Anam Haqqında 6 Hekayə

mmmm2Bu gün mənim üçün ən çətin günlərdən biridir. 3 il əvvəl bu gün dünya mənim üçün bitmişdi. Bilmirəm nə vaxtsa mama haqqında göz yaşı olmadan danışa biləcəyəmmi, amma çətin də olsa onun haqqında yazmaq istəyirəm. Onun müdrikliyini, şirinliyini, qayğıkeşliyini, məsləhətlərini sizinlə 6 qısa əhvalatda paylaşmaq istəyirəm.

1. Arı Olun

Mama həmişə bizə başa salırdı ki, “arı olun!”. Deyirdi milçək də, arı da hər səhər evdən gözəl şeylər tapıb yemək üçün çıxırlar. Milçək gözəl şeylər axtarışında yolda iylənmiş zibil görür, tez gedir onun üstündə oturur. Amma arı isə yolda nə qədər zibilliyin yanından keçir, iylənmiş yerləri görür, aldanmır, uçur, uçur ən sonunda gözəl çiçəklərə çatır və onlardan nektar çəkir. Və mama başa salırdı ki, hər səhər duranda siz də arı kimi oyanın, gün boyu arı kimi yaşayın, çirkinliklərdən uzaq olun və onda ən gözəl ballar da sizin olacaq…

2. Mamaya Kobudluq Edən Aeroport İşçisi

Bacım danışır ki, mama ilə Türkiyəyə əməliyyat üçün gedəndə baqaj check-in-dəki qız ona qarşı çox kobud davranıb. Qaşqabaq və kobudluqla yarım kilodan ötrü baqajı açdırıb, əşyaları başqa baqaja yerləşdirməyini istəyib. Mama və bacımın əhvalı korlanıb. Baqajı verəndən sonra uzaqlaşanda bacım hirslənib, anam isə o qız üçün dua etməyə başlayıb. Bacım təəccüblənib, indicə ona kobudluq eləyən qıza niyə dua elədiyini soruşub, mama deyib ki, “Allah o qızı o qədər xoşbəxt etsin ki, hamıya gülümsəsin. Həyatdan zövq almağı öyrənsin. İstədiyi bütün arzulara çatsın. Çox çox xoşbəxt olsun. Onda digər insanları da sevəcək, onlara qarşı mehriban davranacaq…”

Mamadan başqalarını anlamağı öyrənmişəm, kobudluqlara gülümsəmə və qayğı ilə cavab verməyi öyrənmişəm.

3. Mamanın sevdiyi dua

Mama həmişə bu duanı sevə-sevə edərdi: “Allahım, mənə dəyişə bildiklərimi dəyişmək üçün güc, dəyişə bilmədiklərimi qəbul etmək üçün səbr və birincini ikincidən ayırmaq üçün müdriklik ver”.

Uşaqlıqdan bizə yatmazdan qabaq həmişə dua edib Allaha hər şey üçün təşəkkür etməyi öyrətmişdi. O deyirdi “dua edin, çünki Allah həmişə eşidir”… 

4. Sevən Batareya

– Şəbiiişşş! Şəəəbiiişş!!!

– Hə mama
– Kompüterim durduğu yerdə söndü!
– Necə yəni? Ekranda nə yazıldı, mama?
– Sönməmişdən əvvəl yazılmışdı “sevən batareya”.
– “Sevən batareya” nədi mama?
– Nə bilim, yazılmışdı “ləv batery”
– Ah, mama, “low battery” “azalmış batareya” deməkdir! Kompüteri zaryadkaya qoy.

mmm5. İrandakı Gülsatan

İranda olanda tıxacda maşında oturmuşuq. Bir oğlan da yolda gəzib gül satır. Mama pəncərəni salıb oğlanı çağırdı. Oğlan sevinə-sevinə gəldi ki, müştəri çıxıb. Mama dedi:
– O gülü yaxınlaşdır görüm.
Oğlan böyük buket qızılgülləri pəncərəyə yaxınlaşdırdı. Mama başını çıxarıb gülü dərin bir nəfəslə iylədi:
– Bəh bəh bəh! Hə, çox sağ ol, indi get.
Oğlan çaşdı qaldı. Biz də çok içində mamaya baxırıq, dedim “ay mama, o gülü almırsan, oğlana niyə əziyyət verdin?” Güldü “Əşi, kef eləəə.”

Mamadan indini yaşamağı öyrənmişəm. Başqalarının nə düşünməsindən asılı olmayaraq istədiyini etməyi öyrənmişəm. Hər xırda şeydən zövq almağı öyrənmişəm. Mamadan yaşamağı öyrənmişəm…

6. Mamanın Məktubu

Mən 2006-cı ildə Amerikaya gedəndə mama bir bloknota bütün dostlarıma yazı yazdırmışdı. İlk məktubu da özü yazmışdı.

“Mənə dünyanın ən böyük səadətini – Analığı ilkin daddıran ağıllı, gözəl qızım – Şəbişim. Sən mənə Tanrının ilk ən böyük mükafatı olmusan və gəlişinlə dünya boyda sevinclər yaşatmısan mənə – gözəlliyinlə, sağlamlığınla, ağlınla, tərbiyənlə, qayğınla, sevginlə, uğurlarınla…
Bu bizim ilk 10 aylıq ayrılığımız olsa da qəlbim tam rahatdır. Bilirəm ki, Tanrı həmişə başının üstündə, dualarım mələklərlə bərabər qoruğundadır! (Bunu hər zaman hiss edəcəksən!) Və internet, telefon həmişə aramızda olacaq. Elə bil ki, yanımızdasan.
10 ay nədi ki…
Amma həm də 10 ay bilirsən nədi? Bütün sonrakı xoşbəxt həyatınçün vasitə olacaq etap. Bu 10 ayda yığdığın imic sonra illərlə sənə divident gətirəcək. Hər vaxt, hər bir situasiyada hər zaman əmin ol ki, uğur, xeyir səninlədir (istisnasız olaraq). Sənin uğur hesab etmədiyin vəziyyətdə də əmin ol ki, uğur mütləq var… və bəlkə də ən xeyirlisi elə bu imiş.
Həmişə yadında saxla ki, Tanrı səni sevir və səni xoşbəxtlik üçün yaradıb. Bu sevginin hər yaşadığın anında görməyi, dəyərləndirməyi bacar və Tanrıya minnətdar ol.
Yadinda olsun ki, ən vacib şey – can sağlığındır. Ən yaxşı, ən xeyirli qidaları seç (qiymətindən asılı olmayaraq). İstirahətini, yuxunu, yüksək əhval-ruhiyyədə olmağı düzgün tənzimlə.
Sənin əxlaqi yüksəkliyinə əmin olduğum üçün və dərslərə diqqətli olacağına inandığım üçün çox yazmıram. O işlərdən ki, sonunda zövq alacaqsan, o işlər heç səni yormayacaq da, bil.
Həyata keçməsi mümkün olmayan ideya yoxdur. Ən uzağı bu ideya fantaziyadır – yəni həyata keçməsinə sadəcə illər gərəkdi. Səninsə məqsədin çox asan, çox uğurlu, çox tez həyata keçən proyektləri reallaşdırmaqdır ki, bunu da asan və ləzzətlə edəcəksən. Əminəm.
Və bir neçə məsləhətim
– Hər sabah oyananda Tanrıya bu gözəl gün üçün minnətdarlıq et və həmin gündən alacağın sevinclər üçün hazır olduğunu bildir. Hər axşam günün uğurları üçün minnətdarlıq et və sabaha dualar yolla.
-Bil ki, bütün arzular əl yetən, bütün məqsədlər reallaşandır. Sadəcə istə, ARZULA və İNAN! İNAN və hər istəyin nə qədər asan və tez həyata keçdiyinə təəccüblənəcəksən.
– Dünyanın əm gözəl, ən yaxşı, başqalarının əlçatmaz hesab etdiyi qiymətli şeyləri sənin olacağına inanaraq arzula və ürəkdən istə!
– Xırda, mənasız, boş fikirlər, həyəcanlar sənlik deyil. Qoy onlar kimin fikirlərində dolaşır onların olsun.
-Yalnız və istisnasız olaraq pozitiv düşün. Düşüncən nədirsə, sən də osan. Xeyirə danış. Mənfi sözü, yazını, fikiri başqaları deyəndə belə eşitməməyə çalış. Başqalarına aid uğursuzluqları da düşüncəndən uzaq tut. Və uğur, xoşbəxtlik, sevinc həmişə səninlədir.
– Daim və hər şeyə görə Tanrıya şükür et! (Çünki bütün uğurlarında Tanrının köməyi var.) Şükür duaları möcüzələr yaradır.
Və nəhayət bu dəftərdəki yazılar burdan apardığın paltarlar kimidir, xoşun gəlməyəni cır at. Hansılarısa sonacan saxla. Amma əsas odur ki, boş səhifələri burda lazımın olacaq yaxşı xatirələrlə doldur (ABŞ-dan alınan paltarlar kimi). Sənə uğurlar!!!
Özündən muğayat ol!
Səninçün Tanrıya daim duaçı olan və sevən Mama – MKo
07.08.06  04.30″

Vaxtilə bizə çox kiçik görünən hadisələr bir müddət sonra necə də dəyərli və böyük görünə bilərmiş! Sevdiklərinizin dəyərini bilin. Hər imkanda onlara dəyərli olduqlarını hiss elətdirin, bunu onlara deyin, onlarla qürur duyun.

Sonra gec ola bilər…

mmm3

 

61 thoughts on “Anam Haqqında 6 Hekayə

  1. Elə insanlar var ki bu dünyanın üzərində ləpir qoyub ora bura getsələr də, yaşasalar da qəlblərinim darlığından heç kəsi onları tanımır, tanımaq belə istəmir..
    Elə insanlar var ki bu dünyadan köçsələr də özlərindən sonra qoyduqları izlər o qədər dərin olur ki, qəlbləri o qədər geniş olur ki, vaxtıyla dedikləri sözlər o qədər uzaqgörən olur ki adama elə gəlir o həmişə yanındadı, heç yerə getməyib ürəyin köçüb sadəcə.. elə insanlar özündən sonra sözləri miras qoyur, tükənməyən miras.. bizlər üçünsə çatışmayan onların sığalları, qucaqları, səsləri və heç vaxt bizdən ayrılmayacaqmış kimi o təbəssümləri..
    Yeri cənnət olsun…

  2. En chox gulduyum xatirelerden biri bilirsen nedi?

    Lap ushaq idik, mektebde oxuyan vaxti idi. Riyaziyyat dersinde komek eleyirdi mama sene, men de chol otaqda oturmushdum, eshidirdim sizin danishigi. Mama eyni sheyi yalan olmasin, 10 defe basha saldi sene, sen yene de basha dushmurdun, axir hirslenib qishqirdi: ” senin fikrin hansi gedelerin yanindadi?” Onda men chol otaqda yixilib, qarnimi tutub o qqqqeder gulmushdum ki. Lap ushaq idik axi onda hele oglan moglan basha dushmurduk 🙂 Ya da belke dushurduk, mama bilmemish olmaz :)))

  3. Ananinizi , ne sexsen sizi tanimasamda, ananiz haqqinda indi yazdiqlariniz menim indi hayatimda yashadigim cox bir suala cavab, cox o geder bir sheye motivasiya oldu.cox mudrik ananiz oldugu uchun qurur hissi ile yashadiginiza eminem! Allah ona rehmet elesin ve her zaman sizin dualarinizi qebul elesin! Bunlari bizimile bolushub, kimese bilmeden komek oldugunuz uchun size tesekkur edirem 🙂

    • Webi mende Ruslana oxudum axrinci hekayeni… Onunda iwinde problemleri var idi.. Turkler demiw iyi geldi..)))

  4. cox maraqli yazi idi…bir az da duygulandiran…mamaya ALLAH rehmet elesin. Heyati seven? adi seyle xosbext olmagi bacaran insan olub. En esasi ureyi temiz olub yoxsa bele dusune bilmezdi…size sebir ve ugurlar arzu edirem.en xos arzularla…

  5. Shab, yazın duygulandırdı. Çox müdrik insan olub anan, hem de güclü şexsiyyet. Her övlada qismet olmur, hetta nadir insana qismet olur deyerdim bele gözel heyat müellimi. Çox şanslıdı övladları. Sizlere aşıladığı pozitiv ideyalar indi senin vasitenle bizlerin de heyatina sevinc getirir, xosbext yaşamağı ve heyatı öyredir. Mekanı cennet olsun, Shebiş, ne mutlu övladlarına.

  6. WEBNEM COX GOZEL YAZMISAN HEMIWEKI KIMI AGLATDIN BIZI..(((( MAMANIZ COX WIRINDI.. MEN ONU HEYATDA TANIMASAMDA SIZIN SAYENIZDE ONU COX ISTIREM… KAW HEYATDA DA TANIYARDIM.. ALLAH REHMET ELESIN.. YERI EMINEMKI CENNETLIKDI…

  7. Gözlərim doldu boşaldı.. Allah mamana rəhmət eləsin, sizə də səbr versin. Nə gözəl, pozitiv və müdrik məktubu var, o yazılardan bizə də pay düşdü oxumaqla. Təşəkkür paylaşım üçün, uğular!

    • O mektubu tam oxuya bilmirem, her defe o qeder aglayiram ki… Ne yaxshi ki, yazmishdi onu. 2006-ci ilde mene verende demishdim, ay mama, etimi tokme, bu nedi yazmisan. Amma indi menim uchun en deyerli 3 sehifedir o mektub…

  8. Allah butun analara rehmet elesin,yazini oxuyarken cox calisdim ki gozlerim dolmasin,aglamayim,cunki menim anam da eynile mene bu hekayelerdeki kimi gozellikler bexs etdirib,goresen butun analar eynidir?-suali yarandi mende,onu cooox ozlesemde,icim param parca olsa da onun ucun yasamaq mecburiyyetindeyem,ANAM SENI COX OZLEDIM…

  9. Her defe maman barede yazdigin meqaleleri oxuyanda cox kovrelirem. Amma hamisi cox kederli olsa bele eyni zamanda cox pozitivdiler. Cox beyenirem senin heyata yanasmagini – gorunur mamandan kecib 🙂 cox sagol megalelerin ucun, inaniram ki, cox adama komek olub, “gozlerin acib”. Ugurlar sene, Shebnem!
    P.S. komentim basdan-ayaga “cox” sozuyle doludu :))

  10. cox inaniramki o indide seninledir, sevginin serhedleri yoxdu. o senin yanindadi hemise ve indi Sizin vasitechiniz ALLAHdir. Onunla unsiyyetini kesme.

  11. Men ne sizi, ne de ananızı tanımıram. Bele deyek virtual tanıyıram. Siz çox gözel, ağıllı, ve o qadına layiq övladsınız. Eminem ki o indi cennetdedir, sizi ve Vüsalı izleyir, xoşbext olduğunuzu görüb sevinir. Allah hamımıza bele gözel insan, en esası da nümunevi Ana olmağı nesib etsin !

  12. Allah rehmet elesin. Sizin meslehetlerinizi bir saytda tapmisdim. Linkini de atmisdilar hellokishinin. Girdim , hedsiz cox xosuma geldi. Sonra Tedx-e baxdim. Sonra facebook. Sonra ananiz haqda yazdiginiz blog.. Bele-bele sizi hem tanimis oldum, hem de sizden cox sey oyrendim. Bunlari blogda da oxumusdum. Heqiqeten tesirlenmisdim ve yene tesirlendim. Allah rehmet elesin. Deyerli qadin imis. Yaxsi ki siz de o deyerde ona benzemisiniz. Ananiz sizinle fexr ede biler. 🙂

  13. Спасибо Вашей Маме что вырастила таких девочек! Знаю Вас виртуально,каждая из Вас как солнышко светится, спасибо Маме! Как только нет настроения перечитываю Ваши статьи, пересматриваю Ваше видео TEDx! Allah rehmet elesin, Вам очень повезло что у Вас была такая мама! Уверена она смотрит на Вас с небес и очень гордится!!!
    Все слова написаны с большой искренностью, ну очень Вы прекрасная!!!

  14. Shabnam this was such a great story to read. Your mother was such a wonderful woman and I felt like she was my mom too the first time I visited you in Baku. I can see her influence on your life and your brother and sister’s lives. We will always miss her, I am glad for the time we had with her.

    Şəbnəm Bu oxumaq kimi böyük bir hekayə idi. Sizin ana belə gözəl qadın idi və o, mən Bakıda ziyarət də ilk dəfə anam idi kimi mən hiss. Mən sizin həyat və sizin qardaşı və bacısının həyatına öz təsirini bilərsiniz. Biz həmişə onun miss edəcək, biz onunla idi zaman üçün şadam.

    • Wow Nick, thank you for the kind words .Google Translate must be a pain with translating from Azeri into English, but thanks for reading. I was deeply touched when people at your mom’s church said she had asked everyone at the mass to pray for me, my sister and my brother when we lost mom. Love you all so much!!

  15. haha yeah well thats what you get when you become part of our family Shab 😀 I got 85% of the words from google translate lol, it did a pretty good job. Maybe one day I will actually learn Azeri fluently. Love ya girl!

  16. bezen olur insan acizdi itirmeden darixa bilmir. kovreltdi yazi 😦 men senin Ted deki cixiwina baxan her defe nece agliyiram 😦 M
    aman senin fexr edir !

  17. Təşəkkürlər Şəbnəm xanım,inanın ki, siz xaricdə oxuyan bir çox tələbələrin ilham və motivasiya mənbəyisiniz. Yazılarınız( xüsusilə TEDx-dəki çıxışınız) hər şeydən bezdiyimiz vaxt bizə yeni enerji verir.
    P.S. bu yazı ilə valideynlərin əzizlərin dəyərini bir daha xatırlatdınız, ayrıca təşəkkürlər.

    • Xaricdə yaşamaq Azərbaycanda olanlara elə asan görünür ki, amma əslində biz heç də bütün günü şoppinq edib McDonalds-da dondurma yeməklə məşğul deyilik. Sizin yad cəmiyyətdə oxumaq və yaşamaq gücünüzü alqışlayıram, çox sevinirəm ki, 20-30 il sonra Azərbaycanın bizim kimi güclü diasporası olacaq.

  18. Men sizin acinizi cox yaxsi basa dusurem.Cunki men de 2006 ci ilde anami itirmisem.Eyni aciyi yasayan adamlar bir birinin duygularini daha yaxsi anlarlar.Sizin yazdiqlariniz cox xosuma gelir.Sizden boyuk olsam da ibratemiz yazilariniz var.Atalar demisken :,,Agil yasda deyil, basdadi,,Allah soz xezinenizi hemise dolu, qeleminizi mohkem, qelbinizi nurla doldursun ki,zirildayaraq yox:),hemise ilhamlanaraq ve gulerek yazib bize yuksek ruh bexs edesiniz.Yolunuz hemise aciq olsun.UGURLAR

    • Ananıza görə çox təəssüf edirəm, Fərqiyyə xanım… Və elə bilirdim 1 il sonra, 2 il, 3 il sonra bu ağrı azalar, amma indi başa düşürəm ki, o sağalmır, sadəcə olaraq bu ağrı ilə yşamağı öyrənmək lazımdır… Xoş sözləriniz üçün minnətdaram! Yenə gəlin, yenə oxuyun. Sevgilər!

  19. Öncəliklə başınız sağolsun Şəbnəm..Sizi və ananızı tanımasam da tanıyan bir insan kimi üzüldüm, Gözlərim doldu.. Ananız çox müdrük insan olub sizin üçün yazdıqları məni çox kövrəltti, anam yadıma düşdü. Mən də xarici ölkədə yaşayıram, oxuyuram anam, ailəm üçün çox darıxıram. Düz yazmısınız sevdiklərimizin dəyərini sağikən bilmək lazımdır. Bunu bilirik ancaq demək ki hərdən başqalarının xatırlatmasına ehtiyac duyuruq. Əminəm ki ananız sizinlə qürur duyur. Ananız ilə bağlı olan hekayələr, xüsusilə aeport məsələsi və sizə yazdıqları, doğurdan çox təsirləndim. Bunları bizimlə paylaşdığınız üşün çox sağolun. Çox gözəl yazıdır. Uğurlar!

  20. Çox gözel yazırsız.Men heç komment yazan deyilem.ama çox kövreldim.Allah rehmet elesin ananıza.Çox pozitiv ve müdrik qadın olub ananız.Bu yazı hem övlad hem ana olaraq mene çox tesir etdi.Heqiqeten de biz özümüzü kenardan görmürük.Diger yazılarınızı da oxudum.heyatda stimula ehtiyacı olan insanlar üçün çox deyerli sözleriniz var.Yeni qurduğunuz ailede xoşbextlik arzu edirem.Heqiqeten de yaxınlarından uzaqda yaşamaq çox çetindir.Uğurlar daim izlesin Sizi.

  21. Allah ananıza rehmet etsin. Amin ,
    Bu yazınızı 5-6 saat bundan qabaq da oxudum , indi de . Çox tesirlendim , kövreldim. Hetta ağladım bele.
    Ananız derin daxili dünyaya sahib bir qadın olub. Ele bir qadının, ele bir gözel insanın qızı olması ile fexr etmelisen . Eminem ki, o da seninle fexr edir. Ananın sene verdiyi heyat dolu meslehetleri men de özümün heyatıma, yaşamıma qatacam. Ve yaşadığımız heyatı daha da gözel edecem. Bunları bizlerle bölüşdüyüne göre, sene teşekkür edirem.
    Hörmetle.

  22. Gozelim Shebnem. Hemisheki kimi yazdiqlarin cox tesirli ve gozeldir. Insanin anasi haqqinda yazmasindan daha gozel hec ne ola bilmez! Allahim anana cenneti bexs etsin, nece ki bu dunyada sizin kimi, senin kimi ovlad bexs ederek cenneti yasadib. Sene ise uzun ve saglam omur ve her zaman bele positiv ve gozel qalmagi arzu edirem

  23. Çoox gözel nece kövreldim bir bilsəz. TEDxBakidaki mühazirənizdən sonra googlda axtarışa verdim sizi ve tapdım oxudum kəşf etdim. Pozitiv gözəl gülərüz xanım.

  24. Salam, Şəbnəm xanım. Allah Ananıza rəhmət etsin. Necə müdrik insan idi. Hər cümləsində müdriklik var. Sizin bloqunuzun adını eşitsəm də niyəsə fikir verməmişdim bugünki kimi. İndi bloqunuzdakı yazıları oxyuram və Sizə təşəkkür edirəm. Dünya o qədər dəyişib, qəddarlaşıb ki. Hər gün ya terrordan, ya hansısa cinayətdən insanlar ölür və hər gün biz bu xəbərləri oxuyuruq. Facebook profilimi də elə bunlara görə bağladım. Sizin bloqunuz məni ruhlandırdı. Bəd-bəd xəbərləri oxumaqdansa Sizin yazıları oxumaq, faydalanmaq daha yaxşıdır. Təşəkkür edirəm Sizə. Var olun ! Uğurlar Sizə!

  25. Heç unutmaram Mehribanı,biz yaxşı yol yoldaşı olmuşuq,onunla bölüşdüyüm şəxsi söhbətlərimiz olub,anlaşdığımız zarafatlar da . Onun yoxluğunu İtirdiyim böyük itkilərdən sayıram ,Allah-təala onunla Cənnətdə qovuşmaq nəsib etsin bizlərə.Sizlərin Uğurlarıyla Mamanız yaşayır indi də ,inanın !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s