Vaxtı Keçmiş Atalar Sözləri

Bəy verən atın dişinə baxmazlar

Mən də belə sadəlöhv idim, çəhrayı kəpənəklərə və sonsuz çəmənliklərə inanırdım – rəfiqəmin mənə hədiyyə etdiyi Chanel çantanın saxta olduğunu bilənə qədər (Adam kişi olar!). Bəyin və ya padşahın verməyindən asılı olmayaraq onun dişinə baxıb ‘Made in China‘ yazılmadığına əmin ol.

Palaza bürün, elnən sürün

Görəsən atalar o vaxt vodka içirdilər? Yəqin ki, yox. İçsəydilər deyərdilər ‘Kef elə, necə istəyirsən o cür ol‘. Ay qadan alım, hamı eyni rəngdə olsa, eyni cür düşünsə, eyni cür yaşasa bəs Mona Lizanı kim çəkərdi, Leyli və Məcnunu kim yazardı, qadınlara seçki hüquqlarını kim verərdi, Molla Nəsrəddini kim yaradardı? Cəmiyyətdə və dünyada dəyişikliklər edən adamlar məhz fərqli olmağa və fərqli düşünməyə cəsarət edənlərdir. Fərqli ol, özün ol, sən bu cür gözəlsən!

Çörəyi ver çörəkçiyə bir çörək də üstəlik

Mən bu atalar sözünü birinci dəfə öyrənəndə ikinci sinifdə oxuyurdum. Heç nə başa düşməmişdim. Fikirləşdim ki, yəqin 5-ci sinifdə oxuyanda başa düşərəm. 5-ci sinifdə də başa düşmədim, dedim 10-cu sinifdə 100% başa düşəcəm. 10-cu sinifdə də bir şey anlamadım.

İndi 25 yaşım var (30 yaşdan sonra yaşımı gizlədəcəm, ümid edirəm 2019-cu ildən sonra bu yazını oxuyub yaşımı hesablayan olmaz) və hələ də bir şey başa düşmürəm. Ay qadan alım, çörəkçiyə aparıb çörək versən çönüb adama deməz ki, ‘Başın xarab olub?‘. Hələ çantanda saxladığın o ‘üstəlik çörək’dən danışmıram.

Saxla samanı, gələr zamanı

Hamınızın evində xəzinə qutusu var – SERVANT! Servantdakı qablar Moskovski, ya da Çeşskidir. Təmiz xrustaldır. Hamısının ‘Baban o vaxt Moskvaya gedəndə…‘ cümləsi ilə başlayan tarixçəsi, üstündə qızıllı gül şəkilləri var. Servantdakı qablar ya potensial cehizdir, ya da gələcək qonaqlar üçündür. Bu cür samanlar sırasına təzə doğulmuş nəvənin gələcək həyat yoldaşı üçün nəzərdə tutulmuş qızıllar, lazım olduğundan az xərcləyib lazım olduğundan çox qənaət edilən pullar daxildir.

Samanın zamanı indidir. Özünə dəyər ver. Özünü kiçik dəbdəbələrə qonaq et. Nəvə evlənəndə çex yox, Marsda tapılmış materialdan düzəlmiş qablar dəbdə olacaq.

Pul əl çirkidir

Havay adalarında üçmərtəbəli ev, evin arxasında böyük üzgüçülük hovuzu, hovuzun yanında şəxsi təyyarənin qarajı, qarajın üstündə şəxsi kinoteatr, Nobunun gəlib evində hazırladığı axşam yeməyi, Ferrari və Lamborginibunların heç biri sənin olmayacaq – pulun əl çirki olduğuna inanırsansa.

Bu arada üzünü turşudub ətdən pis iy gəldiyini deyən qeyri-materialist pişiklər üçün başqa ssenari: yüzlərlə imkansız tələbənin təhsil almağı üçün təqaüd fondu açmaq, kəndlərdə  xəstəxanalar, məktəblər tikmək, xeyriyyə fondları yaratmaq – bunlar üçün də pul lazımdır. Xoşladığın qızla ilk görüşdə hesabı ödəyə bilmək üçün də əl ‘çirkli‘ olmalıdır. Ona görə də pulu dəyərləndir, pul qazanmağa can at, pulu sev. Pul təyyarə kimidir, idarə edə bilməyənləri qəzaya uğradar, idarə etməyi bacaranları isə görün yeddinci qatına qaldırar. Pula görə minnətdar ol və daha çoxunu qazanmağa çalış.

Qonşun pisdir, köç qurtar

Qonşun pisdirsə sən ondan lap betər ol, qoy o qaçıb getsin. Ya da polis çağır. Təcrübəmdən deyirəm. Daha səsləri çıxmır.

11 thoughts on “Vaxtı Keçmiş Atalar Sözləri

  1. Tam doğqu palaza bürün elden sürün ümumiyyətlə recycle olmalidir… Çünki bu atalar sözünə baxanda gerek ele siz deyen kimi hec kes ferqlenmesin ve oz fikirlerini silib xalqin fikirlerini beyinlerine yeritsinler……

    Saxla samanı gələr zamanıdakı başqa bir dərd…. 🙂 Məncə bu tip atalar s[zlerinin ekseriyyeti sözləri mentalitetle ve dar düşüncelilikle bağlıdır bağlıdır ya da mene ele gelir 🙂

    Çox bəyəndim davamı olsun… Şəbnəm….. 🙂

  2. Mence bezi atalar sozlerinin menasi duz aciqlanmayib. Saxla samani,geler zamani- heyatda tekce bu gunle yasamaq olmaz. Sabahi da dusunmek lazimdir. Saman evezi ele pulu gotursek, aile qurduqdan sonra anamin bir meslehetini hemise yadda saxlayiram- sabah birisi gun kimese el acmamag,adi hekim pulu ucun qapi qapi gezmemek ucun hemise o “samandan” sabaha bir az saxlamag lazimdir. Subay vaxti bunu cox anlamaq olmur,amma insan aile qurduqdan sonra anami daha yaxsi basa dusurem.
    Pul el cirkidir- ele o fondlari yaratmaq,xeyriyyecilik ede bilmek ucun bu atalar sozunu esas tutmaq vacibdir. Yani,lazim geldiyinde,o pulla da vidalasmagi bacarmaq lazimdir.Heyatda pul vacibdir,amma hec de heyatin esas meqsedi deyildir.
    Bey veren atin disine baxmazlar- kinoda deyildiyi kimi,esas sosiska deyil,esas vnimaniyadi:) Eger kimse dusunub sene nese hediyye edirse,Made in China olsa bele dusunmeyi bele besdi. Wexsen menim ucun ele kicik hediyyeler var ki,belke de deyeri 5-10 manatdir, amma neche illerdir saxlamisam deyeri de boyukdur.

  3. При всем моем уважении к тебе Шеби, но я не согласен обо всем о том что написала на счет пословиц…
    Опять же, у каждого есть индив идуальный подход

  4. Yazılarınız həm gülməli həm ağlamalıdıI)) insan emotsiadan emotsiyaya girib axırda işıqlı tərəfə çıxır) əsasda sonuncudu əlbətdəki 🙂

    p.s.Çörəyi ver çörəkçiyə bir çörək də üstəlik – bu çox gumanki çörəyçinin qazancının az olduğuna görə evində çörəyinin olmaması, camaatı çörəylə təmin edib özünün çörəydən qalmasına görə deyilmiş deyimdi

Leave a reply to Steve Jobz Cancel reply