder heveslendirir ki 🙂 tovsiyye etdiyiniz motivasiya,ozunu inkishaf tipli hansi kitablar var ? Onceden teshekkurler.

    1. HelloKishi Avatar

      Nazrin, mənim sevdiyim bir neçə motivasiya kitabı Napoleon Hill – Think and Grow Rich (Dushun ve Varlan), Rhonda Byrne – The Secret, Dale Carnegie – How to Make Friends and Influence People, Robert Greene – 50th Law, Seth Godin – Linchpin. xoxo

    2. MURAD Avatar
      MURAD

      Salam. motivasiya kitablari oxuyun amma deymez. onu daxilinizde axtarin. men ordan tapmisam. xosbet yasamaq ucun xosbext dusunmek ve guclu olmaga calismaq lazimdir. ruhdan dusmeyin hec vaxt Buxovskide olmayin. Glamur yasayin( dozani qacirmamaq serti ile) heyata gulumseyin. inanin. Allaha olan inaminizi hec vaxt itirmeyin) icinizden geleni edin indi menim etdiyim kimi. sag olun sagliqla qalin

  6. nikofeyzi Avatar

    Xowbextlik menim ucun hedeflerimi qazanmagimdir. Belke de buna gore xowbext deyilem. Ama indi hedeflerimi yazacam.ve zamani geldikce hemin hedeflerime catacam

  7. Mash Avatar
    Mash

    Mence xoshbextliyin dusturu, qanunu yoxdur.Chunki xoshbextlik insana gore deyishir, her kes xoshbextliyi ferqli meqamlarda tapir.Buna gore de xoshbext olmaq uchun bashqalarinin xoshbextliyi nede gorduyunu sorushub sen de bununla xoshbext olmaqa chalishmaq evezine, onu ozunde axtarmaq lazimdirki seni ne xoshbext eder.

  8. Konul Jamal Avatar
    Konul Jamal

    Xoshbextlik, bir duygudur. Bir duygunun olmasi ise düşünce şeklimizdir. Çünkü insan, nece düşünürse elede hisseder.

  9. mamedovasoli Avatar

    Bəzən güclü bəzən gücsüz oluram. Amma bilirəm ki, güclü olmalıyam. Arzuma catmaliyam

Leave a reply to Zulya Cancel reply